Vətəndaş cəmiyyətində bərabərlik prinsipi

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6-cı maddəsi - Qanun qarşısında bərabərlik prinsipindən bəhs edir: “Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar”.

 

Hüquq üzrə elmlər doktoru Firudin Səməndərov “Cinayət hüququ” kitabında qeyd edir ki, vətəndaşların qanun qarşısında bərabərliyinin mühüm siyasi əhəmiyyəti var. Belə bərabərlik onların demokratik cəmiyyətdə hüquqi statusunun təməlini yaradır. Vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilib: “Cinayət Məcəlləsinin 6-cı maddəsində vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi aşağıdakı kimi göstərilir. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Vətəndaşların qanun qarşısında bərabərliyinin cinayət hüququ prinsipi vətəndaşların ancaq formal hüquqi bərabərliyini nə- zərdə tutur. Məsələnin hüquqi istiqamətinin mahiyyəti törədilən cinayətə görə qanunla müəyyən edilən cəzanın növü və həddi-hüdudunda şəxslərin bərabər cavabdehliyini təmin etməkdən ibarətdir. Eyni cinayəti törədən bütün şəxslər üçün qanunun eyni norması ilə məsuliyyət yaranır. Konstitusiyanın 25-ci maddəsinin göstərişinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası CM-nin 154-cü maddə- sində bərabərlik hüququnu pozmaya görə cinayət məsuliyyəti müəyyən edilib. Bundan əlavə, CM-nin 283-cü maddəsində milli, irqidini düşmənçiliyin salınmasına görə, 167-ci maddəsində dini ayinləri icra etməyə mane olmas. əməllərə görə məsuliyyət müəyyən edən normalar formulə edilərkən cinayət hüququnda təsbit olunmuş qanun qarşısında bərabərlik prinsipinin tələbləri nəzərə alınıb” (“ilkaddimlar.com”).

 

Səməndərovun fikrincə, bu məcəllədə bu prinsipin tələbləri ilə bağlı rəhbər tutulan mövqeyə həmişə ardıcıllıqla riayət edilməyib. Belə ki, cinayət hüququnun qanun qarşısında bərabərlik prinsipinin tələblərindən irəli gələn ən vacib məsələlərindən biri məsuliyyətin yalnız şəxsin ictimai təhlükəli əməlinə görə müəyyən edilməsidir: “Cinayət tərkibləri əməlin obyektivsubyektiv ünsürlərinə görə formulə edilir. Belə normalara “Mülkiyyət əleyhinə olan cinayətlər”ə görə məsuliyyət müəyyən edən fəsildə, habelə “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində rast gəlinir. Bu fəsillərdə “əvvəlki məhkumluq” əlaməti cinayət törədənin şəxsiyyətinin təhlükəliliyini xarakterizə edən göstərici kimi bir sıra tərkiblərə daxil edilmiş, məhz bu əlamətə əsasən məsuliyyət 4-5 dəfə sərtləşdirilmişdir. Belə hallar məhkumların qanun qarşısında bərabərliyi prinsipinin tələbləri ilə uyuşmur, bu tələblərə qarşı durur”.

 

