“Kamım ürəyimdə qaldı...”

 

Şair Baba Vəziroğlu ilə müsahibə

 

- Sizcə, bizdə qadın olmaq yaxşıdı, yoxsa kişi?

- Yox... ondan, bundan. Seçim imkanı məndə olsaydı, ara cinsi üstün bilərdim, rus qrammatikası təbirincə, orta cinsi... Bizim bu fani, gidi dünyada onların işixodgedir...

- Müsəlman qəbirstanlığında dəfn olunmaq istəyirsiniz?

- Yox, istəmirəm... İstəyirəm ki, şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə uyuyum. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın...

Əsl müsəlman qəbri isə itib-batmalı, torpaqla bir olmalıdı... Sonuncu müsəlmanı çox-çox illər öncəMüsəlman qəbriromanında öldürmüşəm, torpağa dərin-dərin quylayıb məzarını da itirmişəm. Çünki... bu dünyada yeganə müsəlman idi...

- BabVəz əzizdir, yoxsa Baba Vəziroğlu?

- Mənə şəxsi eqomla bağlı əziz heç yoxdu, elecə , adımla bağlı. Adımın hansı çeşidli formatlarda deyilişi, yaxud yazılışı heç eynimə gəlməz. Adlarda mistika axtarmaq ağıllı adamlara yaraşmaz. Əsas məğzdir...

Mənə əziz olan hər şey əzizlərimlə bağlıdı. Onların adı bəlli bir ovqatda köklənməyim üçün əsas açar rolunu oynayır... Öz adım isə mənə heç demir...

Ad başdaşı üzərinə həkk olunmaqdan savayı daha faydalı bir işə yaramaz.

- Oğlunuz nəvənizdən balacadır. Kim gecikdi?

- Bu dünya siyasi partiya iclası deyil ki, kimsə tez (siravi partiya üzvləri) gəlsin, kimsə (rəhbərlik) geciksin... Hər şeyin, hər kəsin öz yeri, öz məqamı. Bu mizan-tərəzini Ali Rejissorun özü müəyyənləşdirir, biz olsa-olsa, onun miskin aktyorlarıyıq.

- Ətli-qanlı xanımlardan xoşunuz gəlir, yoxsa incə-mincə?

- Mən maksimalistəm - ya hər şey, ya heç ... ya lap çox, ya da heç ... İndi siz deyin: mən hansı çəki dərəcəsində qadınlara "bolet"(azarkeşlik) eləyirəm?!.

- Elə həftə olubmu ki, bütün günlərini xəyanət etmiş olasınız?

- Xəyanət?... Siz günlərdən, həftələrdən danışırsınız. Mən bütün ömrümə cavabdehəm. Ki, sözümə, əqidəmə, məmləkətimə, dostlarıma, oxucularıma dönük, etibarsız çıxmamışam. Oğurluq itə necə yaraşırsa, xəyanət insana eləyaraşır”. Xəyanət insanın mənəvi iflası, sonudu.

... sizxəyanətdeyəndə anatomiyaya dair bilgilərimi test etmək fikrindəsinizsə, bəlli televiziya şoularında bunun tanınmış ekspertlərin iştirakı ilə müzakirə mövzusuna çevirməyiniz məsləhətdi.

- “Facebook”da 5000 dostunuzdan neçəsi xanımdı?

- Demək olar ki, hamısı qadındı. Amma onların içində kişilər var. Dostların içində yox ha, qadınların içində kişilər az deyil. Qadın kimi baxa bilmədiyim xanımlarfacebook”da dostluq siyahımın ikicinsli olmasını tam təmin edir.

- Elə bir xanım olubmu ki, sizin şeirinizi sevdiyinə görə özünüzü bəxtəvər hesab edəsiniz?

- Mən istəyirəm ki, yalnız özümü sevsinlər, məndən kənara yönələn sevgini qəbul etmirəm, qısqanıram. Çevrəmdəki hər şey dəyişər, itər, yox olar, təzədən yaranar, yalnız özüm təkrarsız bənzərsizəm. Doğurdan da, “məndən bir olmayacaq”. Şöhrət glib-gedər, maşın xarab olar, bağ quruyar, vacib əlaqələr kəsilər sevgi bitər. Yalnız mənə olan sevgi bitməz, tükənməz. Mənim üçün şeirlərim həm maddidir, komfortun bir komplimentidi onlara olan sevgidən nəinki bəxtəvər olaram, heç eynimə gəlməz. Sevginiz belə boldusa, yalnız mənim özümü sevin!

- Azərbaycan kişilərinə xanımlar haqqında deyərdiniz? məsləhət verərdiniz?

- Kişilərə deyərdim ki, qadınlarla pis hava ilə barışdığımız kimi barışmaq lazımdı. Pis havaya neyləyə bilərsən ki? Uzaqbaşı, evdən çölə çıxmazsan. Kişilərə bir onu demək istəyirəm ki, qadınlarla mübarizə, mübahisə, mücadilə aparmayın. Bu, böyük soyuq bir küçəni xırdaca elektrik sobasıyla qızdırmaq cəhdi kimi mənasız faydasız bir işdi.

- Çox danışmağı sevmirsiniz. Bu ilə əlaqəlidi? Danışmağa həvəsiniz yoxdu, deyəcəklərinizi onsuz da deyən var, yoxsa qızılınızın çox olmağını istəyirsiniz?

- Dünyada danışılası tez heç qalmayıb. Bu qənaətə indi gəlmişəm. 100 ildi danışmıram, təzə bir söz eşitmək arzusuyla ancaq dinləyirəm, yazıqlar ki, kamım ürəyimdə qaldı. Susmağın da, sən demə, bir qara qəpiklik qiyməti yox imiş. Qızılları ancaq danışanlara verdilər. Heyif... vaxtında bilsəydim, dünyanın ən yekə deyingəni olardım. Fəqətgecdi daha”...

- Vaz keçə bilməyəcəyiniz demirəm, vaz keçmək istəmədiyiniz nemət var?

- Vaz keçilməyək bir şey varsa, o da bu dünyanın özüdür. Çünki vaz keçilməsi mümkünsüz olan varsa, elə bu dünyadadı. Elə siz deyənlər , lap elə mən deyənlər ...

- 62 yaşdan sonra kişi hansı yaşda xanımla birlikdə olmaq istəyir?

- Abdulla Şaiqin gözəl bir təmsili var: “Tülkü həccə gedir”... yadınızdadı?.. Hələ bu nağıllara inanırsınız? Mən daha inanmıram!

- Biz sizi çox istəyirik, siz bizi çox istəyin, Baba müəllim.

- Mənə görə insani münasibətlər eyni küçədə ikitərəfli yol hərəkəti prinsipi ilə qurulur. Birtərəfli hərəkət zolağında qarşılıqlı ünsiyyət, hörmət, bərabərlik normaları mövcud deyil.

Sevgi də qarşılıq sevir. Əgər doğurdan da, sizin mənə sevginiz olarsa, qarşılığında sevgi görəcəksiniz. Əmin olun ki, mən də sizi çox sevirəm.

 

Gülər

Ekspress.-2017.-11 yanvar.-S.13.