Vətəndaş cəmiyyətində azadlıq hüququ

 

Vətəndaş cəmiyyətində insan azadlığı ən böyük önəm daşıyan prinsiplərdəndir. Bu prinsipə görə insanların azad olmadığı cəmiyyət vətəndaş cəmiyyətinə çevrilə bilməz.

 

Vətəndaş cəmiyyəti geniş mənada azadlıqlar üzərində qurulur. Azad insan, azad münasibətlər, azad seçims. vətəndaş cəmiyyətinin əməl şərtləridir. Azadlıq ayrılıqda götürdükdə təbii hüquqlardan biri kimi də çıxış edir. Azərbaycan qanunlarına əsasən, hər kəsin azadlıq hüququ var. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulan qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan ərazisindən kənara gedə bilər. Azərbaycan vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Göründüyü kimi, azadlıq hüququ insanın sərbəst hərəkətini, heç kimdən icazə almadan müstəqil davranışını ifadə edir. O, eyni zamana bir insana münasibətdə dövlətin yanaşma tərzini də ifadə edir. Dövlət əsassız yerə insanların azadlığını məhdudlaşdıra bilməz. Azadlıq hüququ şəxsi hüquqlar qrupuna aid olan hüquqlardan biridir. Azərbaycan Konstitusiyasının 28-ci maddəsi bu hüququn təsbit edilməsinə həsr olunub.

 

Azadlıq hüququ vətəndaşlıq məsələsindən asılı deyildir. Yəni, vətəndaşlığı olmayan şəxslər də, vətəndaşlığı olan şəxslər də azadlıq hüququna malikdirlər. Azadlkıq hüququ həm də şəxsin ruhi-psixi (sağlamlıq) vəziyyətindən asılı deyildir. Azadlıq hüququ şəxsin vətəndaşlığı, onun ruhi-psixi (sağlamlıq) vəziyyəti və yaş səviyyəsi kimi amillərdən asılı olmayaraq hamıya (hər bir şəxsə) məxsusdur.

Lakin azadlıq mütləq yox, nisbi xarakterli hüquqdur. Belə ki, o, qanunda nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Həmin hallardan biri müvəqqəti saxlanma ilə bağlıdır. Müvəqqəti saxlanma iki cür olur: inzibati qaydada saxlama və cinayət-prosessual mənada saxlama. İnzibati qaydada saxlanma dedikdə, inzibati xəta (pozuntu) törədən şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması başa düşülür. Onun müddəti 3 saatdan çox ola bilməz.

 

Cinayət-prosessual qaydada müvəqqəti saxlanılma dedikdə, cinayət hadisəsinin baş verməsinə və digər hallara görə şəxsin müvəqqəti saxlanılma yerində saxlanması və beləliklə onun azadlığının qısa müddətə məhdudlaşdırılması başa düşülür. Şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan ikinci hal həbsəalma (həbs) adlanır. Həbsin iki növü fərqləndirilir: inzibati həbs və qətimkan həbs; qətimkan tədbiri qismində həbs. İnzibati həbs tənbeh tədbiri olub, cinayət əməlinə görə yox, inzibati xətaların ayrı-ayrı növlərinə görə tətbiq edilir. Onun müddəti 15 gündən çox ola bilməz. Qətimkan tədbiri qismində həbs dedikdə isə cinayət törətməkdə təqsirləndirilən şəxsin azadlığını məhdudlaşdırmaqla istintaq təcridxanasında (həbsdə saxlanılma yerində) saxlanılması başa düşülür.

 

İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir. Beləliklə, hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilməz. Heç kəs baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalı, fikirmövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir.

XX əsrin ən demokratik sənədlərindən biri BMT-ninbütün dünya üçün insan hüquqları” sənədi sayılan “Ümumdünya, İnsan Hüquqları Bəyannamə”sidir. Bəyannamənin 18, 19 və 20-ci maddələri vətəndaş azadlıqlarına həsr edilib. Burada dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyulur.

 

Hər bir insanın fikir, vicdandin azadlığı hüququ var. Bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəsləmək azadlığı daxildir.

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var. Bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiyaideyalar axtarmaq,almaqyaymaq azadlığı dadaxildir.

 

Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var. Heç bir kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz.

 

Azadlıq hüququ dövlət səviyyəsində ilk dəfə Fransa burcua inqilabından sonra irəli sürülərək tanınıb. Fransada qəbul olunan “İnsanın və vətəndaşlıq hüquqları haqqında Bəyannamə”də göstərilir ki, insanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar. Burada azadlıq və onun növləri haqqında da qiymətli fikirlər öz əksini tapıb.

