Vətəndaş cəmiyyəti ​və şəxsiyyət

 

İnsan şəxsiyyətinin inkişafına təsir göstərən amillər təbii və sosial mühit anlayışına daxildir. Sosial mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Təbii mühit isə havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərən amildir.

 

İnsanın inkişafına mühitin, yoxsa irsiyyətin daha çox təsir göstərməsi ilə bağlı tədqiqatçılar arasında vahid fikir yoxdur. Biogenetiklər irsiyyətə, sosiogenetiklər isə mühitə üstünlük verirlər.

 

Tədqiqatçıların fikrincə, şəxsiyyətin inkişafına mühit və irsiyyətin təsirinin dəqiq kəmiyyət nisbətini müəyyən etməyə cəhd göstəriblər. Tərbiyə insanın inkişafına təsir göstərsə də, özü də müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır.

 

Rus psixoloqu A.R.Kavalyov şəxsiyyətin strukturunda dörd əsas tərkib hissəsi ayırır. Birinci komponent şəxsiyyəti nəyə yönəldiyini xarakterizə edir. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktikideya ustanovkaları sistemi daxildir.

 

İkinci komponentə fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir. Üçüncü komponent -xarakterya insanın sosail mühitdə davranış tərzini ifadə edir.Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar. Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünütənzimini həyata keçirir.

 

Görkəmli psixoloq L.S.Vıqotskinin əsaslandırdığı qanunauyğunluğa görə, tərbiyənin məqsədi və metodları uşağın çatdığı inkişaf səviyyəsinə deyil, həm də onun “yaxın inkişaf zonasına” müvafiq olmalıdır.

 

Rus sosioloqu İ.Kon isə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri ilə sosial rollarını vəhdəti ilə birlikdə göstərir. Digər tərəfdən, şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür.

 

Qədim yunan mütəfəkkirləri Sokrat, PlatonAristotel insan həyatında tərbiyənin böyük rolu olduğunu göstəriblər. PlatonQanunlar” əsərində yazıb: “İnsanı həqiqətən tərbiyə etsək o, ən sakitilahi məxluq olar”.

 

Psixologiya elmləri doktoru Ramiz Əliyevin sözlərinə görə, şəxsiyyət insan varlığının müəyyən moduludur, yəni onun bir sıra keyfiyyət və vəziyyətinin təzahürü formasıdır: “İnsan ən ümumi anlayışdır. O, bioloji növün (homo sapiens) klassifikasiyası olmaqla, daha çox biososial kateqoriyadır. Bioloji baxımdan “növ” - adam, psixoloji baxımdan isə “fərdiyyət” mənasında işlənilir. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Fəaliyyətin sosializasiyası prosesində insan şəxsiyyətə çevrilir. Yəni, şəxsiyyətin keyfiyyətləri sosial mühitdən, sosial-iqtisadi vəziyyətdən, mədəni səviyyədən və s. çoxsaylı sosial amillərdən asılıdır”.

 

C.Piaje öz çıxışlarından birində bildirirdi ki, cəmiyyətdə hər dəqiqə minlərlə vəhşi doğulursivilizasiya onlardan sosial varlıq formalaşdırır. Məhz bu deyilənlərdən də məlum olur ki, insan həm bioloji, həm də sosial varlıqdır. Yəni,  biososial varlıqdır. Fərdiyyət isə insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, somatik, psixoloji, sosial keyfiyyət və xüsusiyyətləri özündə birləşdirən canlı varlıqdır. Minilliklər boyu alim və mütəfəkkirlər insan haqqında yüzlərlə fikir və mülahizə söyləsə də, nəzəriyyələr yaratsa da, hələ də hamının qəbul etdiyi mövqe ortaya qoyulmayıb. Kimi şəxsiyyətin formalaşmasında irsiyyətin, kimi mühitin, kimi də tərbiyənin rolunu həlledici sayıb.

 

Bundan başqa, digər mövqelər də var. Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşır. Kimideyir ki, taledən, alın yazısından qaçmaq olmaz. Kimi deyir ki, “səadət hər kəsin öz əlindədir”, kimideyir ki, yox, həlledici olan zamandır, yaşadığın mühitdirs. Əlbəttə ki, bunların hamısı doğrudur. İnsanın formalaşmasında onların hamısının yerirolu var. Lakin zamanın özünün daxilində olan insanlar da fərqli olur. Eyni vəziyyətdə olan insanlardan biri özünü xoşbəxt, digəri isə bədbəxt hesab edə bilər. Məşhur alimlər C.FreydmanR.Freyqer yazırlar: “Hər bir məşhur nəzəriyyəçi insan təbiətinin müəyyən bir cəhətini aydınlaşdırmışdır. Hesab edirik ki, hər bir nəzəriyyəçi özlüyündə haqlıdır və öz sahəsi üzrə diqqəti cəlb edir. Onların əksəriyyətinin səhvi ondan ibarətdir ki, yalnız özlərinin baxış və yanaşmalarının ümumi, hərtərəfli, doğru olduğunu zənn edirlər. Şəxsiyyət nəzəriyyəsi yaradıcıları arasındakı fikir ayrılığı tarixi şəraitdən də yaranıb. İdrak fenomeninə əsaslanan nəzəriyyəçilər də digərlərinə əhəmiyyət verməyiblər. Fikrimizcə, hər bir nəzəriyyəçi bütövün, tamın bir hissəsi haqqında dərin təsəvvürə malikdironun dediklərinin tamın bir hissəsi olmasına inanmaq istəmir. Eləcə də digərləri inandırmaq istəyirlər ki, onların dedikləri ya tamdır və ya tamın əsas hissəsidir”.

