QHT-lər üçün yeni imkanlar

 

Azərbaycanda xarici donorların qrant vermək hüququ əldə etməsi qaydası dəyişdi

 

Son zamanlar Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafı üçün atılan addımlar təqdirəlayiqdir. Təkcə bu ilin ilk ayında bu sahədə iki sənədə dəyişiklik edilib. Bunlardan biri Nazirlər Kabinetinin yanvarın 12-də “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər, digəri isə yanvarın 24-də “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklərdir ki, hər iki dəyişiklik QHT təmsilçiləri tərəfindən müsbət dəyərləndirilir.

 

Nazirlər KabinetiXarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edib. Bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişafbaşqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filialya nümayəndəlikləri) tərəfindən (xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

 

Dəyişikliyə əsasən öncədən Maliyyə Nazirliyinə müraciət edərək qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilib. İndiyə qədər Maliyyə Nazirliyi hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumatları təqdim edib. Bundan sonra isə qrant müqaviləsi bağlandıqdan sonra qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və qrant müqaviləsinin qeydə alınması proseduru paralel həyata keçiriləcək. Başqa sözlə, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donorya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində “bir pəncərə prinsipi” üzrə kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə isə Ədliyyə Nazirliyinə (əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət ediləcək. Ərizəyə qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi, qrantın maliyyə-iqtisadi əsaslandırılması, sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə ediləcək. Xarici ölkədə tərtib olunmuş sənədlər leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

 

Sənədlər daxil olduğu vaxtdan növbəti günündən gec olmayaraq, əlaqələndirici dövlət orqanı olan Ədliyyə Nazirliyi onların tamlığını, donorun bu Qaydada göstərilmiş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasını sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərəcək. Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılacaq və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin ediləcək. Qrant müqaviləsinin (qərarının) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının əsli ilə yanaşı onların elektron surəti də təqdim olunduqda, əlaqələndirici dövlət orqanı həmin sənədlərin surətini Maliyyə Nazirliyinə elektron qaydada təqdim edəcək.

 

Prosedurun dəyişməsi ilə paralel olaraq Maliyyə Nazirliyinin xarici donorlara qrant vermək hüququ verməsi müddəti də azaldılıb. Başqa sözlə, Qaydaya əsasən indiyə qədər Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılıb. Dəyişikliyə əsasən Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların daxil olduğu gündən 7 gün müddətində baxılacaq.

 

Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti də 15 gün deyil, artıq 7 günədək uzadılacaq. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanlarının münasibət bildirə bilməsi ilə bağlı müddət da ləğv edilib. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı tərəfindən 3 günü müddətində bu barədə müraciət etmiş xarici donoraya müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə) məlumat verilməlidir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici dövlət orqanına təqdim olunduğu təqdirdə, xarici donor qrant vermək hüququnu əldə etmiş hesab ediləcək.

Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev bu dəyişiklikləri “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurundabir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası prezidentinin 2016-cı il 21 oktyabr tarixli Fərmanının icrasının pozitiv xarakterli davamı kimi qiymətləndirir. “Hesab edirik ki, bu Qərar “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda edilən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunu xeyli sadələşdircək”, - deyə Nuriyev “Ekspress”ə bildirib.

 

Onun sözlərinə görə, bu sırada Qaydada edilmiş aşağıdakı dəyişiklilər xüsusilə əhəmiyyətli dəyişikliklər kimi qiymətləndirilməlidir:

- “qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz qadağasının” aradan qaldırılması;

- xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlərin təqdim edilməsi (layihə, proqram, smeta xərcləri) tələbinin ləğvi:

 

- xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surətinin, xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamənin təqdim edilməsi,  habelə xarici dildə tərtib olunmuş sənədlərin tərcüməsinin notariat qaydasında təsdiq edilməsi tələblərinin ləğvi;

 

- Qrant vermək hüququnu əldə edilməsinə dair müraciətə baxılması müddətinin 2 dəfəyədək azaldılması və müraciətə baxılmasında operativliyin artırılması;

- Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsas kimi yalnız  qrantın verilməsi məqsədi və maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərilməsinin götürülməsi.

 

Ə.Nuriyevin sözlərinə görə, bundan əvvəl “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınnması Qaydasına” dəyişikliklərdə olduğu kimi bu dəyişikliklərdə də Açıq Hökumət Tərəfdaşlığı Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Palatformasının müvafiq dövlət orqanlarına təqdim etdiyi təkliflərin bir hissəsi nəzərə alınıb ki, bu da hökumətlə effektiv əməkdaşlığın nümunəsi kimi qiymələndirilməlidir.

 

Xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunun sadələşdirilməsi isə Azərbaycan QHT-lərinin fəaliyyətini, beynəlxalq əlaqələrini daha da genişləndirməyə, ümumilikdə vətəndaş cəmiyyətinin potensialını artırmağa yeni imkanlar yaradır”.

 

“Şəffaflıq Azərbaycan” təşkilatının sədri Rəna Səfərəliyeva da dəyişikliyi QHT problemlərinin həlli istiqamətində mühüm addım kimi dəyərləndirir. Təşkilat sədri hesab edir ki, müvafiq dəyişiklik xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi prosedurunu asanlaşdıracaq.

 

Dediyinə görə, bu dəyişikliklər müsbət xarakter daşıyır və xarici donorların qrant vermək hüququnu əldə edə bilməsi ilə bağlı bürokratik yükü azaldır: Bununla belə, xarici qrantların verilməsi ilə bağlı qanunvericilik, o cümlədən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərinin qrant verməsi üçün saziş bağlaması ilə əlaqədar proseduralar daha da sadələşdirilməlidir. Biz ümidvarıq ki, vətəndaş cəmiyyəti ilə aparılan müzakirələr bu sahədə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə töhfə verəcək”.

Səfərəliyevanın fikrincə, qaydaya edilmiş ən mühüm dəyişikliklər xarici donordan başqa indi həm də resipiyentin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi əldə etmək üçün müraciət edə bilməsidir. “Belə ki, rəyin əldə edilməsi xarici donor tərəfindən Azərbaycan ərazisində verilmiş qrantın qeydiyyatdan keçirilməsi üçün ilkin şərtdir. Bundan başqa, artıq resipiyent həm rəyin əldə edilməsi üçün, həm də qrantın qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə eyni vaxtda müraciət edə biləcək. Əvvəllər qanunvericiliyin tələbinə görə donor rəyi əldə etmək üçün Maliyyə Nazirliyinə, resipiyent isə qrantı qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə ayrıca müraciət etməli idilər. Eyni zamanda, rəyin əldə edilməsi üçün ərizəyə əlavə olunan xarici dildə tərtib olunan sənədlərin tərcüməsinin notarial qaydada təsdiq edilməsi barədə tələb ləğv olunub və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi üçün müəyyən olunmuş müddət 15 gündən 7 günədək azaldılıb. Müvafiq olaraq, sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda müddət 15 günədək uzadıla bilərdisə, indi bu müddət 7 günə endirilib”.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-28-30 yanvar.-S.10.