Hüququn alilik prinsipi

 

Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Ekspertlərin dediyi kimi, hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib.

 

Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir (dusuneninsan.net).

 

Qeyd edək ki, hüququn alilik prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu baxımdan Azərbaycanda Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Hətta Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi konstitusiyanın əsas qanun kimi mövcudluğunu özündə təsbit edir.

I Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II Azərbaycan Respublikası Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

 

Espertlər qeyd edirlər ki, hüquqi dövlətdə yaşamaq bütün vətəndaşlar üçün böyük qazancdır. Çünki hüquqi dövlətdə hər kəsin mülkiyyəti, konstitusion hüquq və azadlıqları qorunur. Azərbaycanda mövcud bütün hüquq mühafizə orqanları hüquqi dövlətdə hüquqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquqi dövlətin qaydalarına uyğun olaraq ərizə ilə müvafiq dövlət orqanına müraciət edə bilər və dövlətdən ədalət tələb edə bilər.

 

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda (22 fevral 1998-ci ildə) keçirilən tədbirlərin istiqamətləri müəyyən edilib. 18 iyul 1998-ci il tarixli fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub.

 

11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü elan edilməsi isə ölkənin ədliyyə fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığının bariz nümunəsidir (“azerbaijan-news.az”). 2001-ci ilin 25 yanvarında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə, qanunun aliliyinin təmin olunmasına geniş şərait yaratdı.

 

Xatırladaq ki, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “Ümumdünya insan hüquqları” Bəyannaməsi qəbul edilib. Bu baxımdan 1950-ci ildən etibarən hər il dekabr ayının 10-u dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin bəyannamədə göstərilir ki, “Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var, heç kəs insan ləyaqətini alçaldan qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunurbütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar”.

 

Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli “Avropa İnsan Hüquqları Konvensiyası” mövcuddur. Konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu sənədə əsaslanan, eyni zamanda, real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

 

Hüquqşünaslar qeyd edirlər ki, ümumi hüququn digər spesifik xassələrindən biri kimi məhkəmə prosesinin mahiyyət etibarilə ittiham xarakterini daşıması və bununla bağlı İngiltərədə dövlət ittihamı (prokurorluq) institutunun yetərincə formalaşmamasını göstərmək olar. Onun əvəzində orada professional hüquq müdafiəçiləri - attorneylər və barristerlər fəaliyyət göstərirlər.

 

Onu da qeyd edirlər ki, bu özəlliyinin indi təkcə İngiltərədə yaşaması ilə əlaqədar, onu ingilis hüququnun digər ölkələrinə şamil etmək düzgün olmazdı (“legalreform.az”). Ümumiyyətlə götürdükdə isə, öz təbiətinə və ifadə formasına görə, İngiltərə hüququnu mücərrəd ehkamlar və prinsiplər hüququ deyil, əməli təcrübə və prosessual hüquq kimi tam əsasla səciyyələndirmək olar. Bunun başlıca qaynağı ada ingilis mentalitetinə xas olan hər sahədə özünü fərqləndirmək meylinin bir forması da ola bilər. İngilis-sakson hüququ dünyaya yayıldıqca, öz əzəli rəqibi olan qitə hüquq məktəbinin bir çox görkəmli nümayəndələri tərəfindən daima tənqid atəşinə məruz qalmışdır. Belə ki, onlar ümumi hüquq sisteminin arxaikliyini, sistemsizliyini, kolliziyalara meyilliliyini, kazusyaradıcı məhkəmə presedentlərinin hüququn əsas mənbəyi kimi qəbul edilməsini, prosessual hüququnun üstünlüyünü və digər tipik əlamətlərini səbəb kimi göstərirlər. İngiltərənin özündə isə, indiyə qədər vahid yazılı Konstitusiyanın olmaması faktını isə, ümumi hüququn bir paradoks və ən böyük qüsurlarından biri kimi hesab edirdilər. Bu məntiqə əsasən belə ciddi nöqsanlar dövlətdə hüququn mahiyyəti ilə onun realizəsi arasında olan uçurumuonun maddi hüquqa əks olaraq, prosessual bazada gəlişməsini (yəni, hüquq normalarının məhkəmə qərarlarından qidalanması), həmçinin sivil hüququ ilə müqayisədə ümumi hüquq normalarının cəmiyyətin inkişafından labüd geriliyini şərtləndirir. Lakin, prosessual hüququnun geniş yayılması və tətbiqi əsla məhkəmə qərarlarının qərəzliliyini və ya qeyri-obyektivliyini şərtləndirmir və ingilis ixtirası olan parlamentin dövlətin siyasi həyatındakı rolunu kiçiltmir. Bunu da unutmaq olmaz ki, demokratik məhkəmə hakimiyyətinin andlı iclasçılar və digər mühüm ayrılmaz atributlarının müəllifi məhz ingilis-sakson hüquq sistemidir. Qitə hüququ qədər hüququn ümumi mücərrəd prinsiplərinə söykənməməsi ümumi hüququn heçobyektiv mahiyyətini və insan birgəyaşayışının hüququn ümumi prinsiplərindən irəli gələn sosial yönümlülüyü tendensiyasını azaltmır.