 

Fransa burjua inqilabının “qardaşlıq”, “bərabərlik”, “azadlıq” ideyaları Azərbaycan ictimai, fəlsəfi və siyasi fikrinə təsir edib. Böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundov da azadlıq ideyasının icra olunmasını dövlətin əsası hesab edirdi. Axundov konstitusiyalı dövləti şəxsi azadlığı təmin etməyə çağırırdı. Onun fikrincə, etiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz. O, deyirdi ki, dövlət, parlament quruculuğuinsan şəxsiyyətinin tam əmniyyətini”, “tam azadlığını təmin etməlidir”. Azadlığı insanın təbii hüququ hesab edən Azərbaycan mütəfəkkiri onu ümumbəşəri tərəqqinin zəruri şərti kimi səciyyələndirirdi. Qərb filosofları kimi Axundov da hər bir fərdə öz fikirlərini azadsurətdə söyləmək, azad şəkildə yaymaq hüququ verilməsini istəyir, azadlıq dedikdə, birinci növbədə, fikir, düşüncə, söz, tənqid azadlığını, fərdlərin şəxsi azadlığını nəzərdə tuturdu. Əsarətə, köləliyə, istismara qarşı mübarizə aparmış Azərbaycan xalqı azadlıq və müstəqillik naminə çarpışmalardan keçmiş, azad insanların yaşadığı hüquqi, demokratik, yüksək mədəniyyətə malik bir ölkəyə çevrilib. İnsan azadlıqlarının təminatçısı olan ölkəmiz demokratik quruculuq yolunda böyük uğurlar qazanıb. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə sadiq qalan Azərbaycan bütün sahələrdə inkişaf edib, çiçəklənən bir məkandır. Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, on minlərlə insanı əhatə edən amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması Azərbaycanın böyük nailiyyətidir.

 

Azərbaycan Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikirsöz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı (maddə 49), məlumat azadlığı (maddə 50), yaradıcılıq azadlığı (maddə 51) öz əksini tapıb.

 

Əsas mənəvi azadlıqlardan biri fikirsöz azadlığıdır. Azərbaycan Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikirsöz azadlığına malik olması göstərilir: “Hər kəsin fikirsöz azadlığı vardır.Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Hüquqi dövlətdə fərdlər hər hansı ideoloji nəzarətdən azaddırlar. Buraya hər hansı rəyi, o cümlədən, ateist əqidəni də özündə əks etdirən azadlıq, insanın ruhi-mənəvi və intellektual həyatının bütün aspektlərini əhatə edən azadlıq daxildir.

 

Fikirsöz azadlığı insanın təbii və anadangəlmə xüsusiyyətidir. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü hissəsinin 19-cu maddəsində söz azadlığından istifadənin xüsusivəzifələri və xüsusi məsuliyyəti müəyyənləşdirilib. Fikirsöz azadlığı qeyri-məhdud ola bilməz. Bu nöqteyi-nəzərdən Azərbaycan Konstitusiyasında da fikirsöz azadlığı irqi, milli, dini, sosial ədalət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verildiyi hallarda məhdudlaşdırılır.

 

Şəxsi azadlıqlar içərisində vicdan (etiqad) azadlığı da xüsusi yer tutur. Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşınavə ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu göstərilir.

Vicdan azadlığı fərdi və kollektiv hüquqdur. Hüquqi dövlət bu hüququ qanunlarla qoruyur, dini əsasda düşmənçiliyə qarşı sərt qaydalar müəyyənləşdirir. Azərbaycanda diniateist birliklər dövlətdən ayrıdır, dövlət təhsili dünyəvi xarakter daşıyır, dinlər və dini birliklər qanun qarşısında bərabərdir. Vicdan azadlığı yalnız konstitusiya hüququnu qorumaq əhalinin və dövlət təhlükəsizliyini təmin etmək məqsədilə məhdudlaşdırıla bilər.

 

Hüquqi, dünyəvi və demokratik dövlətdə bir dinin digər din üzərində üstünlüyünə yol verilmir, dini birliklərin digər qeyri-siyasi ictimai birliklərlə bərabər fəaliyyəti tənzimləyir. Hüquqi dünyəvi dövlət fərdin mənəvi həyatına, onun konkret etiqaddini əqidə seçiminə müdaxilə edə bilməz.

 

Azadlıqlar içərisində siyasi azadlıq olan sərbəst toplaşmaq azadlığı da əsas yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığı belə təsbit edilib: “Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”.

 

İyirmi dörd il müstəqillik şəraitində yaşayan Azərbaycan əvəzedilməz nemət olan müstəqillik, azadlıq, söz, fikir, vicdan azadlıqlarının təminatı sahəsində uğurlar qazanıb. Dövlətin demokratikliyi onun insan azadlıqlarını təmin etməsindən asılıdır. Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti ilə müəyyən edilir. Dövlətin inkişafı, demokratiyainsan azadlıqları bir-biri ilə üzvi surətdə bağlıdır və biri digərini şərtləndirir. Demokratik cəmiyyətdə insan hüquqlarının pozulması nəinki cəmiyyətə qarşı yönələn haldır, o, həm də sosialsiyasi problem olmaqla, dövlətlə cəmiyyət arasında tarazlığın pozulmasına, cəmiyyətin özündə zorakılığa və münaqişələrə səbəb olur. Lakin hər bir şəxsin azadlığının hüdudları digər şəxsin azadlığı başlanan anda sona çatır. Şəxsiyyətin hüquq və azadlıqları arasında bir harmoniyamövcud olmalıdır. Hər hansı bir şəxsin hüquqlarının həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmamalıdır.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-23 sentyabr.-S.10.