"Azər­bay­can Tür­ki­yə Evi"nin Azər­bay­ca­nın təb­li­ğin­də ro­lu

 

Azər­bay­can Res­pub­li­ka­sı­nın dün­ya öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın ya­ran­ma ta­ri­xi o qə­dər də çox ol­ma­sa da, on­la­rın hər bi­ri­nin az müd­dət ər­zin­də gör­dü­yü iş­lər qə­na­ət­bəxş sa­yı­la bi­lər. Ar­tıq öl­kə­mi­zin di­as­por fəa­liy­yə­ti heç də di­gər döv­lət­lə­rin lob­bi qu­rum­la­rın­dan ge­ri qal­mır.

Eks­pert­lər də o fi­kir­də­dir­lər ki, Azər­bay­can di­as­po­ru xey­li gənc ol­sa da, ötən qı­sa müd­dət ər­zin­də xey­li iş gö­rüb. Gö­rü­lən iş­lər içə­ri­sin­də Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sı, iş­ğal olun­muş tor­paq­lar­la, mə­də­niy­yə­ti­mi­zin ta­nı­dıl­ma­sı və s. gös­tər­mək olar. Bun­dan baş­qa, Azər­bay­ca­nın uğur­la­rı­nı şərt­lən­di­rən ən baş­lı­ca amil on­dan iba­rət­dir ki, öl­kə­mi­zin xa­ric­də­ki di­as­po­ru döv­lət­lə hə­mi­şə bir­gə hə­rə­kət edib. Bu da o de­mək­dir ki, hər şə­ra­it­də və hər mə­na­da mil­lə­ti­mi­zin ma­raq­la­rı qo­ru­nub ki, nə­ti­cə eti­ba­ri­lə də bü­tün bun­lar qar­şı­ya qo­yu­lan hə­dəf­lə­rə ça­tıl­ma­sı ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir.

O da qeyd olu­nur ki, Azər­bay­can döv­lə­ti di­as­por­la bir­lik­də im­kan­la­rı­nı ko­or­di­na­si­ya edə­rək, dün­ya miq­ya­sın­da öl­kə­nin ma­raq­la­rı­nı uğur­la qo­ru­yur, ey­ni za­man­da döv­lət­lə di­as­po­run bir­gə hə­rə­kət et­mə­si­nin özü də azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­na xid­mə­tin ən gö­zəl töh­fə­si­dir.

Öl­kə­miz­də Azər­bay­can di­as­por­çu­luq sis­te­mi­nin gü­nün tə­ləb­lə­ri sə­viy­yə­sin­də qu­rul­ma­sı üçün əsas­lı hü­qu­qi ba­za ya­ra­dı­lıb. Bö­yük si­ya­si xa­dim Hey­dər Əli­ye­vin bu is­ti­qa­mət­də at­dı­ğı stra­te­gi ad­dım­lar son­ra­kı mər­hə­lə­də Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mək­də­dir. Di­as­por Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı və in­ki­şa­fı­nı sə­ciy­yə­lən­di­rən pre­zi­dent sə­rən­cam­la­rı ötən dövr­də­ki ço­xis­ti­qa­mət­li fəa­liy­yə­ti­mi­zin əsa­sı­nı təş­kil edib ("olay­lar.az").

Qeyd et­di­yi­miz ki­mi, Azər­bay­ca­nın bey­nəl­xalq aləm­də təb­liğ olun­ma­sın­da di­as­por təş­ki­lat­la­rın ro­lu bö­yük­dür. Be­lə təş­ki­lat­lar­dan bi­ri də "Azər­bay­can Tür­ki­yə Evi"dir (ATEV).

