Molla Pənah Vaqifin 300 illiyi

 

 Türkiyə Milli Kitabxanasında qeyd edildiTürkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunub.  Tədbir çərçivəsində “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “Nizami Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının da təqdimatı olub.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirib. Şair haqqında danışan nazir Molla Pənah Vaqif zirvəsinin yüksəkliyini vurğulayıb, şairin yaradıcılığının həmişə diqqət mərkəzində olduğunu qeyd edib.

 

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən akademik Nizami Cəfərov Molla Pənah Vaqifin öz ədəbi və siyasi fəaliyyəti ilə xalqa bağlı mütərəqqi şəxsiyyətlərdən biri îlduğunu diqqətə çatdırıb.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu,  Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı Songül Dündar şairin yaradıcılığı haqqında məruzələr ediblər.

 

Ekspress  2017.- 25 noyabr.- S.13.