Azad münasibətlər azad iqtisadiyyatdan başlayır

 

Vətəndaş cəmiyyətinin formalaşması üçün azad münasibətlərin inkişafı həlledici şərtdir. Bu cəmiyyətlərdə bütün sahələrdə insan fəaliyyətində azadlığın təmin olunması, onlara müstəqil qərar vermək, seçim etmək imkanının yaradılması bazis şərtlərdən sayılır.

 

Bir çox liberal düşüncəli filosoflar hesab edir ki, insan azadlığı ilk növbədə maddi azadlıqdan başlayır. İnsanın maddi gəliri olmasao, bu gəliri azad fəaliyyət nəticəsində əldə edə bilməsə həqiqi mənada müstəqil insan formalaşdırmaq mümkün olmayacaq. Bu fəlsəfi yanaşmaya görə insan iqtisadi baxımdan müstəqil olduqdan sonra onun mənəvi müstəqilliyi, azadlığı da yaranır və inkişaf edir. Əksinə, insan iqtisadi cəhətdən asılı olduqda onun mənəvi asılılığı yaranır, öz arzularını, düşüncələrini reallaşdıra bilmir.

 

Bu baxımdan azad iqtisadi münasibətlərin inkişaf etdirildiyi cəmiyyət azad insanların yetişməsinə şərait yaradır, azad insanlar isə vətəndaş cəmiyyətinin formalaşmasının təminatçısına çevrilir.

 

Azad bazar münasibətlərinin əhəmiyyətini nəzərə alan liberal fəlsəfi düşüncədən belə nəticə hasil olur ki, vətəndaş cəmiyyətini azad bazar iqtisadiyyatı olmadan qurmaq mümkün deyil. Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti o insanların cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Məsələn, istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə.

 

Bir çox siyasi tarixçilərin gəldiyi qənaət budur ki, məhz azad bazar münasibətlərinin, sahibkarlığın inkişafı vətəndaş cəmiyyətinin həqiqi mənada yaranmasını təmin etdi.

 

Son yüzilliklərin təcrübə göstərdi ki, insan nə qədər azad olub, sərbəst qərarlar qəbul etdisə, eyni zamanda adaələtli rəqabət mühitində fəaliyyət göstərdisə cəmiyyətdə, onun bütün sahələrində, o cümlədən iqtisadiyyatda da inkişaf  baş verəcək. Vətəndaş cəmiyyətinin təməlini təşkil edən azadlıq, bərabər hüquqlu olmaq, sahiblənmək imkanlarının genişləndirilməsi bu mənada çox önəmlidir və bu cəhətlər iqtisadiyyatın inkişafına güclü dəstək verir.

 

Buna görə Azərbaycan da müstəqilliyin bərpa etdikdən sonra vətəndaş cəmiyyəti quruculuğunda əsas şərt olan azad bazar iqtisadiyyatının formalaşmasına, inkişafına şərait yaratdı.

 

Əzad bazar münasibətlərinin yaradılması heç də dövlətin iqtisadiyyatda, cəmiyyətin inkişafında rolunu inkar etmir. Azad bazar iqtisadiyyatının başlıca ideyası dövlətin iqtisadi həyata müdaxiləsini minimuma endirmək, fərdin iqtisadi azadlığı və şirkətlərin müstəqilliyi prinsipidir. Hesab edilir ki, iqtisadi problemlərin böyük bir qismi azad bazar iqtisadiyyatının imkanlarından geniş istifadə etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərin özləri tərəfindən həll edilə bilər. Dövlət isə öz üzərinə yalnız bazar prinsiplərilə həlli mümkün olmayan məsələslərin həllini götürməlidir. Azad bazar iqtisadiyyatı şəraitində dövlət iqtisadiyyata dolayısı ilə, hazırdasa daha çoxtez-tez maliyyə metodları ilə müdaxilə edir.

