Dövlətin gənclər siyasəti

 

 bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirir

 

Ölkənin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsinin olduğunun göstəricisidir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.

 

Gənclər və İdman Nazirliyinin məlumatına görə, dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

 

Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

 

Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi bunun üçün əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

- Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;

- İstedadlı gənclərə dövlət qayğısı;

- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;

- Gənclərin məşğulluğunun təmin edilməsi;

- Gənc ailələrə dövlət yadımı;

- Gənclər təşkilatlarına dövlət yardımı.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb. Xatırladaq ki, I Forum - 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.

1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Onu da bildirək ki, indiyədək 6 gənclər forumu keçirilib.

Ölkədə dövlət gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində görülən ardıcıl və səmərəli işlər və əldə edilmiş uğurlu nəticələrin məntiqi davamı olaraq bu gün Azərbaycan bu sahədə fəal beynəlxalq əməkdaşlıq edirbu əməkdaşlığın inkişaf etdirilməsinə yaxından töhfə verir. Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Azərbaycan Respublikası həm ikitərəfli, həm də çoxtərəfli formatda gənclər və idman sahələrində dünyanın ayrı-ayrı dövlətləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Hazırda Azərbaycanla 40-a yaxın ölkə arasında (Serbiya, Qazaxıstan, Türkiyə, Pakistan, İran, İtaliya, Yunanıstan, Koreya, İspaniya, Braziliya, Macarıstan, Çins.) müvafiq sahələrdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanmış və həmin sazişlər çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, mübadilə proqramları, birgə layihələr və s. tədbirlər  həyata keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikası beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, Müstəqil Dövlətlər Birliyis.) gənclər proqramlarının işində yaxından iştirak edir. Bu öz əksini həyata keçirilən çoxsaylı birgə layihələrdə, ölkəmizdə keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərində, qarşılıqlı mübadilə səfərlərində və s. tapıb. Son illər ərzində Bakıda keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərinə nümunə kimi Avropa Gənclər Forumunun Üzv Təşkilatları Şurasının iclasını (27-28 aprel 2007-ci il), “Avropa Şurasının Avropa Gənclər FonduFondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminarı (14 may 2013-cü il), AŞ-nin İdmanla bağlı Genişləndirilmiş Hissəvi Sazişinin İcraiyyə Şurasının və Məşvərət Komitəsinin iclaslarını (25-27 may 2009), AŞ İdmana məsul nazirlərin 18-ci Qeyri-Formal Konfransını (22 sentyabr 2010-cu il), BMT baş katibinin gənclər siyasəti üzrə elçisi, BMT İnkişaf Proqramı, YUNESKO, AŞ və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil edilmiş Gənclər siyasəti üzrə birinci Qlobal Forumu (28-30 oktyabr 2014-cü il) və s. qeyd etmək olar.

Azərbaycanın gənclər təşkilatları Avropa İttifaqının (Aİ) 2007-2013-cü illəri əhatə etmiş “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində çoxsaylı layihələrdə iştirak ediblər. Hazırda isə Azərbaycan Respublikası ilə Aİ arasında gənclər sahəsində əməkdaşlıq Aİ-nin Erasmus+ proqramı vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası gənclər siyasətinin əsas istiqamətlərindən birini xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, ictimai-siyasi fəallığının artırılması, diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yaxından cəlb edilməsi təşkil edir. Bu məqsədlə 26-29 noyabr 2010-cu ildə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi, 12 mart 2012-ci il tarixində Bakı şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı, həmçinin xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumları (Budapeşt, 6-7 aprel 2012, Vyana, 25-28 oktyabr 2012, Roma, 27-30 mart 2013 və s.) keçirilib.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ilə dövlət gənclər siyasətində yeni mərhələyə qədəm qoyulduğunu desək, səhv etmərik. Qeyd edək ki, strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür: qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur.

Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin olunması, aliorta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər nəzərdə tutulub.

Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcək (“ekspress.az”). Bu sahə ilə bağlı mövcud olan normativ hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyətləri başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaq. Gənclərin və gənc ailələrin mənzil ehtiyaclarının ödənilməsi məqsədi ilə sosial ipotekanın şərtləri daha da təkmilləşdiriləcək, gənclər, o cümlədən sağlamlıq imkanları məhdud olan gənclər üçün istirahət və təlim mərkəzləri istifadəyə veriləcək. Gənclər, xüsusən ucqar və kənd yerlərində yaşayan gənclər üçün məlumat məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcək. Gənc nəslin bacarıqlarının inkişafı məqsədi ilə gənclərin əmək və iqtisadi əlaqələrə erkən yiyələnməsi üçün səmərəli formametodlar tətbiq ediləcək. Ölkə və xarici təhsil müəssisələrini bitirmiş gənc mütəxəssislərin Azərbaycanın bölgələrində işləməsinin təşviq edilməsi, bununla əlaqədar onlar üçün əlavə sosial dəstək mexanizmlərinin (ayrılan müavinətlərin və əməkhaqqına əlavələrin artırılması, xidməti mənzillərin ayrılması və s.) yaradılması və tətbiqi təmin ediləcək. 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün respublika idman federasiyaları, idman klubları (peşəkar klublar), uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazaları yaradılacaq. Gənclərə sosial xidmət göstərən müəssisələrin, eləcə də bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün aparılan işlər davam etdiriləcək, kadr hazırlığı məsələləri daha da təkmilləşdiriləcək, bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcək.

Bir sözlə, dövlətin düşünülmüş və ardıcıl həyata keçirdiyi siyasət nəticəsində ölkə gənclərinin inkişafı üçün hər bir şərait yaradılır.

 

NƏRGİZ

Ekspress.-2017.-22 fevral.-S.10.