Avropaya inteqrasiyada vətəndaş cəmiyyətinin rolu

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan bir ölkə olaraq gələcək inkişafını Avropaya inteqrasiyada görüb. Yəni, Avropa dəyərlərinin mənimsənilməsi əsas olduğu üçün son illərdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır.

 

   Bütün dünya ölkələrində qloballaşmanın sürətlə genişləndiyi bir məqamda keçmiş SSRİ-nin hər bir respublikası kimi, ölkəmiz də bu dəyişikliklərdən uzaq, hər tərəfdən qapalı bir cəmiyyətin üzvü olaraq müəyyən çətinliklərlə üz-üzə qalmaqbu əsarətin 70 il sürməsi o qədər də asan məsələ deyildi. Məhz bu baxımdan müstəqillik illərində dünyanın, xüsusilə Avropa həyatına inteqrasiya ölkəmizin gələcək inkişafı üçün mühüm amillərdən hesab olunurdu.

 

   İqtisad elmləri namizədi Vüqar Bayramov Azərbaycanın Avropa Birliyinə inteqrasiya kursunu tutması, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin inkişaf istiqamətlərini xarakterizə edərkən deyib ki, hazırda Azərbaycan ilə Aİ arasında əldə edilmiş müxtəlif razılaşmalar və müxtəlif proqramlar çərçivəsində iki tərəfin maraqlarına uyğun səmərəlilik və bərabərlik prinsiplərinə dayanan normal iqtisadi əlaqələr formalaşmaqdadır. "Əgər Aİ ölkəmizin iqtisadi, sosial inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına dəstək olursa, Azərbaycan da Aİ-nın enerji təhlükəsizliyinə töhfəsini verməkdədir. Qeyd edim ki, Avropa Birliyi ilə münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub. Növbəti 3 il müddətində bu saziş üzv dövlətlər tərəfindən ratifikasiya edildi və 1 iyul 1999-cu ildə rəsmi olaraq qüvvəyə mindi. TƏS-in imzalanmasında məqsəd ölkəmizin Aİ ilə münasibətlərinin dərinləşdirilməsi və Azərbaycanda qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması idi. Təbii ki, saziş həyatın bütün sahələrini, o cümlədən iqtisadi sahəni əhatə edirdi. Bu sahədə əməkdaşlığın təmin edilməsi məqsədilə Əməkdaşlıq Komitəsinin nəzdində "Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt komitə" və "Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt komitə" yaradıldı. Bu komitələr Aİ və Azərbaycan arasında ticarət, investisiya, iqtisadiyyat, ekologiyaenerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ciddi işlər gördü".

 

   V.Bayramovun fikrincə, Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycan Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edildikdən sonra bu addım ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsində mühüm hadisə olub: "Azərbaycan islahatları sürətləndirməklə vətəndaş, əmtəə, xidmət və kapitalın azad hərəkətini təmin etmək üçün inteqrasiyaliberalizasiya proseslərində iştirak etmək, üzv ölkələrlə güzəştli ticarət əlaqələri, açıq bazar, miqrasiya, investisiyanın stimullaşdırılması, yeni maliyyə mənbələrinə çıxış, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinin dəstəklənməsi kimi bir sıra üstünlüklər əldə etdi. Ümumilikdə isə Azərbaycan və Aİ-nın əməkdaşlığı ənənəvi olaraq 3 illik, yaxud 5 illik müddəti əhatə edən və hər iki tərəfin maraqlarını qorumaqla hazırlanmış Fəaliyyət Proqramları çərçivəsində həyata keçirilir. Qurumla ilk Fəaliyyət Proqramı 14 noyabr 2006-cı il tarixində Brüsseldə Əməkdaşlıq Şurası tərəfindən qəbul edilib. AQS-ə qoşulmaqla Azərbaycan üçün AQTA(Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti) çərçivəsində TAİEX (Tvinninq, Texniki yardım və Məlumat Mübadiləsi), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi mühüm proqramlarda iştirak imkanı yarandı".

 

   Son illər Azərbaycanla Avropa Birliyi arasında münasibətlər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində tənzimlənir.

