Birinci instansiya Məhkəmələri

 

Məhkəmə hakimiyyətinin mövcudluğu hüquqi dövlətin varlıq şərtlərindən biridir. Məhkəmələr olmadan hüquqi dövlətdə qanunun aliliyini təmin etmək, hamının qanun qarşısında bərabərliyini həyata keçirmək mümkün olmaz. Buna görə də məhkəmə hakimiyyətinin mövcudluğu, onun səlahiyyətləri daxilində fəaliyyətinin təmin olunması vacibdir.

 

Məhkəmə hakimiyyətinin varlığını təcəssüm etdirən əsas fakt birinci instansiya məhkəmələridir. Hər bir hüquqiya fiziki şəxsin mübahisələndirdiyi məsələlər, baş verən cinayət əməllərinə ilk hüquqi qiymətin verilməsi məhz birinci instansiya məhkəmələrində həyata keçirilir.

 

Hazırda Azərbaycan birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Birinci instansiya məhkəmələri 3 pilləli məhkəmə sisteminin birinci pilləsi hesab edilir.

 

Xatırladaq ki, sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, həm qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna malik idi. Müstəqil Azərbaycanda mövcud olan qanunvericilik sisteminə əsasən müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərinə aid olan bu funksiyaların Ali Məhkəmədə cəmləşməsini aradan qaldırır Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayanır. Məhkəmələr hakimlər haqqındaQanun köhnə məhkəmə quruluşundan tamamilə imtina edir beynəlxalq standartlara cavab verən yeni məhkəmə quruluşunu ehtiva edir. Bu islahatlardan sonra ölkəmizdə birinci, apelyasiya kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi formalaşır. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa fakta görə apelyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır. Bu isə, öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə prosessual baxımdan düzgün obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldınlmasına, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə zəmin yaradır.

 

Mövcud qanunlara əsasən Azərbaycan məhkəmələrində işlərə kollegial hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına ya üç hakimdən ibarət tərkibdə, yaxud andlı iclasçılardan ibarət tərkibdə baxılır. Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilən mülki, cinayət işlərinə, inzibati xətalara dair digər işlərə baxır. Yerli məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir ümumiləşdirir ona aid edilən digər səlahiyyətləri həyata keçirir. Yerli məhkəmələr sədrdən hakimlərdən ibarətdir. Tərkibində 6 daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi olur. Burada hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. Qanunvericiliyə əsasən məhkəmədə işin təşkilinə məhkəmə aparatının işinə sədr rəhbərlik edir, məhkəmədə əmək icra intizamına əməl olunmasını təmin edir. Sədr məhkəmə iclaslarına rəhbərlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir. Rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. Birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsi qanunla səlahiyyətlərinə aid edilən cinayət işlərinə baxmaq hüququna sahibdir. Ağır cinayətlər məhkəməsi cinayət törədən şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir, məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir ümumiləşdirir, Azərbaycan qanunvericiliyi ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirir. Ağır Cinayətlər üzrə məhkəmələr müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır. Ağır cinayətlər məhkəməsinin təşkili, olduğu yer ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla müəyyənləşdirilir. Ağır cinayətlər məhkəməsi sədrdən, onun müavinindən hakimlərdən ibarət olur. Qanunla nəzərdə tutulan hallarda qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər. Ağır cinayətlər məhkəməsinin hakimlərinin sayı da Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Bu tip məhkəmələr Naxçıvan Muxtar Respublikası ərazisində təşkil edilir. O birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilən cinayət işlərinə baxır. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir ümumiləşdirir digər səlahiyyətləri həyata keçirir. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi sədrdən hakimlərdən ibarətdir. Qanunla nəzərdə tutuan hallarda qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər.

 

Digər birinci instansiya məhkəməsi hərbi məhkəmələrdir. Hərbi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir ümumiləşdirir, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirir. Hərbi məhkəmə müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə hərbi məhkəmə tərəfindən baxılır.

 

Hərbi məhkəmə Azərbaycan Silahlı Qüvvələri başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılır. Tərkibində 6 daha çox hakim olan hərbi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir. Hərbi məhkəmənin təşkili, olduğu yer ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla müəyyənləşdirilir. Hərbi məhkəmə sədrdən hakimlərdən ibarət olur. Tərkibində 6 daha çox hakim olan hərbi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir. Hərbi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Digər birinci instansiya məhkəməsi inzibati-iqtisadi məhkəmədir. Bu birinci instansiya məhkəməsi inzibati iqtisadi mübahisələrə dair işlərə baxır. İnzibati-iqtisadi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir ümumiləşdirir. İnzibati-iqtisadi məhkəmə Azərbaycanın inzibati ərazi vahidləri ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili, olduğu yer ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla müəyyən olunur. İnzibati-iqtisadi məhkəmə sədrdən hakimlərdən ibarətdir.

Tərkibində 6 daha çox hakim olan inzibati-iqtisadi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir. İnzibati-iqtisadi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Azərbaycanın İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə orqanıdır. İqtisad Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilən qaydada yerli iqtisad məhkəmələrinin beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş apellyasiya şikayətləri apellyasiya protestləri üzrə işlərə baxır. İqtisad Məhkəməsi Rəyasət Heyətindən işlərə baxmaq üçün yaradılan məhkəmə tərkiblərindən ibarətdir.

 

İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır. İqtisad Məhkəməsinin Rəyasət Heyəti müvafiq işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir; qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir; İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir; qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir; qanunvericilklə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-3 fevral.-S.10.