Dini etiqad azadlığı

hüquqi dövlət quruculuğunda əsas prinsiplərdəndir

 

Hüquqi dövlət quruculuğunda əməl edilən əsas prinsiplərdən biri də dövlət din münasibətlərinin sağlamlaşdırılmasıdır. Dini etiqad azadlığına, müxtəlif dinliliyə hörmətlə yanaşa bilməyən, dözüm nümayiş etdirməyən dövlət hüquqi dövlətə çevrilə bilməz.

 

Çünki insanlar iqrinə, etnik mənsubiyyətinə, cinsinə və s. təbii xüsusiyyətlərinə görə fərqləndirilmədiyi kimi dini mənsubiyyətinə, etiqadına görə də fərqləndirilməməlidir. Hər bir hüquqi dövlət bu tələblərə əməl etməyə, insanların dini etiqad azadlığına hörmətlə yanaşmağa borcludur.

 

Azərbaycan ənənəvi müsəlman ölkəsi olsa da, burada müxtəlif dinlərə inam gətirən insanlar da az deyil. Tarixən ölkəmizdə əhalinin böyük hissəsini təşkil edən müsəlmanlar digər dinlərə inanan insanlara hörmətlə yanaşmış, başqalarının fərqli dini etiqad hisslərinə qarşı çıxmayıb. Bu yanaşma tərzi hüquqi dövlətin də fəaliyyətində müşahidə edilir. Ölkəmizdə dövlətlə din münasibətləri beynəlxalq hüquq normalarına uyğundur, dövlət dinə qayğı göstərir.

 

Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Ölkədə bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir.

Ölkəmizdə dini etiqada hörmətlə yanaşılmasını təsdiq edən əlamətlərdən biri bu sahəyə aid ayrıca qanunun olması və həmin sənədin müstəqilliyin ilk ilində qəbul edilməsidir.

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra qəbul edilən ilk sahə qanunlarından biridini etiqad azadlığı ilə bağlı olub. 1992-ci ilin avqustun 20-də qəbul olunanDini etiqad azadlığı haqqında” Qanun etiqad azadlığının Azərbaycan Konstitusiyasına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Qanuna əsasən, ölkəmizdə hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ tanınır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə yaradılmır. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilmir. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldanya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği isə qadağan olunur.

 

Azərbaycanda dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulandemokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri naminə, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Yalnız əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan olunur.

 

Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.

Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Qanunvericilikdə bir şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsi tələb edilmir. Yalnız şəxsin özünün arzusu ilə bu edilə bilər.

Ölkəmizdə dindini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlükya məhdudiyyət müəyyən edilmir.

Qanuna əsasən dini qurumlar, yəni dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri yaratmağa icazə verilir. Amma bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

 

Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə buya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaqonlardan istifadə etmək hüququna malikdirlər.

 

İbadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.

 

Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.

 

Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, ayininya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur.

Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, cəzaçəkmə müəssisələrində olan vətəndaşlara ibadətlər keçirilməsi üzrə təkliflərlə müraciət etmək hüququna malikdirlər.

 

Göründüyü kimi, dini qurumların fəaliyyətinə geniş sərbəstlik verilir, amma onların siyasi partiyaların fəaliyyətində iştirak etməsinə və onlara maliyyə yardımı göstərməsinə imkan verilmir.

Dini etiqad azadlığına müəyyən məhdudiyyətlər də gətirilir. Bu məhdudiyyətlərin tətbiq edilməsində məqsəd etiqad azadlığından sui-istifadə edilməməsidir.

Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.

 

İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur.

 

İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

Dini etiqad azadlığında təbliğata imkan yaradılır.

 

Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanan dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audiovideo materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqifiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audiovideo materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.

 

Ölkəmizdə dini etiqad azalığını təmin etmək, bu sahəyə nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də fəaliyyət göstərir. Komitə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edir.

 

Məlumat üçün bildirək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 749 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 721-i İslam, 28-i isə qeyri- İslam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.

 

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Təbii ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlman olduğundan məscidlərin sayı daha çoxdur. Sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Hazırda 2166 məscid (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar istisna olmaqla) mövcuddur.

 

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

 

1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub.

Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əcdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. 2013-cü ilin may ayının 13-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. 2014-cü ilin dekabr ayının 24-də Bakıda Qafqazın ən böyük məscidi olan Heydər məscidinin rəsmi açılışı baş tutub. 2016-cı ilin fevralın 17-də “İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılış mərasimi olub.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-14 aprel.-S.10.