 

   Hazırda ölkəmiz sözügedən proqramda təmsil olunan 6 ölkədən biridir: "Prezident İlham Əliyev 2009-cu ilin may ayında Şərq Tərəfdaşlığı Proqramının təsis edildiyi Praqa Sammitində Avropa Birliyi (AB) ilə birgə anlaşmanı imzalayaraq ölkəmizin Vətəndaş Cəmiyyəti Forumunun formalaşmasında iştirakını təsdiq edib. Həmin bəyannamənin ölkə başçısı tərəfindən imzalanması Azərbaycanda bu foruma ciddi önəm verildiyini və ölkəmizin sözügedən qurumla birbaşa əməkdaşlıqda maraqlı olduğunu göstərir. Praqada imzalanan anlaşmaya əsasən forumun əsas dörd məqsədi göstərilmişdir: vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan 6 ölkədən olan vətəndaş cəmiyyəti təşkilatları (VCT) arasında əməkdaşlığın qurulması, vətəndaş cəmiyyətinin hökumətlə dialoqu, AB və 6 tərəfdaş ölkədən olan VÇT-lər arasında əməkdaşlıq. Bundan başqa, ŞTP-nin əsas məqsədlərdən biri Azərbaycan üçün viza rejiminin liberallaşdırılması hesab edilir. İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi və azad ticarət zonalarının yaradılması da proqramın əsas hədəfləri sırasındadır. Ümumiyyətlə, Şərq Tərəfdaşlığı Siyasəti Avropa Qonşuluq Siyasətinə əsaslanır və burada aparıcı funksiya Avropa Komissiyasına məxsusdur. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması Aİ ilə iqtisadigeosiyasi münasibətlərin ana xəttində enerji mübadiləsi və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığın prioritet olmasını şərtləndirirdi. Bu münasibətlər 7 noyabr 2006-cı il tarixində imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" ilə daha ciddi mərhələyə qədəm qoydu. Memorandum Aİ-nin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun inkişafı, yenilənməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsi kimi mühüm sahələri əhatə edir. Bundan başqa, Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq INOGATE layihəsi (Avropaya dövlətlərarası neft və qazın ixracı) çərçivəsində daha da dərinləşib. Bu layihə Aİ-nin gənc dövlətlərə maliyyə dəstəyini nəzərdə tutan vacib regional təşəbbüslərdən biridir. Azərbaycan daxil olmaqla 15 dövlət tərəfindən 1999-cu ilin iyul ayında imzalanan dövlətlərarası neftqaz ixracını nəzərdə tutan Çərçivə Sazişi INOGATE-nin hüquqi əsasını yaratdı. Eyni zamanda, İNOGATE Avropa Qonşuluq Siyasətinə daxil olan bütün maraqlı tərəflərin iştirakı və dəstəyi ilə enerji əməkdaşlığının genişləndirilməsini, zəngin təbii ehtiyata malik Qafqaz, Şərqi Asiya və Mərkəzi Asiya dövlətlərinin möcud potensialından səmərəli istifadəni nəzərdə tutur".

 

   Ekspertlər Avropa enerji bazarında 2030-cu ildə 430 milyard kub metr qaza ehtiyac olacağını bildirib. Azərbaycan isə, ciddi investisiyalar cəlb edilərsə, təhlükəsizlik təminatı olarsa, 2030-cu ildə Avropa bazarına 30 milyard kub metr qaz çıxaracaq. Göründüyü kimi, bu həcm Avropanın enerji təchizatında elə də böyük faiz deyil. Azərbaycan Avropanın enerji təchizatında rolu ilə bağlı illüziyalardan əl çəkib real rəqabət durumunu qiymətləndirməlidir.

 

   Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yalnız enerji sahəsində deyil, eyni zamanda iqtisadi sektorda da münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Əslində Avropa Birliyi ölkəmizin əsas ticarət tərəfdaşı hesab olunur.