"Azər­bay­can Tür­ki­yə Evi"nin fəa­liy­yə­ti sırf Azər­bay­can və Tür­ki­yə ara­sın­da on­suz da möv­cud olan qar­daş­lıq və dost­luq mü­na­si­bət­lə­ri­nin in­ki­şaf is­ti­qa­mə­ti üzə­rin­də qu­ru­lub. Ulu ön­də­rin de­di­yi ki­mi "Bir mil­lət, iki döv­lət" və Mus­ta­fa Ka­mal Ata­tür­kün ifa­də et­di­yi "Azər­bay­ca­nın kə­də­ri kə­də­ri­miz, se­vin­ci se­vin­ci­mi­miz­dir" prin­sip­lə­ri ilə ça­lış­maq­dan iba­rət­dir.

"Azər­bay­can Tür­ki­yə Evi"nin (ATEV) ic­ra­çı di­rek­to­ru Toğ­rul Al­lah­ver­di­li­nin söz­lə­ri­nə gö­rə, Tür­ki­yə­nin önəm­li gün­lə­ri­ni Azər­bay­can­da, Azər­bay­ca­nın da önəm­li gün­lə­ri­ni Tür­ki­yə­də qeyd edir­lər: "Bə­zən de­yir­lər ki, Tür­ki­yə­də Azər­bay­can di­as­po­ru­na eh­ti­yac yox­dur, Tür­ki­yə on­suz da özü­mü­zün­dür. Bu­nun­la ra­zı­yam, Tür­ki­yə özü­mü­zün­dür, am­ma elə ən bö­yük lob­bi­çilk fəa­liy­yə­ti­nin Tür­ki­yə­də gös­tə­ril­mə­li ol­du­ğu­nu zə­ru­ri he­sab edi­rəm. Ona gö­rə də ATEV-in Tür­ki­yə­də gör­dü­yü iş­lər de­yər­dim ki, əvə­zo­lun­maz­dır. Qar­şı­dan gə­lən za­man­lar­da da ye­ni la­yi­hə­lər­lə ça­lı­şa­ca­ğıq. Dü­şü­nü­rəm ki, ATEV ola­raq bi­zim əsas məq­sə­di­miz iki döv­lət ara­sın­da on­suz da möv­cud olan dost­luq və qar­daş­lıq əla­qə­lə­ri­nə xid­mət et­mək, bu əla­qə­lə­rə xə­ləl gə­ti­rə bi­lə­cək qüv­və­lə­rin qar­şı­sın­da ma­neə ol­maq­dan iba­rət­dir".

Ye­ri gəl­miş­kən, Toğ­rul Al­lah­ver­di­li uzun il­lər Ru­si­ya­da ya­şa­yıb, di­as­por fəa­liy­yə­ti ilə məş­ğul olub: "Ar­tıq 8 il­dir ki, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ilə, is­tər­sə də xa­ric­də­ki di­as­por təş­ki­lat­la­rı ilə sıx əmək­daş­lıq edi­rəm. Tez-tez sə­fər­lər­də olu­ruq, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın fəa­liy­yə­ti ilə ma­raq­la­nı­rıq, is­tə­ni­lən yar­dı­mı on­lar­dan əsir­gə­mi­rik. Mi­sal ola­raq, is­tər Av­ro­pa-Azər­bay­can Konq­re­si­nin Brüs­sel­də təş­kil et­di­yi təd­bir­lər ol­sun, is­tər­sə də Ams­ter­dam­da hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər. Bun­la­rın ha­mı­sın­da döv­lə­ti­miz na­mi­nə bö­yük iş­lər gö­rü­lüb. Am­ma mən bu gün de­məz­dim ki, Azər­bay­can di­as­po­ru güc­lü­dür. Çün­ki biz ar­tıq lob­bi­çi­lik fəa­liy­yə­ti ilə məş­ğul ol­ma­lı­yıq. Ona gö­rə də, ulu ön­də­rin mi­ras qoy­du­ğu Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın təb­li­ği qa­çıl­maz­dır".