 

Göründüyü kimi dövlət bazar iqtisadiyyatının iştirakçısı yox, yalnız tənzimləyicisi olmalıdır. Ümumiyyətlə hər bir sistemdə olduğu kimi azad bazar sistemində də normal fəaliyyət göstərməsi üçün dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun müəyyən edilməsi azad iqtisadiyyatın başlıca problemidir. Həyata keçirilən bazar iqtisadiyyatı sistemi ictimai tərəqqi və iqtisadiyyatın səmərəli inkişafına nail olmaqdan ibarətdir. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edirbu müdaxilə inzibati amirlik sisteminə nisbətən daha az olur. Çox zaman iqtisadiyyata dövlətin təsiri azaldılaraq azad sahibkarlığın rolu artırılır və bu sahədə aşağıdakı tədbirlər həyata keçirilməyə başlayır, yəni əhalinin gəlirlərindən və sahibkaralrın mənfəətindən tutulan vergilərin səviyyəsi azaldılır, bir sıra dövlət müəssisələri özəlləşdirilir, iqtisadiyyatın planlaşdırılması məhdudlaşdırılır və müəyyən sosial vəzifələrə ayrılan vəsaitlərin həcmi azaldılır.

 

Azad bazar iqtisadiyyatında dövlətin və insanların yeri, funksiyası hüquqi müstəvidə öz həllini tapır. Buna görə də azad bazar iqtisadiyyatına keçid edən Azərbaycanda ilk növbədə bazarıda yaranan münasibətləri idarə edəcək hüquq sistemi formalaşdırıldı.

 

Hələ 25 may 1991-ci ildə Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitusiya Aktı qəbul edildi. Sənəddə iqtisadi müstəqillik müstəqil surətdə xalq təsərrüfatının strukturu, onun inkişafının üstün istiqamətlərinin müəyyənləşdirilməsi, maliyyə-büdcə, pul-kredit, qiymət, investisiya siyasəti, elmi-texnikixarici iqtisadi siyasətin həyata keçirilməsi, əhali üçün sosial təminatların yaradılması kimi izah edilir. İqtisadi müstəqilliyin məqsədinin hər bir vətəndaşın layiqli həyat şəraitini, şəxsin mənəvi təlabatının ödənilməsini və özünümü- dafiəni təmin etmək, yaradıcı və məhsuldar əməyə ruhlandıran sabit mexanizm yolu ilə xalqın milli sərvətini qoruyub saxlamaq və artırmaq olduğu qeyd olunur.

 

Daha sonra Azərbaycan ərazisində xarici investisiyaların qorunması haqqında qanun qəbul edildi. Sənəddə ilk dəfə olaraq tənzimlənən bazar iqtisadiyyatı yolunun seçilməsi, mülkiyyətin dövlət, kollektiv, xüsusi və qarışıq formalarda olması, ölkədə vahid iqtisadi məkanın formalaşdırılması kimi məsələlər öz əksini tapdı. “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı isə Azərbaycan Dövlətinin rəsmən siyasiiqtisadi müstəqilliyini bəyan etdi. Aktda dövlət, iqtisadisiyasi qurluşun əsasları müəyyənləşdirildi.  Dövlətin mülkiyyəti, hər cür iqtisadi fəaliyyətin bazar münasibətləri və sahibkarlıq azadlığına əsaslanması, aztəminatlı təbəqələrin dövlət tərəfindən yardım alması kimi vacib məsələlər qəti olaraq müəyyənləşdirildi.  Maraqlı məqamlardan biri ondan ibarətdir ki, əvvəlki aktdan fərqli olaraq burada mülkiyyətin qarışıq forması göstərilmədi.

 

Bazarın formalaşdırılması yolunda atılacaq ilkin addımlardan biri mülkiyyət münasibətlərinin hüqüqi əsaslarının yaradılmasıdır. Əks halda heç bir mübadilə prossesi baş verə bilməz. Bunun üçün 9 noyabr 1991-ci ildə “Mülkiyyət haqqında” qanun qəbul edildi. Qanun mülkiyyətçinin öz mülkiyyəti üzərində sahibolma, ondan istifadə etmə və onun barəsində sərəncam vermə səlahiyyətlərini müəyyən edirdi. Mülkiyyətçinin ixtiyarı var ki, ona məxsus əmlakı başqa şəxslərə əvəzli və ya əvəzsiz olaraq versin, başqa şəxslərin müvəqqəti istifadəsinə versin, girov qoysun, özüya başqaları tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətinə cəlb edərək gəlir əldə etsin. Mülkiyyətçi onun öhdəliklərinin həyata keçirilməsi, törətdiyi qanun pozuntuları ilə bağlı və təbii fəlakətlər və dövlət məqsədləri üçün milliləşdirmə halları xaricində məcburi şə kildə əmlakından məhrum edilə bilməz. Milliləşdirmə zamanı əmlakın tam dəyəri və ya bəhrəsi mülkiyyətçiyə dövlət tərəfindən ödənilir. Bundan başqa qanun mülkiyyətin formaları, subyektləri və obyektləri ilə bağlı maddələri də özündə birləşdirir.

