Hüseyn Cavidmüasir gənclik”

 

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə və böyük şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən “Hüseyn Cavidmüasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, xüsusilə elm, təhsil və mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən danışıb.

 

Böyük şairdramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən akademik dahi sənətkarın ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin mühüm rolunu vurğulayıb.

 

Ekspress.-2016.-19 oktyabr.-S.13.