Xa­tır­la­daq ki, bu il Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə ATEV bir çox təd­bir­lər hə­ya­ta ke­çi­rib. İlin axı­rı­na ki­mi ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan təd­bir­lər sı­ra­sın­da bö­yük kon­sert proq­ram­la­rı ilə ya­na­şı, konf­ran­sı­lar da var. Tür­ki­yə­də və Ru­si­ya­da təd­bir­lə­rin ke­çi­ril­mə­si bir da­ha sü­but edir ki, di­as­por təş­ki­lat­la­rı­mız ye­nə də qay­nar faə­liy­yə­ti ilə diq­qət mər­kə­zin­də da­ya­nıb­lar: "Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ya­rat­dı­ğı AXC-nin ulu ön­dər Hey­dər Əli­yev və cə­nab Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən qo­ru­nub sax­lan­ma­sın­da gös­tər­di­yi xid­mət­lər­dən biz də ya­rar­lan­ma­lı və bö­yük təd­bir proq­ram­la­rı həa­yat ke­çir­mə­li­yik. Bi­lir­si­niz ki, cə­nab Pre­zi­dent AXC-nin 100 il­li­yi ilə bağ­lı sə­rən­cam da im­za­la­dı. Ümum­mil­li li­de­ri­miz də hər za­man sağ­lı­ğın­da Cüm­hu­riy­yə­tin qu­ru­cu­la­rı­nın xa­ti­rə­si­ni əziz tu­tub. Bizic­ti­mai təş­ki­lat ola­raq təd­bir­lə­ri­mi­zi hə­ya­ta ke­çir­mə­yi dü­şü­nü­rük" ("ye­ni­cag.az").

Ye­ri gəl­miş­kən, T.Al­lah­ver­di­li ATƏT-in Misk Qru­pu­nun fəa­liy­yə­ti­ni də pis­lə­yib: "Bu mə­sə­lə­ni sərt şə­kil­də pis­lə­yi­rik. Tə­ləb edi­rik ki, ATƏT-in Minsk Qru­pu ola­ya əda­lət­li möv­qe sər­gi­lə­mə­li­dir. 25 il­dir ki, bu qu­rum sə­mə­rə­siz fəa­liy­yət gös­tə­rir. Ola bi­lər ki, Er­mə­nis­tan tə­rə­fi­nə dəs­tək gös­tə­rib, am­ma bi­zə mü­na­si­bət­də heç bir dəs­tək­dən söh­bət get­mə­yib. Qoy dün­ya heç ol­ma­sa 2 yaş­lı kör­pə­nin ölü­mü­nə bi­ga­nə qal­ma­sın (ötən il Fü­zu­li ra­yo­nun­da er­mə­ni­lə­rin aç­dı­ğı atəş nə­ti­cə­sin­də dün­ya­sı­nı də­yi­şən ba­la­ca Zəh­ra­nı nə­zər­də tu­tur - red.). Biz Azər­bay­can-Tür­ki­yə Evi ola­raq, xü­su­sən Türk dün­ya­sı­nı bu mə­sə­lə ilə bağ­lı sus­ma­ma­ğa, qə­ti şə­kil­də möv­qe sər­gi­lə­mə­yə ça­ğı­rı­rıq. Çün­ki dün­ya­da­kı is­tə­ni­lən mü­ha­ri­bə­si­nə ba­xan­da kör­pə qətl­lə­ri vəh­şi­lik he­sab edi­lib. An­caq Er­mə­nis­tan ib­rət gö­tür­mür və kör­pə­lə­rin öl­dü­rül­mə­si­nə ara ver­mir. Bu, dün­ya­ya və in­san­lı­ğa qar­şı baş ver­miş ter­ror­dur. Dün­ya bu mə­sə­lə­yə mü­na­si­bət bil­dir­mə­li, xü­su­si­lə də er­mə­ni ter­ro­ru­nun ba­şın­da du­ran­lar bu mə­sə­lə­də ca­vab­deh ol­ma­lı­dır. Mü­ha­ri­bə or­du ilə apa­rıl­ma­lı­dır, am­ma er­mə­ni ter­ror­çu­la­rı öz aciz­lik­lə­ri­ni gös­tə­rir kör­pə­lə­rə qı­yır­lar. Biz dün­ya­dan tə­ləb et­mə­li­yik ki, bu van­da­liz­mə, bu əda­lət­siz­li­yə son qo­yul­sun, uşaq qa­til­lə­ri ca­vab ver­sin. Hər bir bey­nəl­xalq təş­ki­lat bu mə­sə­lə­nin ca­va­bı­nı ver­mə­li­dir. Biz he­sab edi­rik ki, Azər­bay­can Mil­li Or­du­su da qa­nı qan­la yu­ma­lı­dır. Biz ar­tıq atəş­kə­sə qar­şı­yıq. Or­du­muz ca­vab zər­bə­lə­ri en­dir­mə­li­dir, həm də ar­tıq­la­ma­sı ilə.Ru­si­ya­da­kı soy­daş­la­rı­mız da eti­raz ak­si­ya­la­rı ke­çir­mə­li­dir­lər. Əlin­də im­kan olan bü­tün azər­bay­can­lı­lar dün­ya­ya səs sal­ma­lı, er­mə­ni vəh­şi­li­yi­ni bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə du­yur­ma­lı­dır­lar" ("fe­mi­da.az").