 

Bazarın formalaşdırılmasının mühüm şərtlərindən biri də qiymətlərin sərbəstləşdirilməsidir. Əks haldaxarici investisiyaları ölkəyə cəlb etmək, nə özəlləşdirməni həyata keçirmək, nə də istehsalı genişləndirib ölkədə məhsul bolluğu yaratmaq mümkün olar ki, bu da bazarın formalaşdırılmasını mümkünsüz edir. Həmin dövrdə ölkəmizdə topdansatış və pərakəndəsatış qiymətləri arasında ziddiyyətlər açıq-aydın hiss olunur, onlar məhsulun real dəyərini, tələb və təklifin təsirini əks etdirmir, daxili qiymətlər dünya bazarı qiymətlərindən tamam təcrid olunmuşdu. Bu məqsədlə 1992- ci il 2 yanvarda Prezidentin “Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında”  Fərmanı və buna müvafiq olaraq Nazirlər Kabi- netinin “Qiymət və tariflərin sərbəstləşdirilməsi tədbirləri haqqında” Qərarı qəbul olundu.

 

Azad bazar iqtisadiyyatına keçidin əsas xüsusiyyətlərindən biri ölkədə sərbəst pul-kredit sisteminin formalaşdırılmasıdır. Bu, bazarda alqı-satqı münasibətlərinin həyata keçirilməsinin yaxşılaşdırılması, istehsalın maliyyə re-sursları ilə təminatının gücləndirilməsi məqsədilə aparılırdı. Bu məqsədlə əvvəlcə 1992-ci il 7 avqustdaMilli bank haqqında” və “Banklarbank fəaliyyəti haqqındaqanunlar qüvvəyə mindi. Nəticədə ikipilləli bank sisteminə keçildi. İlk pillədə ölkədə pulkredit siyasətini həyata keçirən və kommersiya banklarının fəaliyyətini tənzimləyən Mərkəzi Bank, ikinci pillədə isə kommersiya kredit təşkilatları dururdu.

 

Keçid iqtisadiyyatının əsas xüsusiyyətlərindən biri bazar mexanizminin əsas hərəkətverici qüvvəsi olan azad sahibkarlar təbəqəsinin formalaşdırılmasıdır. Bu məqsədlə 15 dekabr 1992-ci ildə Prezidentin imzalaması ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun qüvvəyə mindi. Qanuna əsasən fəaliyyət qabliyyəti olan Azərbaycan vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs və xarici hüquqi şəxslər sahibkarlıq fəaliyyətini subyekti ola bilərlər. Sahibkarlara imkan verilir ki, qanunla qadağan olmayan istənilən sahibkarlıq fəaliyyəti növü ilə məşğul olsunlar, hüquqi şəxs yaradaraq fəaliyyət göstərmək istəyənlər Ədliyyə Nazirliyində hüqüqi şəxs kimi qeydiyyatdan keçsinlər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər sadəcə vergi orqanlarında fiziki şəxs kimi üçota alınsınlar, bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçünsə xüsusi lisenziyaya ehtiyac duyulur. Bundan başqa qanunda ölkəmizdə sahibkarlığın prinsipləri, sahibkarlıq subyektlərinin hüquq və vəzifələri, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsulları, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirən maddələr öz əksini tapmışdır ki,bu da azad sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə əlverişli şərait yaradır.

 

Ölkəmizdə azad bazar münasibərlərinin inkişafı sonrakı illərdə də davam etdirilibbu məqsədlə atılan addımlar müsbət nəticələr verir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-25 yanvar.-S.10.