 

   Ekspertlərə görə, Azərbaycanın geostrateji mövqeyienerji ehtiyatları təbii ki, Avropa İttifaqı ölkələrinin diqqətini cəlb etməyə bilməz. Hətta Aİ ilə ikitərəfli münasibətlərin mərkəzində enerji sektorunda əməkdaşlıq dayansa da, ötən illər ərzində iqtisadiyyatın digər sahələrində, o cümlədən sənaye, ticarət, kənd təsərüfatı, nəqliyyat, maliyyə sektorlarında da əlaqələr dərinləşməkdədir. İqtisadi əlaqələrin inkişafı və ticarətin genişlənməsi istiqamətində uğurlu siyasət izlənilmiş və nəticədə ölkəmizin ümumi ixracında Avropa İttifaqının payı 40 faizdən yüksək olub.

 

   V.Bayramov onu da bildirib ki, hazırda Aİ-nin üzvü olan İtaliya, Almaniya, Fransa, İngiltərə, Bolqarıstan kimi ölkələr Azərbaycanın əsas ticarət partnyorlarından sayılır. Aİ ölkələri ilə ticarət dövriyyəsi 2009-cu ildə 8 milyard dollar olduğu halda, 2011-ci ildə 19 milyard dollara çatıb. Başqa sözlə, 2 il ərzində təxminən 2,4 dəfə artıb. 2012-ci ildə Aİ ölkələri ilə ticarət dövriyyəsinin təxminən 32 faizi İtaliya, 10,5 faizi Fransa, 9,4 faizi isə İngiltərənın payına düşübAvropa İttifaqı ölkələri ilə xarici ticarət dövriyyəsində təxminən 14 milyard manatlıq müsbət saldo yaranıb.

 

   Qeyd edək ki, normal investisiya mühitinin yaradılması və maliyyə təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayə axınını təmin edib. 2002-2012-ci illərdə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların 50 faizdən çoxu Aİ ölkələrinin payına düşür. Böyük Britaniya, Almaniya, Fransaİtaliya kimi ölkələr bu istiqamətdə daha fəal siyasət həyata keçirirlər. Aİ ölkələri tərəfindən qoyulan investisiyanın 36 faizi qeyri-neft sektoruna yönəldilib.

 

   Ekspertlər hesab edirlər ki, hazırda Azərbaycanda Aİ ölkələrini təmsil edən 1200-dən artıq şirkət fəaliyyət göstərir. Güman ki, ölkə qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması, şəffaf idarəetmə mexanizmlərinin və "elektron hökumət"in tətbiqi, ölkəmizin "Doing bussiness" indeksinin yüksəlməsi, infrastrukturun yenilənməsi Azərbaycan iqtisadiyatına investisiya axınını daha da sürətləndirəcək.

 

   Bundan başqa, Azərbaycanın və Aİ-nin də iştirakçısı olduğu TRACECA proqramının həyata keçirilməsi regionun inkişafı, tranzit daşımaların artımı, ticarət əlaqələrinin genişləndirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Həmçinin, bu proqram AvropaAsiya, o cümlədən Qafqazın inteqrasiyasını sürətləndirən amil sayılır. Proqramın əsas hədəfi iştirakçı dövlətlərin iqtisadi müstəqilliyini təkmilləşdirmək, alternativ yollar vasitəsilə dünya bazarlarına çıxış imkanlarını artırmaq, ölkələrin tranzit əhəmiyyətini yüksəltmək və Avropa-Mərkəzi Asiyaya və əks istiqamətdə daha sərfəli və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir, əks istiqamətdə daha sərfəli və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

 

   Son olaraq qeyd edək ki, Avropa İttifaqı və Azərbaycan arasında üzunmüddətli əməkdaşlığı nəzərdə tutan proqramlardan biriTACİS-dir. Bəhs etdiyimiz proqram çərçivəsində Aİ MDB-nin 12 üzv dövləti və Monqolustana texniki yardımları həyata keçirir. TACİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç istiqaməti vacib hesab edilir: infrastruktur, özəl sektorinsan resurslarının inkişafı. Eyni zamanda proqram çərçivəsində Azərbaycanda idarəetmə, iqtisadi inkişaf, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində bir çox qanunvericilik islahatları aparılıb.

 

   Rəşid RƏŞAD

 

Ekspress.-2016.-26 fevral.-S.10.