İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi insanın yaşamaq hüququna malik omasından bəhs edir. Ölkə qanununa əsasən zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilmə halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.

 

Ölkə başçısının rəhbərliyilə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü siyasətin bir nümunəsidir.

İnsan hüquqları sistemində sosial hüquqlardan bəhs edən ekspertlər hesab edirlər ki, bu anlayışla bağlı, mühafizə və müdafiə təsəvvürləri ilə əlaqəli problemin həlli üçün insanın əsas sosial hüquqlarının siyahısını özünəməxsus kataloqunu tərtib etmək vacibdir. Yeri gəlmişkən, beynəlxalq və yerli normativ - hüquqi məzmununu daşıyan əsas xüsusi beynəlxalq universal hüquqi aktda - iqtisadi, sosial və mədəni hüquqlar barədə 1966-cı il Beynəlxalq Paktının 6-13- maddələrində öz əksini tapıb. Həmin sənəddə hər bir insanın əsas sosial hüquqlarının siyahısı aşağıdakı kimi təsbit olunub: əmək hüququ; ədalətli və əlverişli əmək şəraiti hüququ; həmkarlar ittifaqı yaradılması hüququ; sosial təminat hüququ; ailənin, ananın və uşaqların mühafizəsi və onlara yardım hüququ; normal həyat səviyyəsi hüququ; sağlamlıq hüququ; təhsil hüququ (sabunchu.cls.az). Hüquq məsləhətçisi Pərviz Zamanlı qeyd edir ki, işsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir: “Vətəndaş yaşadığı ərazi üzrə Baş Məğulluq İdarəsi və onun yerli orqanlarına şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını, peşə və ya ixtisasını təsdiq edən sənədi şəxsən təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib təklif olunmadığı halda, Baş Məğulluq İdarəsi və onun yerli orqanaları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.

Vətəndaş qeyd edilən sənədlərdən əlavə aşağıdakı sənədləri də təqdim etməlidir:

- pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış

- yaşayış yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış

- yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış

- himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti

qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış”.

V.Zamanlı onu da qeyd edir ki, işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir (azxeber.com). Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz. Əgər vətəndaş axırıncı yerində 12 aydan az işləyibsə onun işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət almaq hüququ vardır. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlikmüaviəntininməbləğihər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.

Vətəndaşlara işsizlik müavinətləri qeydiyyatda olduğu şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən nağdya banklar (işsiz vətəndaşların arzusu ilə) vasitəsilə ödənilir. Bu müavinət işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınmaqla ödənilir”.

Hüquqşünasın fikrincə, muzdla işləyən, eyni zamanda əmək müqaviləsi müqabilində görən, haqqı ödənilən başqa işi olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları işsiz şəxslər hesab edilmir: Qeyd edim ki, “15 yaşına çatmayanlar, pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar, qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni təkrarən təklif oluna bilməz), ilk dəfə axtaranlar, azadlıqdan məhrumetmə cəzasını çəkənlər, işsiz statusu almaq hüququna malik deyillər. İşsiz vətəndaş işsizlik müavinətini qanunsuz sənədlər təqdim etmək yolu ilə aldıqda, işsiz vətəndaş işsizlik müavinətini aldığı dövrdə işə düzəldikdə, sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olduqda, mülkiyyətində torpaq payı olduqda, pensiyaya çıxdıqda (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) artıq ödənilmiş işsizlik müavinəti qanunvericiliklə müəyyən olunmuş qaydada geri alınır”.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir: “Hər bir Azərbaycan vətəndaşı azad və müstəqil əmək seçmək hüququna malikdir, ölkəmizdə məcburi əmək qadağan edilib. Bu baxımdan ölkəmizdə hər kəs azad sahibkarlıq hüququna malikdir. Azad sahibkarlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində təsbit edilib. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqalarilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər” deyən Ömərovun sözlərinə görə, sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin edir (sesqazeti.az). “Buraya sosial təminat, sosial sığorta, pensiya təminatı və tibbi xidmət daxildir. Yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır. Bu hüquqlar insan hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilir”.

Ekspert Mayis Əliyevin fikrincə, bütün ölkələrdə dövlətin vergi siyasətinin və əsasını sosial təminatın təşkil etdiyi sosial siyasətin köməyi ilə həyata keçirdiyi gəlirlərin yenidən bölüşdürülməsi siyasəti mövcuddur: “İqtisadi konsepsiya kimi sosial təminat anlayışı ictimai istehlak fondları hesabına cəmiyyətin üzvlərinə edilən bütün növ yardımları əhatə edir”.

Sosial təminat insanların sosial problemlərini həll etmək üçün dövlət və cəmiyyətin istifadə etdiyi vasitədir (“ekspress.az”). Hüquqi kateqoriya kimi sosial təminat öz əksini dövlətin milli gəlirlərinin yenidən bölüşdürülmə sisiyasətini hüquqi mexanizmlər vasitəsilə həyata keçirməklə normativ qaydada sosial təminatın həyata keçirilməsinin təşkilati-hüquqi formalarını, sosial təminatın növlərini v s. müəyyən edir. “Sosial kateqoriya kimi sosial təminat dövlətin insanın özündən asılı olmayan səbəblərdən maddi yardıma ehtiyacı olduğu zaman onun sosial statusunu bərpa edir”.

Son olaraq qeyd edək ki, əslində sosial təminat dedikdə, məqsədli maliyyə mənbələri hesabına dövlət tərəfindən dəqiq müəyyən edilmiş şərtlər əsasında və həcmdə vətəndaşlara sosial sığorta hadisəsi baş verdiyi hallarda onların sosial statusunun saxlanması üçün ümumi daxili məhsulun bölüşdürülməsi üsullarından biri başa düşülür. Bu baxımdan daSosial sığorta haqqında” qanunun 4-cü maddəsi - sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

 

Rəşid RƏŞAD

Ekspress $g 2017.- 9 avqust.- S.10.