Dövlətin sosial siyasəti

 

 

Azərbaycanda iqtisadi siyasətin sosialyönlü səciyyə daşıması ölkəmizin müstəqillik əldə etdikdən sonrakı demokratik inkişaf yoluna daxil olmasını ifadə edir. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə 7 dekabr 2015-ci il tarixdə imzaladığı fərmanında qeyd edildiyi kimi 2016-cı ilin dövlət büdcəsi də son illərin dövlət büdcələri kimi sosial mahiyyət daşıyır və dövlətin sosial siyasətinin, bir sözlə, dövlətin sosial funksiyasının həyata keçirilməsinə xidmət edir.

 

Qeyd edək ki, dövlətin sosial siyasətinin və sosial fəaliyyət sferasının əsas istiqamətlərini və tərkib hissəsini təşkil edən təhsil, sosial müdafiə, mədəniyyət və incəsənət və s. qeyri-istehsal sferasına daxil olmaqla bu sahələrdə maddi istehsal baş verməsə də, maddi istehsalın inkişafına fəal təsir göstərir. Bu baxımdan da sosial-mədəni sahələrin, sosial infrastrukturun daim inkişaf etdirilməsinə dövlət böyük əhəmiyyət verir.

 

Ekspertlər qeyd edirlər ki, hazırda ölkəmizdə dövlətin həyata keçirtdiyi sosial siyasəti əhalinin sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayırır.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin dediyi kimi,  sosial proqramların həlli həmişə olduğu kimi böyük əhəmiyyət kəsb edir. “Son on ildə Azərbaycanda 2500 məktəb tikilmişdir, proses hələ davam edir. 2015-ci ildə 59 səhiyyə müəssisəsi tikilmiş təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturların inkişafı üçün lazımi tədbirləri görürük beləliklə Azərbaycanda bütün sosial proqramlar öz həllini tapır. (“Xalqqəzeti).

 

Ekspert Eyyub Musayev bildirir ki, sosial siyasət dövlətin daxili siyasətinin əsas istiqamətlərindən biri olmaqla, ictimai həyatın sosial sahəsi ayrılmaz hissəsidir: “Bu sahəyə həm iqtisadiyyatın qeyri-istehsal sahələri olan təhsil, elm, səhiyyə, sosial müdafiə, həm istehsal sahələrinin bir çox aspektləri, gününün uzunluğu, minimum əmək haqqı, əməyin mühafizəsinin müəyyən olunması s. daxildir. Sosial sahənin cəmiyyətin həyatında funksional rolu əhali arasında sosial əlaqələrin yaradılması dərinləşdirilməsi, onların zəruri tələbatlarının təmin olunması formalaşdırılması şərtlərindən ibarətdir. İnkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində cəmiyyətin sosial-iqtisadi yüksəlişi istiqamətində dövlət siyasətinin mühüm tərkib hissələrindən biri sosial siyasətdir. Sosial siyasətin mahiyyəti ayrı-ayrı sosial qruplar, həmçinin bütöv bir sosial qrupa mənsub olan adamlar arasında onların həyat səviyyəsinin yüksəldilməsi ictimai həyatda iştirakı üçün iqtisadi stimulun formalaşmasına şəraitin yaradılmasıdır. İqtisadi inkişaf nöqteyi-nəzərindən sosial siyasət ikili rol oynayır”.

 

Musayev qeyd edir ki, iqtisadiyyat inkişaf etdikcə, milli gəlir artdıqca vətəndaşlar üçün əlverişli şərait yaranır, onların sosial müdafıəsi güclənir, digər tərəfdən isə əhalinin sosial vəziyyəti yaxşılaşdıqca onların əmək məhsuldarlığı da artır: “Dövlətin sosial siyasəti onun sosial proqramlarında ifadə olunur praktikada həyata keçirilir. Əhalinin əsas sosial qruplarının mənafeyi naminə maraqları vasitəsilə cəmiyyətdə olan münasibətləri tənzimləyir. Maddi cəhətdən möhkəm olmayan, iqtisadi cəhətdən təmin edilməyən hər bir sosial proqram, məlumdur ki, ancaq deklerasiya xarakteri daşıyır. Bu mənada sosial siyasət məzmununa qaşısında duran vəzifələrinə görə iqtisadiyyatla nisbətdə ikincilik təşkil edir. Lakin, onun maddi mənəvi inkişafına, ictimai inkişafın gedişinə olan təsirini əhəmiyyətini ikinci dərəcəli hesab etmək olmaz”.

 

Ekspertin fikrincə, dövlətin hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Belə halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası əhatə darəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv kompensiyalaşdırıcı (bərpaedici) xarakter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır.

 

E.Musayev onu da qeyd edir ki, dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcud olduğu üçün iqtisadi inkişafın məqsədləri birbaşa dolayı yolla sosial siyasətdə cəmləşir, eyni zamanda sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır: “Qeyd edək ki, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, onların istehsal fəaliyyəti ilə məşğul olmasına maraq azalmış olur ki, nəticədə ddə cəmiyyətdə sosial gərginlik artır. Bu baxımdan da sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə təşkilatların əhalini işsizlikdən, infulyasiyadan, istehlak qiymətlərinin artımından s. problemlərdən müdafiə edən kompleks sosial-iqtisadi tədbirlərin məcmusu hesab olunur. Postsosialist ölkələrində sosial sferada aparılan islahatlar fərqlidir yuksək dünya standartlarına yaxınlaşır. Burada əhaliyə sosial rifah təminatları verən vətəndaş cəmiyyətinin formalaşdırılması təkmilləşdirilməsi ön planda olmalıdır” (ismayilli-xeberleri.info).