 

Ümumiyyətlə, insan şəxsiyyət kimi doğulmasa da onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılı olur. Əslində elə insan ictimai münasibətlərin məcmusudur. İctimai mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir və yeniləşir. İnsan inqilabi fəaliyyəti vasitəsilə mövcud ictimai mühiti dəyişərək öz arzusuna müvafiq qura bilir, eyni zamanda bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir. Yəni, tərbiyə nəticəsində uşaqda müəyyən xarakter yaranır və formalaşır ki, bu da uşağın təlim və tərbiyə vasitəsilə ictimai həyata hazırlanmasında, onun geniş dünyagörüşünə sahib olmasında böyük rol oynayır.

 

Ekspertlər qeyd edirlər ki, pedaqogika təhsil-tərbiyə prosesində şəxsiyyətin inkişafının ən səmərəli şərtlərini öyrənir, aşkar edir. Bu da o deməkdir ki, pedaqogikapsixologiyada şəxsiyyətin inkişafı ilə bağlı üç əsas istiqamət-bioloji, sosioloji, biososioloji - var.

 

- Bioloji istiqamətin nümayəndələri şəxsiyyəti sırf təbii varlıq hesab etməklə onun bütün davranışını anadangəlmə özü ilə gətirdiyi, ona xas olan maraqların, instinktlərin təsiri ilə izah edirlər.

- Sosioloji istiqamətin nümayəndələri insanın bioloji varlıq kimi doğulmasını qəbul etməklə yanaşı, eyni zamanda ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşması fikrini müdafiı edirlər.

- Biososial istiqamətin nümayəndələrinin fikrincə, psixi proseslərin bioloji təbiəti olsa da, şəxsiyyətin təcrübəsi, siyasi, əxlaqi-mənəvi baxışları, maraqları, qabiliyyətləri və s. sosial hadisələr kimi formalaşır.

 

O da qeyd olunur ki, müasir pedaqogika şəxsiyyətə bir tam psixi sistem kimi baxır. Burada biolojisosioloji xüsusiyyətlər ayrılmazdır. Şəxsiyyət ictimai həyatın məhsulu olmaqla,  həm də canlı orqanizmdir. Şəxsiyyətin formalaşması və davranışında sosioloji ilə biolojinin münasibəti olduqca mürəkkəbdir və insanin inkişafının müxtəlif dövrlərində şəxsiyyətə eyni təsir göstərmir. Şəxsiyyətin bütün tərəfləri yalnız fəaliyyətdə və başqa adamlarla ünsiyyətdə təzahür edir.

 

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, təhsil-tərbiyə prosesində köhnə ilə yeni arasında meydana çıxan ziddiyyətlər və onların aradan qaldırılması şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi çıxış edir.

 

Yeri gəlmişkən, elmi-tədqiqatların nəticələri intellektual səviyyənin valideynlərdən uşaqlara keçməsi haqqında fikirlərini inkar etsə də, əxlaqi keyfiyyətlərin və psixikanın irsən keçməsi məsələsini xüsusilə önə çəkir. Pedaqogikada belə bir fikir formalaşıb ki, şəxsiyyətin keyfiyyətləri irsən keçmir, onlar orqnizmin xarici mühitlə qarşılıqlı təsiri prosesində əldə edilir.

 

Y.A.KomenskiBöyük didaktika” adlı əsərində yazırdı: “Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir”.

Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, təlimin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.

Göründüyü kimi fikirlər müxtəlifdir və zaman keçdikcə cəmiyyət inkişaf edir. Cəmiyyət inkişaf etdikcə innsanlıq daha da kamilləşir ki, bu da şəxsiyyətin formalaşamasında böyük rol oynayır.

 

XIX əsrin utopik sosialistləri Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddindən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə dəyişdirməyə ümid edirdilər. Məhz həmin əsrdə yaşamış rus demokratları Belinski, Dobrolyubov, Pisarevinsan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd ediblər. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-31 yanvar.-S.10.