Vətəndaş cəmiyyətində ictimai-hüquq qaydaları

 

İctimai maraqlar cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa istiqamətləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. Məhz buna görə də ictimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir.

 

İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. İqtisadçı Lok Sanq Ho müəllifi olduğuİctimai siyasət və ictimai maraq” kitabında ictimai marağın qərərsiz qiymətləndirilməsinin vacibliyini deyərək, bu anlayışın “keçmişin əleyhinə” kateqoriyasına daxil olduğunu bildirib. Bu baxımdan da ictimai maraq bir çox yanaşmalarda hökumətin demokratik nəzəriyyəsinin əsası kimi göstərilir və hər zaman münasiblik və zərurət konseptləri ilə paralel götürülür. İctimai maraq kəsb edən hər hansı qərarı qəbul etmək üçün açar elementlər şəffaflıq və maraqların balanslaşdırılmasıdır.

 

Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir.

 

Hüquqşünas Əli Hüseynli qeyd edib ki, demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub: “İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb” (“AZƏRTAC”).

 

Ekspert Elşən Nağıyevin fikrincə, hüquqi dövlət elə bir idarəetmə formasıdır ki, dövlətin özü, bütün ictimai qurumlar, ayrı ayrı fərdlər hüquqa hörmət edirona eyni münasibətdədirlər. Hüquq bu vəziyyətdə dövlətin, cəmiyyətin və fərdlərin qarşılıqlı münasibətlərinin qanunauyğun tənzimlənməsini həyata keçirir: “Hüquqi dövlət öz-özünə daimi norma və qaydaların kompleksini müəyyən dərəcədə məhdudlaşdırır. Dövlət ona görə hüquqi olur ki, o hüququn hakimiyyəti altına düşür, hüquq dövlət qarşısında üstünlüyə malik olur. Hüquqi dövlətdə onun fəaliyyətinin dəqiq və aydın formaları, yolları və mexanizmləri vətəndaşların azadlığının qanunlarla qorunmasına yönəlir”.

 

Onun sözlərinə görə, hüquqi dövlət ümumi tələblərə cavab verməlidir. “Vətəndaş cəmiyyəti ayrı ayrı şəxslərin bir biri ilə qarşılıqlı münasibətlərində mütləq azadlığı təşkil edir. O, ictimai, iqtisadi və mədəni şəkildə özünü göstərir, hansı ki, azad fərdlərin maraqlarını və fərdlərin seçimini təmin edir. Vətəndaş cəmiyyəti bizim dövrün ixtirası deyil. Vətəndaş cəmiyyəti ideyası Qədim Yunanıstanda və Romada mövcud olmuşdur. Yalnız XVII əsrdə ingilis filosofu Tomas Hobbs özünün “Vətəndaş haqqında” və “Leviafan” əsərlərində vətəndaş cəmiyyətinin konsepsiyasını təsvir etmişdir. Sonrakı dövrlərdə vətəndaş cəmiyyəti ideyası C.Lokk, C.C.Russo, İ.Kantbaşqa mütəfəkkirlər tərəfində inkişaf etdirilmişdir”.

 

Ekspert vətəndaş cəmiyyətinin yaradılmasında vacib amillərin aşağıdakılardan ibarət olduğunu qeyd edib: xoxşaxəli iqtisadiyyat, müxtəlif mülkiyyət formaları və tənzimlənən bazar münasibətləri; siyasi hakimiyyətin səlahiyyətlərinin desentralizasiyası, hakimiyyətin bölünməsi, siyasi plüralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirakı, qanunun aliliyi və hər kəsin onun qarşısında bərabərliyi; mənəvi ideologiyanın və dünyagörüşünün olmaması və vicdan azadlığı (caspinews.com).

 

Nağıyev onu da qeyd edir ki, vətəndaş cəmiyyəti - bu ictimai münasibətlərin, formalqeyri formal strukturların (qruplar, kollektivlər), spesifik maraqların birləşmiş (iqtisadi, etnik, mədəni) məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətini təmin edən və müxtəlif maraq və təlabatların dövlətdənkənar təmin edilməsidir: “Vətəndaş cəmiyyəti və dövlət bir-birini tamamlayır və bir-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildir, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər.

 

İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.

