Ev muzeylərinin saytları yeniləndi

 

Oktyabrın 4-də Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 5 ev-muzeyinin veb-saytının təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, veb-saytlarKaktusKreativ Şirkətinin əməkdaşı Arzuman Paşayev tərəfindən hazırlanıb.

 

Tədbirdə bildirilib ki, görkəmli ədiblər - Nəriman Nərimanov, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi və Əzim Əzimzadənin əvvəlcədən mövcud olan ev-muzeylərinin veb-saytları yenidən istifadəçilərin ixtiyarına verilib.

 

Vurğulanıb ki, saytlarda görkəmli ədiblərimizlə bağlı müvafiq məlumatları əldə etmək mümkündür.

 

Ən son texnologiyalar əsasında yaradılmış saytların sürətli axtarış sistemi mövcuddur. Saytın ana səhifəsində ev-muzeylərində keçirilən tədbirlər və ölkədə baş verən mədəniyyət hadisələri haqqında da məlumatlarla tanış olmaq mümkündür.

 

Ekspress 2017.- 5 oktyabr.- S. 13.