Hüquqi dövlətdə sosial xidmətlərin təşkili

 

BMT-nin Baş Assambleyası 1986-cı il 4 dekabr tarixli qətnaməsində iqtisadi, sosial, mədəni, vətəndaş və siyasi hüquqların qarşılıqlı asılılığı və bölünməzliyini bəyan edib. Azərbaycan Respublikası Konstitusiyasında sosial, iqtisadi və mədəni hüquqlar da öz əksini tapıb.

 

Buraya əmək hüququ, ədalətli əmək şəraiti və əmək haqqı sosial-müdafiə və sosial- mənzil hüququ, təminat, mədəniyyət, yaradıcılıq təhsil və sağlamlıq hüququs.  daxildir. Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların əmək hüququ (35-ci maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), mədəniyyət hüququ (40-cı maddə), təhsil hüququ (42-ci maddə), azad sahibkarlıq (59-cu maddə), yaradıcılıq azadlığı (51-ci maddə) təsbit olunub.

 

Qeyd edək ki, dünyanın sənaye ölkələrində son yarım əsrdə sosial proqramlar dövlət xərclərinin və vergi sistemlərinin sürətlə artan hissəsinə çevrilib. Bu baxımdan ABŞ-da ailələrin illik gəlirlərinin məbləğindəki fərqin əsas səbəbi əmək haqlarının müxtəlifliyidir. Yəni, alınan gəlirin təxminən 4/3 hissəsi əmək haqqının payına, qalan 1/4 hissəsi isə icarənin, mənfəətin və faizlərin payına düşür.

 

ABŞ-ın Perdyu Universitetinin iqtisadiyyat üzrə professoru Maykl Uottsın hesablamalarına görə, gəlirlərin 19% bölüşdürülməsinin əsas modeli İkinci Dünya müharibəsindən sonrakı dövrdən bəri dəyişməyib. İqtisadçının hesablamalarına görə, əhali hər birinin xüsusi çəkisi 10% olan beş qrupa bölünüronda görünür ki, milli gəlirin 43%-i ən varlı ailələrin, 24%-i sonrakı qrupun, 17%-i mərkəzdə yerləşən qrupun, 2%-i sonuncudan bir pillə yüksəkdə duranların və 5%-i ən kasıb ailələr qrupunun payına düşür. Hətta bu rəqəmlərdə varlıların yüksək vergi ödəməsi, gəliri aşağı olan ailələrin isə hökumətin yardım proqramları hesabına subsidiyalar alması faktı əks olunmayıb.

 

İqtisad elmləri doktoru Vilayət Vəliyev qeyd edir ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib: “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm əhəmiyyət kəsb edir”.

İqtisad elmləri doktoru Arif Şəkərəliyevin sözlərinə görə, dövlətin yerinə yetirmiş olduğu funksiyalardan biri sosial funksiyadır: “Bu da əhalinin sosial müdafiəsini, bütün cəmiyyət üzvləri üçün onların nemətlər istehsalında bilavasitə iştirakından asılı olmayaraq normal həyat şəraitini təmin etməyə xidmət edir. Bazar iqtisadiyyatına keçid nəticəsində inzibati - amirlik sistemində dövlət tərəfindən bərabərçilik prinsipi üzrə sosial nizamasalma tədricən aradan qaldırılır. Bazar iqtisadiyyatı istehsalçıların və istehlakçıların azaldığı, müstəqilliyi, iqtisadi sərbəstliyi ilə şərtlənir. Bazar iqtisadiyyatı əhalini fəal iqtisadi fəaliyətə cəlb edir, onlarda sahibkarlıq, maddi maraq, qanunhüquqlara riayət etmək vərdişləri tərbiyə edir. Dövlətin sosial sahədə həyata keçirdiyi funksiya ilk növbədə əhalinin təhsil, səhiyyə, sosial müdafiə, sosial təminatı və s. sahələrdə işlərin aparılmasında özünü göstərir”. Ulu öndərin dediyi kimi,  “Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir”. Dövlət əhalinin tam və səmərəli məşğulluğunu, ictimai tələbatı nəzərə alınmaqla əmək qabiliyyətli bütün əhalinin qabiliyyətinə, təhsilinə və peşəsinə uyğun işlə təmin edən elmi - texniki, iqtisadisosial tədbirlər kompleksini həyata keçirir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq maddi nemətlərin bölgüsü istehsalçılar və istehlakçılar arasında qeyri - bərabər bölüşdürülür. Burada bazarkommersiya prisnipləri inkişaf edir. Bununla yanaşı olaraq, dövlət xəstələrin, əlillərin, qocaların, tələbələrin, uşaqların sosial təminatı məsələsini öz üzərinə götürür”.

