Vətəndaş cəmiyyətində dialoq

 

Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları öz cəmiyyətləri daxilində siyasi yardımın təmin edilməsində, yeni təşəbbüslərin izlənməsində və hökumətlərin ictimaiyyətə hesabat vermə cavabdehliyinin təmin edilməsində mühüm rol oynayırlar. Onlar ümumi dəyərlər, yəni demokratiyainsan hüquqlarına hörmət, qanunun aliliyi, yaxşı idarəetmə, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişafa əsaslanan demokratikbazar yönümlü islahatların təşviq edilməsində fəal iştirakçılar ola bilərlər.

 

Bunlar həmçinin Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığının dəyər və məqsədləridir. Dekabr 2008-ci il tarixli Müraciətində Avropa Komissiyası “Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) daha da inkişaf etməsini dəstəkləməyi” və xüsusilə “VCT-lər arasında əlaqələri təşviq etmək və onların dövlət orqanları ilə dialoquna kömək etmək məqsədilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaradılmasını” təklif edib. 2009-cu ilin mayında Şərq Tərəfdaşlığının təsis edildiyi Praqa Sammitində Vətəndaş Cəmiyyəti Forumunu qurmaq təklifi təsdiq edilib. Birgə Bəyannamədə SammitAvropa Komissiyasını Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Forumunun yaradılması üçün metodlar hazırlayıb, təklif etməyə dəvət edib. Birgə bəyannamədən sonra Avropa Komissiyası Konsepsiya sənədini təklif edib ki, burada da Vətəndaş Cəmiyyəti Forumunun əsas dörd məqsədi göstərilir - vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan altı ölkədən olan VCT-lar arasında əməkdaşlığın olması, vətəndaş cəmiyyətinin hökumətlə dialoq, Aİ və altı tərəfdaş ölkədən olan VÇT-lar arasında əməkdaşlıq.

 

Şərq Tərəfdaşlığı çərçivəsində ilk Vətəndaş Cəmiyyəti Forumu 19-17 noyabr 2009-cu il tarixlərində Brüsseldə keçirilib. Forumda təxminən 200 vətəndaş cəmiyyəti təşkilatı iştirak etmiş, Şərq Tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarının daha çox iştirak etməsi üçün daha böyük potensial aşkar edilib. İkinci Forum 18-19 noyabr 2010-cu ildə Berlində təxminən 230 vətəndaş cəmiyyəti təşkilatının iştirakı ilə keçirilib. Forumlar çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları təcrübə mübadiləsi aparmış, Şərq Tərəfdaşlığının icrasını müzakirə etmiş, Şərq Tərəfdaşlığı çərçivəsində Nazirlər səviyyəli Görüşlərdə Xarici İşlər Nazirlərinin təklif etdikləri tövsiyələri işləyiblər.

 

Avropa İttifaqı Azərbaycanda da vətəndaş cəmiyyətini konkret tematik alətlər vasitəsilə dəstəkləyir: DİHAA və Qeyri-Dövlət İştirakçıları Azərbaycanda insan hüquqları və demokratik islahatların təşviqində, qrup maraqlarının sülh yolu ilə razılaşdırılmasının dəstəklənməsində, siyasi iştirak və təmsilçiliyin qüvvətləndirilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaq DİHAA-nın məqsədidir.

 

Qeyri-Dövlət İştirakçıları proqramında yoxsulluğun azaldılması və davamlı inkişaf strategiyalarında qeyri-dövlət iştirakçıları və yerli qurumların iştirakını dəstəkləmək üçün inklüsiv və səlahiyyətli cəmiyyət təşviq edilir.

 

Avropa Qonşuluq Siyasətinin 2010-cu ilin iyul ayında başlanan icmalının nəticəsində Avropa Komissiyası və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Avropa İttifaqının Ali Nümayəndəsi 25 may 2011-ci il tarixdə “Dəyişən Qonşuluğa Yeni Cavab” adlı birgə müraciətini qəbul edib. Burada nəzərdə tutulur ki, Aİ gələcəkdə cəmiyyətlərlə tərəfdaşlıq etməklə qeyri-dövlət iştirakçılarının siyasi rolunun daha da artmasını dəstəkləyəcək, VCT-na vəkillik sahəsindəki potensialını, onların islahatları yoxlamaq səriştəsini, Aİ proqramlarının icrasında və qiymətləndirilməsindəki rollarını artırmağa yardım edəcək. Müraciətə uyğun olaraq Vətəndaş Cəmiyyəti Mexanizminin təsis edilməsi, Demokratiya naminə Avropa Fondunun qurulması və media azadlığının təşviq edilməsilə Aİ vətəndaş cəmiyyəti təşkilatlarına daha çox yardım göstərməyə can atacaq, vətəndaş cəmiyyəti təşkilatlarının internetə və elektron kommunikasiya texnologiyalarına maneəsiz çıxışı məsələsinini diqqət mərkəzinə çevirəcək.

