Yerli özünüidarəetmədə İştirakçılıq

 

 

Hər bir cəmiyyətdə vətəndaşların siyasi proseslərdə iştirak səviyyəsi onların siyasi mədəniyyət səviyyəsini göstərən əsas əlamətlərdən sayılır. Siyasi mədəniyyət geniş məfhumdur və o sadəcə insanların siyasi hakimiyyətə münasibətini deyil, həm də və daha geniş anlamda insanların siyasi fəaliyyətini, siyasi proseslərdə iştirakçılığını ifadə edir.

 

Əhalinin siyasi prosesdə iştirakçılığını göstərən əlamətlərdən biri yerli idarəetmədə iştirakdır. Demokratiyanın inkişafı ilə əlaqədar olaraq son 200 ildə insanlar yerli idarəetmədə müstəqillik əldə etdilər və dövlətin iştirakı olmadan yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olan müstəqil qurum yaradaraq idarəetməni öz üzərinə götürdülər. Azərbaycanda da artıq 18 ildir ki, yerli özünüidarəetmə institutu var. Ötən illərdə yerli özünüidarəetmə xalq hakimiyyətinin bir forması oldu. Xalq öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında idarəetməni bilavasitə həyata keçirmək hüququna malikdir. Yerli özünüidarəetmə ümumavropa demokratik norması kimi 1985-ci il oktyabrın 15-də Strasburqda qəbul edilən “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda təsdiq edilib. Avropa Xartiyasında göstərilir ki, hər bir Avropa vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan asılı olmayaraq (istər bu, monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq istər bu, federasiya olsun, yaxud unitar dövlət olsun), özünü ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və təsdiqedir. Xartiyada qeyd edilir ki, hər bir vətəndaş yerli hakimiyyətin həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər.

Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoyub.

Avropa Xartiyası yerli özünüidarəetməni demokratik, vətəndaş cəmiyyətində real hakimiyyətə malik olan, vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilən, geniş muxtariyyətə malik olan orqan kimi səciyyələndirərək, yerli özünüidarə anlayışının mahiyyətini də açıqlamışdır. Xartiyada bildirilir ki, yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaqonu idarə etmək hüququreal bacarığı başa düşülür. Bu hüquq azad, gizli, bərabər, birbaşaümumi səsvermə yolu ilə seçilən üzvlərdən ibarət olan şuralarya yığıncaqlar tərəfindən həyata keçirilir. Şuraların və ya yığıncaqların onlara hesabat verən icra orqanları ola bilər. Bu müddəalar vətəndaşların yığıncaqlara, qanunun yol verdiyi yerlərdə referenduma, yaxud vətəndaşların bilavasitə iştirakının hər hansı bir formasına müraciət etməsini istisna etmir. Yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirib. Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiyaqanunla müəyyən edilir. Yerliözünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulan vəzifənin həcmi və xarakterini, habelə, səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

Azərbaycanda yerli özünüidarəetmə orqanı bələdiyyə adlanır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Konstitusiyada demokratik dövlət quruculuğu üçün xarakterik olan hüquqi təsisatlar təsbit olunub. Belə təsisatlardan biri də, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdir. Yerli özünüidarəetmə institutunun konstitusion qaydada təsbiti yerlərdə hakimiyyət səlahiyyətlərinin nisbi mərkəzləşməsinə və yerli özünüidarəetməni həyata keçirən orqanlara verilməsinə zəmin yaradır.

Konstitusiyasının 142-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr müstəqil orqandırlar və dövlət hakimiyyəti orqanları sisteminə daxil deyillər.

Bələdiyyələtin hüquqi vəziyyəti 1999-cu ildə qəbul edilən “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənir.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci maddəsində qeyd olunub ki, bələdiyyə-qanunla müəyyən edilən ərazi hüdudları daxilində yerli

özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları oluro, Azərbaycan Konstitusiyası və bu qanunla səlahiyyətlərinə aid edilən yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə orqanları - bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkilibaşqa orqanlardır.

Xatırladılan qanunun 14-cü maddəsinə görə bələdiyyə seçkili nümayəndəli orqandır. Qanunun 3-cü fəslində bələdiyyə orqanları kollegial orqanlar kimi xarakterizə olunub. “Bələdiyyələrin statusu haqqında” Qanunun 18-ci maddəsinə görə bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı

bələdiyyənin sədrindən və onun bu qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilən qaydada formalaşdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir.

“Bələdiyyələrin statusu haqqında” Qanunda 4-cü fəsildə yerli özünüidarəetmənin bilavasitə formaları olan yerli rəy sorğusu, bələdiyyələrə seçkilər, vətəndaşların yığıncaqları, əhalinin bələdiyyə aktlarını yaratmaq təşəbbüsü, vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciətləri və yerli rəy sorğusu-yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsidir. Bələdiyyə ərazisində yaşayanseçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ var. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər və səsvermə gizli keçirilir. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir.

İrqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların yerli rəy sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək hüququnun məhdudlaşdırılması qadağandır.

Vətəndaşlar üçün bilavasitə demokratiyanın kütləvi formalarından biri vətəndaş yığıncaqlarıdır. Vətəndaş yığıncaqları yerli özünüidarəetmə sistemində mühüm yer tutmaqla vətəndaşların müxtəlif idarəçilik funksiyalarının həyata keçirilməsinə cəlb olunmasına xidmət edir. Məhz belə yerlərdə vətəndaşlar yerli əhəmiyyətli məsələlərin kollektiv müzakirəsinə qoşulur.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 28-ci maddəsi vətəndaşların yığıncaqları adlanır. Vətəndaşların yığıncaqları yalnız əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə həyata keçirilir. Bu da həmin ərazidə yerləşən bələdiyyənin fəaliyyətinin effektivliyini təmin etməyə imkan verir.

Bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulan qaydadahallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həmçinin qanunvericilikicra hakimiyyətləri tərəfindən Azərbaycan Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir. İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. Bələdiyyələrin müvafiq komissiyaları, seçicilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. 2002-ci ilin avqust ayında Azərbaycan Konstitusiyasında referendum yolu ilə edilən dəyişikliklər insan hüquqlarının təminatı, ədalət mühakiməsinin imkanlarını daha da genişləndirib. İdarəçilik sahəsində də islahatlar aparılıb və 1999-cu ildə, ilk dəfə olaraq, yerli özünüidarə orqanı olan bələdiyyələrə seçkilər keçirilib.

Bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Konstitusiya ilə yanaşı, yerli özünüidarəni birbaşa tənzimləyən iyirmiyə yaxın qanun qəbul edilib. Bunlardan “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Yerli rəy sorğusu haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Qanunlarını qeyd etmək olar.

Demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaradılan bələdiyyələr hər bir regionu təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək imkanı yaradır.

 

Vasif  CƏFƏROV

Ekspress 2017.- 16 avqust.- S.10.