 

Hüquqda boşluqkolliziyalara gəlincə, qeyd edək ki, qitə hüquq sistemionlardan heçazad deyil. Əksinə, hüququn dövlət üzərindəki aliliyi prinsipi ingilis hüququ ölkələrində sözdə deyil, birbaşa əməldə öz praktiki ifadəsini tapmışdır. Hər halda, ümumi hüququn qitə hüququ ilə müqayisədə bütün zahiri çatışmamazlıqlarına rəğmən, bu faktı mübaliğəsiz söyləmək kifayətdir ki, hüquqi nihilizmi minimuma endirən ingilis hüquq düşüncəsi digər hüquq sistemlərə mənsub olan bir çox xalqların hüquqi mədəniyyəti ilə müqayisədə yüksəkdə durmaqdadır. Eyni zamanda, bir maraqlı fakt da diqqətəlayiqdir ki, roman-german hüququ ölkələrindən fərqli olaraq, xalis ingilis-sakson hüququna aid ölkələrin tarixinin yeni dövründə heç vaxt diktatura rejimləri hökm sürməyib (“legalreform.az”). İngilis toplumunun mühafizəkar təbiətinə rəğmən, dövlət hakimiyyətinin avtoritarya totalitar idarəçilik üsulları ingilis cəmiyyətinin şüuruna hakim kəsilə bilməyib.

 

Qeyd edək ki, ingilis mentalitetinə xas olanqanuna dərin hörmət ruhunda özünü göstərən hüquq əxlaqının, hüquq mədəniyyətinin olduqca yüksək səviyyəsini ingilis-sakson hüquq sisteminin təsirinin müsbət aspekti kimi qiymətləndirmək olar.

 

Hüquqşünas Natiq Abdullayev qeyd edir ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun prioritet prinsiplərindəndir: “Azərbaycan Respublikasının son illərdə qazandığı nailiyyətlər, ilk növbədə, hüquqi islahatların düzgün istiqamətləndirilməsi və səmərəli həyata keçirilməsi ilə sıx bağlıdır. Azərbaycan dövləti tərəfindən islahatlar, o cümlədən, hüquqi islahatlar hazırda da davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında son 7 ildə aparılan məhkəmə-hüquq islahatları, yeni təsisatların yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafını təmin edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların mütəmadi davam etdirilməsi zəruridir. Bu prosesdə dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü aparması da müsbət rol oynayır” (“ekspress.az”).

 

Yeri gəlmişkən, hüquqşünasın təmsil etdiyi ictimai birlik vətəndaş cəmiyyəti institutu olaraq bu sahədə bir çox işlər həyata keçirib. N.Abdullayevin dediyinə görə, “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi qısa müddət ərzində qarşıya qoyduğu məqsədlərə doğru fəaliyyətində uğur qazanan vətəndaş cəmiyyəti institutlarındandır:

 

“Mərkəzimiz fəal vətəndaşlıq və sırf peşəkarlıq mövqeyindən çıxış edərək bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini verir. Birliyimizin qısa müddət ərzində gördüyü işlərə nəzər saldıqda onları aşağıdakı kimi şərh etmək olar: Məhkəmə-hüquq islahatları çərçivəsində: mübahisələrin məhkəmədənkənar alternativ üsullar: mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq. Son illərdə İsveç, Almaniya, Rumıniya, İtaliya, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Malayziya, Honq Konq, Dubay, Misirbaşqa ölkələrin beynəlxalq arbitraj institutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılıb. Biz həmçinin Azərbaycan dövləti tərəfindən aparılan hüquqi islahatların təcrübədə tətbiqində iştirak etmək, beynəlxalq təcrübənin öyrənilməsi; qanunvericiliyə əlavə və dəyişikliklərin hazırlanması və qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlərə təqdim edilməsi sahəsində də mühüm işlər aparırıq. Bu sahədə ilk növbədə mübahisələrin məhkəmədənkənar həlli üsullarının inkişaf etdirilməsi, təcrübədə tətbiqinin genişləndirilməsi ilə əlaqədar görülən işləri qeyd etmək yerinə düşər”.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-4-6 mart.-S.11.