 

Avropa Qonşuluq Siyasətinin icmalından sonra Avropa Koissiyası 2011-2013-cü illər üzrə Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizminə dair 20 sentyabr 2011-ci il tarixində qərar qəbul edib. Mexanizm Aİ-nın şərq və cənubundakı qonşu ölkələrdə islahatların təşviqi və dövlətin cavabdehliyini artırmaq üçün vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsində ğöyük rol oynayıb.

 

Bu gün ölkəmizdə də vətəndaş cəmiyyətinin quruculuğu üçün hər bir şərait var və Azərbaycan dövləti də bu sahənin inkişafında maraqlıdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda müasir qeyri-hökumət təşkilatı sektorunun yaradılması 1980-ci illərin sonlarından başlanılıb. Belə ki, Sovet İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb edirdilər.

 

Bakıda yaşayan ziyalılar sosial fəaliyyətlərlə məşğul olmağa meylli olan ilk şəxslər idi. Dağlıq Qarabağın erməni təcavüzü və işğalı ilə xarakterizə olunan faciəli dövrdən  xalqı xilas etməyə çalışan ziyalılar öz siyasi iştirak dairələrini genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətlərini yaradırdılar. SSRİ-nın dağılmasından sonra vətəndaşları təsisatlarda birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri yarandı. İlk təşəbbüslərdən biri 15 avqust 1989-cu ildə yaradılmış “Qarabağa Xalq Yardımı Komitəsi” oldu; həmin ilin dekabrında isə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradıldı. Hər iki təşkilat Dağlıq Qarabağın müharibədən zərər çəkmiş əhalisi və məcburi köçkün düşənlər üçün maliyyə dəstəyini təmin edirdi. Eyni zamanda, bu Komitə Azərbaycan müstəqil mətbuatının əsasını qoyan “Azərbaycan” qəzetini nəşr edi. Hansı ki, bu qəzet alternativ ictimai fikrin təbliğində müstəsna rol oynadı.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra, vətəndaş cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiya həm dövlətçilik, həm vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənədə çevrildi. Əslində müasir beynəlxalq standartlara əsasən yaradılmış fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra yaradıldı.

 

2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor təsisatının yaradılması üçün hökumət, QHT-lər ekspertlərin səyləri gücləndirildi, bu da Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası oldu.

 

Hansı ki, elə bununla da QHT-lər istiqamətində münasibətlər dəyişdi, vətəndaş cəmiyyəti haqqında yeni siyasi hüquqi şərtlərin müəyyən edilməsinin əsasını qoyuldu. Azərbaycan hökuməti əhalinin müdafiəyə daha çox ehtiyacı olan qruplarına sosial xidmətlərin göstərilməsində yaxşı idarəçiliyin inkişaf etdirilməsində vətəndaş cəmiyyətinin rolunun fəal olmasını nəzərdə tutur.

 

Ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlətin iqtisadi uğurları, dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bu səbəbdən Azərbaycan dövləti vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində həmişə QHT-hökumət dialoquna böyük önəm verib. Dövlət QHT-ləri özünə tərəfdaş görür. III sektorun məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir.

 

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov dövlətimizin ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına inkişafına daim ciddi önəm verdiyini deyərək, hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. “Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub. Son üç il yarımda yalnız bu iki təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib”.

 

Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib. Elə dövlətin “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinə göstərdiyi dəstək də həmin siyasətə tamamilə uyğundur.

 

Yeri gəlmişkən, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət planının bir hissəsi olan “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi ilə bağlı ötən il Strasburqda maraqlı müzakirələr aparılıb. Azərbaycan hökuməti bu layihənin reallaşmasına dəstək göstərib.

 

Ümumiyyətlə, Azərbaycan Avropa Şurası və onun strukturları ilə səmərəli əməkdaşlıq edir və “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi də QHT və dövlət qurumları arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsində böyük rol oynayır.

 

Sonda onu deyək ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını bilavasitə insan hüquqları və hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına təkcə son iki ildə 95 milyon manatdan çox vəsait ayrılıb. Ötən il qrantların təxminən 58 faizi məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-8-10 oktyabr.-S.10.