 

Ekspertlərin fikrincə, hazırkı dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi zərurəti aktuallaşıb. Yəni, dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması sosial dövlətin inkişafına şərait yaradır ki, bu proses bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə çevrilməsi ilə bağlıdır. Bundan başqa dövlətin sosial iqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada da sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir.

 

O da qeyd olunur ki, dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində formalaşdığı üçün sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemi hesab olunur. Əslində qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə standart proqramlar əsasında həyata keçirilməsinə, eyni zamanda müxtəlif ölkələrdə sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına səbəb olub. Bundan başqa beynəlxalq, milli submilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir.

Onu da qeyd edək ki, uğurlu sosial siyasət, demək olar ki, ölkənin gələcək inkişafına geniş şərait yaradır. Bu baxımdan sosial siyasəti dövlətin sosial institutlarının cəmiyyətdəki sosial-iqtisadi sosial-siyasi münasibətlərin sosial subyektlərinin tənzimlənməsi mexanizmi kimi nəzərdən keçirmək olar.

 

Ekspertlər onu da vurğulayır ki, sosial siyasət uyğun institutun maliyyə ictimai potensialını istifadə etməklə dövlət digər siyasi sosial institutların cəmiyyətin sosial sahələrinin inkişafına, insanların həyat şəraitinin, tərzinin keyfiyyətinin təkmilləşdirilməsinə, onların həyat tələbatlarının müəyyən bir hissəsinin təmin edilməsinə, onlara zəruri sosial dəstəyin göstərilməsinə, vətəndaşların sosial təhlükəsizlik, yardım müdafiə ilə təmin edilməsinə yönəlmiş fəaliyyətidir. Yəni, dövlətin sosial siyasəti bilavasitə sosial fəallıq digər sosial institutlarla bağlıdır. Sosial siyasət yalnız dövlət onun institutları vasitəsilə deyil, həm digər subyektlər tərəfindən həyata keçirilir bu siyasət mövcud hüquqi çərçivədə olub, müəyyən mənada dövlətin sosial siyasəti ilə üst-üstə düşür (stj.sam.az).

 

İqtisad elmləri doktoru Məhiş Əhmədov, iqtisad elmlər namizədi Afaq Hüseynlə birgə hazırladığı “İqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları” kitabında qeyd edir ki, son 200 illik dövrdə dünyanın dahi iqtisadçıları tərəfindən iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində əsas iqtisadi nəzəriyyələri aşağıdakı kimi təsnifləşdirmək olar: “Keynsçilikneokeynsçilik; monetarizm; institusionalizm; marksizm; neoklassik nəzəriyyə; neoliberalizm. Dünya təsərrüfat təcrübəsində iqtisadiyyatın tənzimlənməsinin aşağıdakı konsepsiyaları diqqəti daha çox cəlb edir: istehsalın inkişaf konsepsiyası. Əsas kimi məhsuldar qüvvələrin inkişafı, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi götürülüriqtisadi artıma nailolma, işsizliyin, inkişafda qeyri-tarazlığın azaldılması götürülür; təkrar istehsalın tarazlı inkişaf konsepsiyasında istehsalın tarazlı artımına nail olmaq üçün antiböhran, antiinflyasiya, gəlirlərin, məşğulluğun və xarici iqtisadi tarazlığın tənzimlənməsi siyasəti həyata keçirilir; istehsalın artırılmasının tələb tərəfindən stimulluşdırılması konsepsiyası. ÜDM-in artım templərini sürətləndirmək, tam məşğulluğa nail olmaq üçün məcmu tələbin məcmu təklifi üstələməsi əsas kimi götürülür; idxalı əvəzləmə konsepsiyası. Çox vaxt daxili bazarı və istehsalı qoruma ilə nəticələnir. Yerli istehsal sahələrin rəqabətqabiliyyətinin artırılması və onun inkişafını təmin etmək məqsədilə müvafiq himayədar siyasət yeridilir”.

 

Əhmədov onu da qeyd edib ki, bazar iqtisadiyyatında iqtisadiyyatın dövlət tənzimlənməsi beynəlxalq təcrübəyə əsas ən müxtəlif formametodlar vasitəsilə həyata keçirilir (unec.edu.az). Bir qayda olaraq, metod v ə formaların sayı, müxtəlifliyi ölkənin iqtisadi sosial vəziyyətinə, coğrafi iqlim şəraitinə, təbii ehtiyyatlarına, adət və ənənəsinə uyğunlaşdırılaraq fərqli nisbətdə həyata keçirilir. İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodların təsnifləşdirilməsi mürəkkəb prosesdir.

 

Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Ekspress  2017.- 20 iyul.- S.10.