Azərbaycan 2020: gələcəyə baxış

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflər-sosial sahədə, eyni zamanda vətəndaşların pensiya təminatı sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə söykənməklə qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəyişikliklər strategiyasının həyata keçirilməsinə əlverişli zəmin yaradır.

 

Son illər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb.

 

Ekspertlər qeyd edirlər ki, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadisosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması məqsədəuyğun hesab olunub.

Bir qədər əvvələ qayıdaq. Hələ ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin siyasiiqtisadi islahatları nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə daxil oldu. Azərbaycanın karbohidrogen ehtiyatlarının ümumxalq mənafeyinə uyğun istifadə olunmasının əsası qoyuldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və genişmiqyaslı iqtisadi islahatlara başlanılması məhz bu dövrün real hadisələridir.

 

2000-ci illərdə ölkəmizdə aparılan uğurlu islahatların nəticəsi olaraq sürətli inkişafa əlverişli şərait yaradıldı. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulub. Təbii resursların geniş şəkildə hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası 2009-cu ildə qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında yüksəlişin qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür.

 

Ölkəmizin bəzi parametrlər baxımından öndə getməyinin müqabilində Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam bu işlərin daha sürətlə getməsinə və görülən işlərin səmərəliliyinin artırılmasına zəmin yaratdı. Bu konsepsiya ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasınının başlanğıcı oldu.

 

Ekspertlərin fikrincə, konsepsiyanın əsas strateji yanaşması bunlardan ibarətdir: mövcud imkanlarresurs perspektivləri nəzərə alınmaqla ölkəmizdə sistemli inkişaf, davamlı iqtisadi artım, yüksək sosial rifahın təminatı, güclü və səmərəli dövlət idarəetmə aparatı, hüququn aliliyi, vətəndaş cəmiyyətinin qorunması və daha da inkişaf etdirilməsi. Bu minvalla 2020-ci ilə qədər Azərbaycanın iqtisadisiyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabətə davamlı bir ölkəyə çevrilməsidir. Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollars.) səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq.

 

Akademik Ramiz Mehdiyevin konsepsiya haqqında söylədiyi fikirlərdən: “İlk növbədə qeyd etməliyik ki, təqdim olunan konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir. Bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva etmişdir”.

 

Onu da bildirək ki, konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacaq. 2020-ci ildə Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

 

PwS şirkətinin baş qlobal məsləhətçisi Yan Sturesson  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını ölkəmizin yeni uğurlar planı kimi dəyərləndirərək onun əhəmiyyətini xüsusi vurğulayıb: “Sizin çox güclü strategiyanız var. Mən deyərdim ki, biz yeni kapitalist eranın içindəyik. İnsan kapitalı, mədəniyyət kapitalı, böyük sənaye kapitalı bütün bunlar yeni dünyanın şərtləridir. Sizin ölkə üçün bu böyük şansdır ki, sizbundan maksimum dərəcədə yararlanmalısız. Siz iqtisadiyyatı şaxələndirmək istəyirsiniz, bu, inkişafın yeni baxış bucağıdır. Öz mənsub olduğum ölkəni misal gətirərək deyə bilərəm ki, İsveçə bu inkişafı əldə etmək üçün 30 il lazım oldu. Siz isə bunu daha az müddətə əldə etmişsiniz”.

 

Xatırladaq ki, konsepsiya məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirlərini həyata keçirməyi nəzərdə tutur. Neft-qaz sektoruneft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi əsas aparıcı istiqamət  hesab olunur. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəf götürülür. Bütün bunlar iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində mümkün olacaqbununla da dövlətimizin güclü dayaqlara malik olması təmin ediləcəkdir.

 

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko iqtisadiyyatımızın diversifikasiya edilməsini təqdir edərək müqayisə üçün bildirib: “Siz alternativ enerjidən səmərəli istifadə edirsiniz. Mən Bakıdan bölgələrə gedərkən bunun şahidi oldum. Bu, çox müsbət göstəricidir. Öz ölkəmdən götürüm ki, Ukrayna təbii sərvətlər baxımından zəngin olsa da, alternativ enerji mənbələri buradakı kimi çox deyil. Bu o deməkdir ki, sizin ölkənin böyük gələcəyi var. Baxmayaraq ki, zəngin neft-qaz yataqlarınız var, bununla belə alternativ enerji mənbələrini, qeyri-neft-qaz sektorunu da düşünürsünüz. Bu gün Rusiya bütün parametrlərdən təbii sərvətlərlə zəngindir. Əgər Mendeleyev cədvəlinə nəzər salsaq, oradakı bütün kimyəvi elementləri Rusiyada tapmaq mümkündür. Lakin bu ölkə iqtisadiyyatını diversifikasiya etmədiyindən Qərbi Avropa ölkələrindən xeyli geridə qalır. Norveç isə bu baxımdan xeyli irəli getmişdir. Çünki onlar kapitalı insana qoydular. Onların torpağı çox deyil, amma metallurgiya və kənd təsərrüfatı sahələrini diversifikasiya etməklə əhalinin rifahının yaxşılaşdırılmasında sıçrayış əldə etdilər”.

 

Son olaraq qeyd edək ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması və tətbiqi dövlətimizin ən başlıca prioritet hədəflərindən biri kimi, bu gün əsas müzakirə mövzularından biridir. Xalq olaraq bu prosesin uğurlu icrasını və səmərəli nəticələrini səbirsizliklə gözləyirik. Bu konsepsiyanın Azərbaycan dövləti üçün başlanğıc rolu oynayacağına inanırıq.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.- 7 fevral.-S.10