Hüquq üzrə fəlsəfə doktoru Simran Həsənovun fikrincə, dini ayrı-seçkilik beynəlxalq hüquq normaları tərəfindən insan hüquq və azadlıqlarının kobud pozuntusu kimi qiymətləndirilir və həmin normalara görə, bütün dövlətlər bu cür hallara qarşı ciddi mübarizə aparmağa borcludurlar: “Məsələn, BMT Baş Məclisinin 1981-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə”si “dinə, yaxud əqidəyə əsaslanan və məqsədi, yaxud nəticəsi bərabərlik əsasında insan hüquqlarının və əsas azadlıqların tanınmasını, onlardan istifadə olunmasını, yaxud onların həyata keçirilməsini ləğv etmək, yaxud alçaltmaq olan hər hansı fərqləndirmə, istisna məhdudiyyət, yaxud üstüntutma”nı “əqidəyə görə dözümsüzlük və ayrı-seçkilik” hesab edir. Sənəd həmçinin müəyyən edir ki, bütün dövlətlər bu əməllərin “qarşısının alınması və ləğv edilməsi, mülki, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində insan hüquqlarının və əsas azadlıqların tanınması, həyata keçirilməsi üçün təsirli tədbirlər görməlidirlər”. Bu məsələyə beynəlxalq və aşağıda görünəcəyi kimi, milli qanunvericiliyin belə diqqət ayırması ilk növbədə onunla bağlıdır ki, hər hansı dinə (dini cərəyana) etiqad edən fərd və ya korporativ qrup onun mənsub olduğu konfessiyaya və digər dinlərə dövlətin münasibətinə kifayət qədər həssaslıqla yanaşır. Bu sahədə dövlətin ayrı-seçkilik siyasəti çox böyük narazılıqlara səbəb ola bilər” (azerbaijan-news.az).

 

Qeyd edək ki, vergi sistemində bərabərlilik prinsipi onu xarakterizə edən çox mühüm meyarlardan biri olmaqla yanaşı eyni zamanda demokratik dövlət quruculuğu şəraitində iqtisadi sistemin ədalətliliyini göstərən əsas amillərdəndir. Bərabərlik prinsipi əsas etibarilə ayrı-ayrı vergilərin hesablanması və ödənilməsi mexanizmlərinin ədalətliliyində öz əksini tapır (vergiler.az). Beynəlxalq aləmdə vergi sisteminin ədalətliliyi ictimaiyyətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

 

Ekspertlərin fikrincə, iqtisadi baxımdan vergi sistemində ədalət prinsipi, o cümlədən vergi öhdəlikləri ilə bağlı nisbi bərabərlik onu müəyyən edir ki, dövlət gəlirləri və xərcləri əhalinin bir qisminə vergi yükü, digər qisminə isə imtiyazlar verilməklə gəlirlərin bölüşdürülməsinə təsir etməlidir. Beynəlxalq təcrübədə vergi sisteminin ədalətli olması prinsipinin iki müxtəlif əlamətinin olduğu müəyyən edilir: üfüqişaquli.

 

O da qeyd olunur ki, vergi sisteminin ədalətli olmasının şaquli prinsipinə əsasən, qeyri-bərabər vəziyyətdə olan şəxslər vergi öhdəliyi baxımından da qeyri-bərabər vəziyyətdə olmalıdırlar. Yəni, dövlətdən buya digər formada fayda alan şəxs buna görə daha çox məbləğdə vergini dövlət xəzinəsinə ödəməlidir. Bu halda, ilk baxışdan, ədalət prinsipinin gözlənilməsi onunla bağlı olur ki, daha çox vəsait ödəyən şəxs bunun əvəzində dövlətdən daha çox fayda götürmüş olur. Bundan başqa, bəzi hallarda vergi sistemində ədalət prinsiplərinin yetərincə gözlənilməməsi və ya nisbi bərabərliyin pozulması vergi ödəyicilərinə qarşı tətbiq olunan məsuliyyət tədbirlərinə dair vergi qanunvericiliyinin müddəalarından da irəli gələ bilər. Qanunvericiliyə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinə qarşı inzibati, cinayət məsuliyyəti tədbirlərinin görülməsi və maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulub. Vergi ödəyicisinin hər hansı pozuntuya yol verməsi bilərəkdən olmadığı halda belə, ona qarşı maliyyə sanksiyalarının tətbiqi, habelə tətbiq olunan cərimələrin, maliyyə sanksiyalarının məbləğlərinin büdcədən yayındırılmış vergi ödəmələri ilə müqayisədə çox olması  ədalətin pozulması barədə subyektiv fikirlərin yaranmasına səbəb olur. Bəzən vergi qanunvericiliyinin tətbiqi barədə izahların verilməsinin vergi orqanlarının səlahiyyətlərinə aid olunmasını vergi orqanlarının vergi ödəyiciləri ilə müqayisədə üstün vəziyyətdə olması kimi qiymətləndirirlər.