 

İqtisadçı onu da qeyd edir ki, dövlət səhiyyə, təhsil, mənzil tikintisinə, rabitə və nəqliyyatın normal inkişafına daima qayğı göstərir: Bazar iqtisadiyyatına keçid iqtisadiyyat və mədəniyyətin inkişafı, sosial münasibətlərin və cəmiyyətin başlıca məhsuldar qüvvəsi olan insanın özünün təkmilləşdirilməsi böyük dövlət qayğısı tələb edir. Dövlət insanların mədəni həyatda iştirakı və mədəniyyət sərvətlərindən istifadə etməsi qayğısına qalır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür. Sanitariya - epidemiologiya salamatlığına təminat verir, əhalinin sağlamlığının möhkəmləndirilməsində, gənclərin əməyə və Vətəni müdafiəyə hazırlanmasında bədən tərbiyəsinin və idmanın əhəmiyyəti artır. Azərbaycan Respublikası aliyerli dövlət hakmiyyəti və idarəetmə orqanları əhalinin sanitariya - epidemioloji salamatlığının təmin edilməsi, idman və bədən tərbiyəsinin inkişafı sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunmasına, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edir”.

 

Sosial dövlətin əsas əlamətlərinə gəlincə, onlar aşağıdakılardan ibarətdir:

 

- Sosial sahədə mükəmməl qanunvericiliyin olması

- Dövlət tərəfindən müxtəlif sosial yönümlü proqramların hazırlanması və həyata keçirilməsi

- Vətəndaş cəmiyyətinin qurulması

- Dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti

- Dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması

- Layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması

- Ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması.

 

Xatırladaq ki, dünya ölkələri arasında Almaniya ilk dəfə olaraq 1949-cu ildə özünü sosial dövlət elan edib. Almaniya bu addımı ilə bir daha sübut edib ki, sosial dövlət qurulmasının başlıca şərti o dövlətdə sosial ədalətin, demokratiyanın və hüququn aliliyinin təmin olunmasıdır.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edir ki, Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması başlıca məqsəddir: “Dövlət büdcəsində  bütövlükdə xərclərin, məxaricin cəmi 7,3 faiz artmasına baxmayaraq, sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində 43 faizdən çox artıb. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitlər də artım baxımından təqdirə layiqdir. İqtisadi təsnifat üzrə bölmədə əsas artım “Təqaüdlər və sosial müavinətlər” bölməsində nəzərdə tutulmuşdur. Belə ki, təqaüdlərin və sosial müavinətlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin məbləği yenidən baxılma prosesində 211,5 milyon manat artırılaraq 2 milyard manata yaxın nəzərdə tutulub. Bu, bir daha onu göstərir ki, ölkə başçısının gərgin, kəsirli büdcə paketində belə Azərbaycan vətəndaşı onun sosial müdafiəsi önə çəkilib, daim diqqət mərkəzində saxlanılıb”.

Alman filosofu G.Hegel yazırdı ki, “dövlət anlamı onun ümumi fəlsəfi sisteminə əsaslanır. Bu sistem isə dövləti insan varlığının xüsusi, ruhi əsaslarının məhsulu kimi izah edir. Dövlət - mənəvi ideyanın gercəkliyidir, mənəvi ruh göründüyü kimi öz-özünə aydın olan, düşünən, özünü bilən və bildiyinə görə icra edən substansional iradədir”.

 

Ekspertlərin fikrincə, ölkəmizdə sosial təminatın gücləndirilməsi və aztəminatlı sosial təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən mühüm proqramlardan biri də ünvanlı sosial yardım mexanizminin yaradılmasıdır. Bu mexanizm ölkə başçısı tərəfindən 2005-ci il oktyabrın 25-də imzalanmış qanunla tənzimlənir. Qanunun əsas məqsədi orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasını tənzimləməkdir. Qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

 

Azərbaycan dövlətinin sosial dövlət olması barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, Konstitusiyaya 2002-ci ildə edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapıb. Konstitusiyamızda ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir. Bu da o deməkdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bundan başqa konstitusiyanın 16-cı maddəsi “Sosial inkişaf və dövlət” adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Artıq ölkəmizdə sosial yönümlü siyasət aparlır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirilir.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-20-23 yanvar.-S.11.