Vətəndaş cəmiyyətində mövcud sosial ehtiyaclar

 

Son bir neçə ildə dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılması özünü qabarıq şəkildə büruzə verir. Bu artım hesabına ölkəmizin sosial yönümlü infrastruktur sahələrinin yaradılması və yenidən qurulması ilə bərabər, mədəniyyət, idman, turizm, təhsil, səhiyyə təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olub.

 

Ekspertlərin fikrincə, dünyanın sənaye ölkələrində son yarım əsrdə sosial proqramlar dövlət xərclərinin və vergi sistemlərinin sürətlə artan hissəsinə çevrilib. Bu baxımdan ABŞ-da ailələrin illik gəlirlərinin məbləğindəki fərqin əsas səbəbi əmək haqlarının müxtəlifliyidir. Yəni, alınan gəlirin təxminən 4/3 hissəsi əmək haqqının payına, qalan 1/4 hissəsi isə icarənin, mənfəətin və faizlərin payına duşur.

 

ABŞ-ın Perdyu Universitetinin İqtisadiyyat üzrə professoruİqtisadi Tədris Mərkəzinin direktoru Maykl Uottsın hesablamalarına görə, gəlirlərin bölüşdürülməsinin əsas modeli İkinci Dünya müharibəsindən sonrakı dövrdən bəri dəyişməyib. İqtisadçının hesablamalarına görə, əhali hər birinin xüsusi çəkisi 10% olan beş qrupa bölünüronda görünür ki, milli gəlirin 43 faizi ən varlı ailələrin, 24 faizi sonrakı qrupun, 17 faizi mərkəzdə yerləşən qrupun, 2 faizi sonuncudan bir pillə yüksəkdə duranların və 5 faizi ən kasıb ailələr qrupunun payına düşür. Hətta bu rəqəmlərdə varlıların yüksək vergi ödəməsi, gəliri aşağı olan ailələrin isə hökumətin yardım proqramları hesabına subsidiyalar alması faktı əks olunmayıb. Hətta ən yoxsul ailələrin ümumi gəlirləri hökumətin yardım proqramı üzrə 7%-dək artdığı halda, ən varlı ailələrin gəlirlərinin 37%-dək endiyini görürük.

 

Azərbaycan Konstitusiyasının 16-cı maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Artıq ölkəmizdə sosial yönümlü siyasət aparlır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirilir.

 

İqtisad elmləri doktoru Vilayət Vəliyev bildirir ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov isə qeyd edir ki, mövcud iqtisadi şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması Azərbaycan prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Əslində ölkə başçısı tərəfindən imzalanan Fərmanlar, Sərəncamlar buna canlı misaldır.

 

Ekspertlərin fikrincə, Azərbaycanda sosial gərginliyin artması mümkünsüzdür. Çünki ölkəmizdə əhalinin sosial müdafiəsi dövlət tərəfindən hərtərəfli təmin edilib. Bu da o deməkdir ki, Azərbaycanda sosial yönümlü siyasət aparılır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirir. Ölkədə sürətli iqtisadi inkişaf və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaradıb.

 

Yeri gəlmişkən, sosial təminat hüququnun predmetinə daxil olan münasibətləri  aşağıdakı kimi təsnifləşdirmək olar:

- Sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlər. Bura pensiyalar, müavinatlar, kompensasion ödəmələr və s. aiddir.

- Sosial təminatın “natural” növləri ilə bağlı yaranan münasibətlər. Bura aiddir: tibbi yardım və müalicə, pulsuzya güzəştli dərman yardımı, sanatoriya- kurort müalicəsi,  tam və yarımstasionar sosial xidmət, uşaqların internatlardaya uşaq müəssisələrində saxlanması, əlillərin peşə hazırlığı və işə düzəldilməsi, əlillərin nəqliyyat vasitələri ilə təmin edilməsi, protez- ortopedik yardım,  əlillərə pulsuz mənzil verilməsi, sosial təminat sistemi üzrə güzəştlər.

- Sosial təminat sistemi üzrə pul ödəmələri və sosial təminatın “natural” növləri ilə bağlı yaranan münasibətlərin normal fəaliyyət göstərmərsi üçün obyektiv surətdə zəruri olan prosedurprosessual xarakterli köməkçi münasibətlər. Bura aiddir: hüquqi faktların müəyyən edilməsi, sosial təminatın buya digər növünə olan hüququn reallaşdırılması, pozulmuş hüquqların müdafiəsi və s.

- Sosial təminat hüquq sahəsinin predmetinə bilavasitə  bölüşdürmə münasibətlərinin realizəsi ilə əlaqədar olaraq yaranan münasibətlər də daxildir. Bu münasibətlər hüquq tətbiqedici fəaliiyət üzrə münasibətlərdir.

 

Göstərilən münasibətlərin məzmununu hüquqi faktların müəyyən edilməsi, sosial təminat məsələləri üzrə qərarların qəbul edilməsi və s. təşkil edir.

