Bir arzum var: Şuşada konsert vermək! “

 

Moskvada görkəmli Azərbaycan musiqiçisi Fərhad Bədəlbəylinin yubiley gecəsi keçirilib

 

 

Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə təntənəli gecə təşkil olunub.

 

Mədəniyyət Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, “Roskonsertbirliyinin təşkilatçılığı Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley gecəsi böyük uğurla keçib. Konsertdə Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev Fuad İbrahimov, gənc tenor Azər Rzazadə, soprano Kyara İzotton iştirak ediblər. Konsertin proqramına Fikrət Əmirov, Cuzeppe Verdi, Corc Gerşvin, Sergey Raxmaninovun əsərləri daxil edilmişdi.

 

Fərhad Bədəlbəyli AZƏRTAC-a müsahibəsində dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvada Azərbaycan incəsənətini təmsil etməkdən böyük şərəf duyduğunu söyləyib: “Hər bir musiqiçi üçün Moskva, London, Vyana, Nyu-York səhnələrində çıxış etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni qəbul ediblərsə, deməli sən peşəkar musiqiçisən”.

 

F.Bədəlbəyli qeyd edib ki, bu gün həm Moskva səhnəsində Fikrət Əmirovun 95 illiyi münasibətilə dahi bəstəkarın əsərlərinin, o cümlədənSeviloperasından Balaşın ariyasının Elmira Nəzirova ilə birgə yazdığıƏrəb mövzusunda fortepiano üçün konsert”inin səslənməsi çox sevindiricidir. Konsert proqramında ilk dəfə S.Raxmaninovun fortepiano üçün yazdığı 2 saylı Suitası məşhur aranjimançı A.Varenberqin məxsusi işləməsində iki fortepiano simfonik orkestrlə ifa olunub.Moskva dinləyiciləri çox tələbkardırlar, buna görə mən olduqca həyəcanlıyam”, - deyən görkəmli Azərbaycan musiqiçisi yubileyi ərəfəsində ən böyük arzusunu da dilə gətirib: “Mənim ancaq bir arzum var: Şuşada konsert vermək!”.

 

Yubiley gecəsinin tamaşaçıları arasında olan məşhur sənət adamları ictimai xadimlər AZƏRTAC-a müsahibələrində Fərhad Bədəlbəylini yubileyi münasibətilə təbrik ediblər.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

 

-Mən bu gün çox xoşbəxtəm ki, Rusiya paytaxtının möhtəşəm konsert salonlarından birində 60 illik dostum, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin 70 illik yubiley gecəsi keçirilir. Mən konsertin təşkilində dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirmək istəyirəm. Bu gün yubiley gecəsinə Azərbaycanı, onun mədəniyyətini, incəsənətini sevənlər toplaşıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Rusiya paytaxtında möhtəşəm tədbirlər keçirməsi artıq gözəl ənənəyə çevrilib. Mən dostum Fərhada daha böyük uğurlar, cansağlığı, həmişə irəlidə olmağı diləyirəm.

 

Rusiyanın Əməkdar İncəsənət Xadimi Janna Dozortseva:

 

-Fərhad uzun illər Rusiyanın konsert salonlarının yaraşığı olub. Elə bir musiqi mövsümünü xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış etməsin. Məşhur dirijor Veronika Dudarova da onu çox sevərdi. Fərhad çox gözəl pianoçudur. O, təkcə Azərbaycanın deyil, həm Rusiyanın fəxri sərvətidir.

 

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:

 

-Bu gün Moskvanın mədəni həyatında əlamətdar hadisədir. Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar Fərhadın ifasına heyrandırlar. Fərhad bu gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə ifa edir ki, onun 70 illik yubileyini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı Fərhadın konsertlərini xatırlayıram. Onu deyə bilərəm ki, səhnəyə, musiqiyə sonsuz məsuliyyətli münasibəti heç dəyişməyib. Fərhad təkcə qəlbən deyil, həm yaradıcılığı ilə gəncdir.

 

SSRİ Xalq Artisti Tamara Sinyavskaya:

 

-Mən Fərhad Bədəlbəyliyə, ilk növbədə, cansağlığı, yaradıcılıq sevinci arzu edirəm. Fərhad Çaykovski adına salonda dəfələrlə çıxış edib mən əminəm ki, bugünkü konsert onun yaradıcılığının daha bir zirvəsidir.

 

Xalq artisti Yalçın Adıgözəlov:

 

-Çox əlamətdar bir gün yaşayırıq, görkəmli pianoçumuz, musiqiçimiz, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin 70 illiyini qeyd edirik. Əminəm ki, onu irəlidə böyük sənət uğurları gözləyir. Biz silsilə yubiley konsertlərini Bakıda başlamışıq, bu gün Moskvada çıxış edirikümid edirəm ki, başqa ölkələrdə də davam etdirəcəyik. Fərhad müəllim gümrahdır, yaradıcılığının zirvəsindədir, fortepiano məktəbimizin lideridir və gənc musiqiçilərimiz üçün hər cəhətdən örnəkdir.

 

Ekspress  2017.- 15 dekabr.- S.13.