 

Yeri gəlmişkən, insan hüquqlarının qorunması və təşviqində milli təsisatların unikal rol oynaya biləcəyinin etiraf edildiyi 1960-cı il qətnaməsində İqtisadiSosial Şura hökumətlərə belə orqanların yaradılmasını və onların gələcək fəaliyyətlərini təşviq etməyi, eyni zamanda bu məsələ ilə bağlı öz fikirlərini Baş katibə məlumat verməyi və ona informasiyalar göndərməyi təklif edib. Əslində bu proses hazırda da inkişaf etdirilir və alınan informasiyalar barədə məruzələri Baş Katib mütəmadi olaraq İnsan Hüquqları Komissiyasına, Baş Assambleyayaüzv dövlətlərə təqdim edir (unikal.org).

 

60-cı və 70-ci illər ərzində İnsan hüquqları sahəsində norma yaradıcılığı ilə bağlı fəaliyyətlər daha da güclənib

 

Xatırladaq ki, İnsan Hüquqları Komissiyası insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milliyerli təsisatların strukturları və fəaliyyətlərinin rəhbər prinsiplərini işləyib hazırlamaq məqsədilə 1978-ci ildə belə təsisatlara həsr olunan seminar təşkil etməyi qərara alıb. Bununla əlaqədar olaraq, 1978-ci il sentyabrın 18-dən 29-na kimi Cenevrədə insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milliyerli təsisatlara dair seminar keçirildi və həmin seminarda bir sıra rəhbər prinsiplər qəbul olundu.

 

Həmin prinsiplərə əsasən milli təsisatlar aşağıdakı funksiyaları yerinə yetirməlidirlər:

- Öz ölkələrinin hökumətləri və xalqları üçün insan hüquqları barədə informasiya mənbəyi kimi fəaliyyət göstərmək

- İctimaiyyətin bu sahədə maariflənməsinə köməklik göstərmək və onun insan hüquqlarını dərk etməsinə və onlara hörmət etməsinə yardım göstərmək

- Buya digər ölkədə yaranan və həmin ölkə hökumətinin onlara həvalə etmək arzusunda olduğu hər hansı konkret vəziyyəti nəzərdən keçirmək, müzakirə etmək və tövsiyyələr vermək

- Hökumətlərin insan hüquqları ilə bağlı onlara həvalə etdikləri istənilən məsələ barədə məsləhətlər vermək

- İnsan hüquqlarının təşviqinə yönəldilən qanunvericilikləri, məhkəmə qərarlarını və inzibati sərəncamları öyrənmək və onların durumunu izləmək, həmçinin bu məsələlər barədə müvafiq orqanlara məruzələr hazırlamaq

- Həmin dövlətin insan hüquqları sahəsində iştirakçısı olduğu beynəlxalq müqavilələr üzrə öz üzərinə götürdüyü təəhhüdlərlə əlaqədar olaraq hökumətin onlara həvalə etmək istədikləri istənilən digər funksiyaları yerinə yetirmək

Belə təsisatların strukturları ilə bağlı rəhbər prinsiplərin nəzərdə tutduğu tövsiyyələrə görə onlar:

a) Elə təşkil olunmalıdırlar ki, tərkibləri cəmiyyətin ən müxtəlif təbəqələrin əks etdirmiş olsun, bununla da əhalinin bütün təbəqələri insan hüquqları sahəsində qərarların qəbul olunması prosesinə cəlb edilsin

b) Cəmiyyətin hər bir üzvünün və hökumətin hər bir nümayəndəsinin onlara maneəsiz yol tapa bilmələrinin təmin edilməsi sahəsində müntəzəm fəaliyyət göstərməlidirlər;

c) Müvafiq hallarda, öz funksiyalarını həyata keçirmək üçün onlara kömək edə bilmək məqsədilə yerliregional məşvərət orqanlarına malik olmalıdırlar.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-15 fevral.-S.10.