Onu da qeyd edək ki, son illərdə dövlətlərin siyasi, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə etməsi, eyni zamanda özəl sektorun və vətəndaş cəmiyyətinin inkişafı ilə  sektorlar bir-birinə olan münasibətlərinə də yenidən nəzər salmaq qərarına gəliblər. Ekspertlər qeyd edirlər ki, yeni şərait sektorların əslində bir-biri ilə qarşılıqlı əlaqədə olmasını tələb edir və məntiq onların biri olmadan digərinin keçinə bilməyəcəyinə işarə edir. Bu baxımdan münasibətlər paradiqmasını dəyişmək təxirəsalınmaz bir ehtiyaca  çevrilib.

 

Ümumiyyətlə, dövlət sektoru, mövcud sosial ehtiyaclarsosial xidmətlərin təşkilindəki problemlər, azalmaqda olan ictimai resurslarictimai xidmətlərin inkişaf etdirilməsi üçün alternativ resursların araşdırılması ehtiyacı, şəffaflıq, hesabatlılıq və qərarların hazırlanması proseslərində iştirakçılıqla bağlı ictimaiyyətin artmaqda olan tələbindən ibarətdir. Bundan başqa vətəndaş cəmiyyəti- maliyyə və maliyyə mənbələrinin çeşidini artırma ehtiyacı, ictimai hesabatlılıqla bağlı artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini artırmaq üçün özəl sektorun idarəçilik təcrübəsindən bir şeylər əxz etmək istəyi və yuxarıda sadalalanan buya digər amillər sektorları üçtərəfli əməkdaşlını tələb edir və münasibətlərin yeni paradiqması olan sinerji modelini yaradır. Bu model tərəflər arasında  qarşılıqlı inama, ümumi məqsədlər uğrunda birgə fəaliyyət təşviq edir. 

 

Araşdırmalar zamanı belə məlum olur ki, yaşadığımız dövrdə bir çox ölkələrdə artıq dövlətin iqtisadi, sosial fəaliyyətləri biznes strukturları və vətəndaş cəmiyyəti tərəfindən icra olunur ki, nəticədə də bu sektorlar arasında işbirliyi getdikcə daha da artır. Eyni zamanda məlum olur ki, hər bir ölkənin davamlı inkişafına nail olmaq üçün  yerinə yetirilməsi vacib olan şərtlərin hər birinin reallaşdırılması təkbaşına bir sektorun imkanları xaricindədir.

Yeri gəlmişkən, dünyanın elm mütəfəkkirləri dövlətin əmələ gəlməsinin bir sıra nəzəriyyələrini irəli sürüb. Belə ki, onların əsasını iqtisadi, hüquqi, psixoloji, üzvi və zorakılıq nəzəriyyələr təşkil edir. Bundan başqa, dövlətin yaranma səbəbləri bir çox obyektiv amillərlə-iqtisadi, sosial, dini, milli, psixoloji, biolojibaşqa amillərlə izah olunur. Bu baxımdan demək olar ki, dövlət ictimai həyatın təşkilinin elə bir formasıdır ki, ayrı-ayrı fərdlərin pərakəndə cəhdləri ilə yaradıla bilməz.

 

Alman filosofu G.Hegel yazırdı ki, “dövlət anlamı onun ümumi fəlsəfi sisteminə əsaslanır. Bu sistem isə dövləti insan varlığının xüsusi, ruhi əsaslarının məhsulu kimi izah edir. Dövlət - mənəvi ideyanın gercəkliyidir, mənəvi ruh göründüyü kimi öz-özünə aydın olan, düşünən, özünü bilən və bildiyinə görə icra edən substansional iradədir”.

 

Xatırladaq ki, ölkəmizdə sosial təminatın gücləndirilməsi və aztəminatlı sosial təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən mühüm proqramlardan biri də ünvanlı sosial yardım mexanizminin yaradılmasıdır. Bu mexanizm ölkə başçısı tərəfindən 2005-ci il oktyabrın 25-də imzalanmış qanunla tənzimlənir. Qanunun əsas məqsədi orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasını tənzimləməkdir. Qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

 

Qeyd edək ki, BMT-nin Baş Assambleyası “1986-cı il 4 dekabr tarixli qətnaməsində” iqtisadi, sosial, mədəni, vətəndaş və siyasi hüquqların qarşılıqlı asılılığı və bölünməzliyini bəyan edib.

 

Azərbaycan Respublikası Konstitusiyasında sosial, iqtisadi və mədəni hüquqlar da öz əksini tapıb. Buraya əmək hüququ, ədalətli əmək şəraiti və əmək haqqı sosial-müdafiə və sosial- mənzil hüququ, təminat, mədəniyyət, yaradıcılıq təhsil və sağlamlıq hüququs. daxildir. Azərbaycan Konstitusiyasında vətəndaşların əmək hüququ (35-ci maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), mədəniyyət hüququ (40-cı maddə), təhsil hüququ (42-ci maddə), azad sahibkarlıq (59-cu maddə), yaradıcılıq azadlığı (51-ci maddə) təsbit olunub.

İqtisadçıların fikrincə, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi sosial-iqtisadi islahatlar həyata keçirir, öz xalqının əlverişli iqtisadi inkişafda iştirakçını təmin edir, öz ehtiyatlarından hamının sosial-iqtisadi hüquqlardan bərabər istifadə etməsi imkanlarını yaradır. Bu baxımdan sosial-iqtisadi hüquq və azadlıqları hüquqi cəhətdən tənzimləyən bir çox beynəlxalq-hüquqi normalar da mövcuddur.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-20 sentyabr.-S.10.