Bu mexanizm üç elementdən ibarətdir:

- Hakimiyyətin qanunverici, icraedici məhkəmə olmaqla bölünməsinin prinsipləri həyata keçirilir

- Hakimiyyət orqanlarına seçkilərdə partiyaların qarşılıqlı əlaqələr sisteminin yaranması

- Dövlətin cəmiyyətin arasında mövcud olan əlaqə münasibətlərin inkişafında müxtəlif təşkilatlar, komutələr komissiyalar iştirak edirlər.

Belə mexanizm dövlətin vətəndaş cəmiyyətinin uzun sürən təkamülü nəticəsində yaranmışdır. Siyasi sistemin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün yeganə yol dövlətin vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqə münasibətlərində, üstünlük güclü dövlət onu tamamlayan vətəndaş cəmiyyətinin fəaliyyəti olmalıdır. Dövlət öz funksiyalarını yerinə yetirə bilməyəndə, onu süni şəkildə ləğv edəndə, bu dövlətin zəifliyini göstərir. Həddindən çox asılılığı olmayan, nəzarətdən kənar cəmiyyət , özünün zəifliyini biruzə verir. Bu problem hazırki dövrdə Azərbaycan üçün xüsusilə aktualdır. Çünki bu gün ökəmizdə qaninverici, icraedici eləcədə məhkəmə hakimiyyəti müstəqil fəaliyyət göstərə bilmir. Bütün səlahiyyətlər icra hakimiyyəti tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir. Dördüncü hakimiyyətadlanan mətbuat ciddi təzyiqlərə məruz qalır. Konstitusiyaya əməl olunmur, qanunlar işləmir, vətəndaşların hüquq azadlıqları ciddi şəkildə məhdudlaşdırılır. Bütün bu problemlər Azərbaycanda hüquqi dövlətin vətəndaş cəmiyyətinin inkişafında ciddi problemlərin olmasını göstərir”.

 

Siyasi elmlər doktoru Gülzar İbrahimovanın fikrincə, demokratiyanı siyasi sistem formalaşdırır: “Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda demokratiya, vətəndaş cəmiyyətindən danışmağa dəyər. Hüquqi dövlətdə bazar münasibətləri iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir orada siyasi elitanınsöz keçirməsicəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir. Hüquqi dövlət vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır”.

 

Ümumiyyətlə isə, ekspertlər qeyd edirlər ki, dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu da o deməkdir ki, bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət digər sahələrə toxunur (“525.az”). İqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. İqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur. Hətta struktur dəyişikliklərin ana xətti isə hökümət tərəfindən müəyyən sahəvi prioritetlər əsasında iqtisadiyyatın sahələrinin oyanması inkişafı hesab olunur. Bunlarla yanaşı, struktur dəyişikliklərin əsas meyarlarından biri kimi enerji resurslarından istifadənin səmərəliliyinin artırılmasının təmin edilməsi qəbul olunub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Hacalıyev belə hesab edir ki, vətəndaş cəmiyyəti fərdiyyətçiliyin azad oyun sferası olmaqla, burada bir-birinə zidd olan maraqlar təmərküzləşmiş ifadəsini tapır: “Siyasi sistemin modernləşməsinin başlıca şərti olan dövlət nəinki müəyyən sosial mühitdə eləcə dünya birliyi cərçivəsində mövcuddur. Bu cəhətin özü modern dövlətin inkişafının yeni mahiyyətli meyli kimi səciyyələnir. Demokratik siyasi sistemin modernləşməsinin əhəmiyyətli istiqamətlərindən biri sosial dövlətin təşəkkülü inkişafıdır. Bu, dövlətin modern mahiyyətinin spesifik ifadəsidir. Hüquqi sosial dövlətin mahiyyəti ilə bağlı tədqiqatların əksəriyyəti belə bir mövqedən çıxış etmişlər ki, əgər bəşər cəmiyyəti legitim xarakter kəsb etmək istəyirsə, o, birincisi, hüquqi xarakterə malik olmalıdır; ikincisi, hüquq ədalət keyfiyyətini əks etdirməlidir; ədalətli hüquq ictimai hüquq qaydaları ilə qorunmalıdır, başqa sözlə, ədalətli dövlət simasına malik olmalıdır”.

 

O da qeyd olunur ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır (anl.az). Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq siyasi münasibətlərdir. Necə ki, hüquqi dövlətdə bazar münasibətləri iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür.

 

Rəşid RƏŞAD

Ekspress  2017.- 2 avqust.- S.10.