Ümu­miy­yət­lə, mü­rək­kəb qlo­bal si­ya­si və iq­ti­sa­di pro­ses­lə­rin cə­rə­yan et­di­yi müa­sir dün­ya­da Azər­bay­ca­nın mil­li ma­raq­la­rı­nın qo­run­ma­sın­da di­as­por təş­ki­lat­la­rı­nın da üzə­ri­nə bö­yük və­zi­fə­lər dü­şür. Eks­pert­lə­rin fik­rin­cə, di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­sin­də gənc­lə­rin ro­lu da­nıl­maz­dır və bu­na sə­bəb ki­mi di­as­por təş­ki­lat­la­rın­da azər­bay­can­lı tə­lə­bə­lər üs­tün qüv­və­yə çev­ril­mə­lə­ri­dir. 

Öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin de­di­yi ki­mi: "Gü­nü­mü­zün tə­ləb­lə­ri sa­vad­lı gənc­li­yi­mi­zin ol­ma­sı­dır. Yal­nız bu hal­da Azər­bay­ca­nın uğur­lu gə­lə­cə­yi tə­min olu­na­caq".

Pre­zi­den­ti­mi­zin im­za­la­dı­ğı 2007-2015-ci il­lər­də Azər­bay­can gənc­lə­ri­nin xa­ric­də təh­sil al­ma­sı ba­rə­də döv­lət proq­ra­mı gənc­lə­ri­mi­zin dün­ya­nın ön­də ge­dən uni­ver­si­tet­lə­rin­də təh­sil al­ma­la­rı üçün əl­ve­riş­li şə­ra­it ya­ra­dıb. Əl­bət­tə ki, xa­ric­də təh­sil alan gənc­lə­ri­mi­zin öz ener­ji­lə­ri­ni və­tə­ni­miz üçün sərf et­mə­lə­ri, öl­kə xa­ri­cin­də Azər­bay­can­la bağ­lı hə­qi­qət­lə­rin çat­dı­rıl­ma­sı, Azər­bay­can ta­ri­xi və mə­də­ni də­yər­lə­ri­nin təb­liğ olun­ma­sın­da bi­la­va­si­tə mü­hüm  rol oy­na­yır.  Bu iş­də xa­ric­də və Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın, tə­lə­bə və gənc­lər­lə bağ­lı olan qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın müs­təs­na ro­lu var­dır. Məhz bu tip təş­ki­lat­la­rın ol­ma­sı xa­ric­də təh­sil alan tə­lə­bə­lə­ri­mi­zin gü­cü­nün va­hid mər­kəz­dən ida­rə olu­na­raq Azər­bay­ca­nın ma­raq­la­rı­na uy­ğun is­ti­fa­də olun­ma­sın­da mü­hüm əhə­miy­yət kəsb edir.

Eks­pert­lər onu da qeyd edir­lər ki, xa­ri­ci öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən azər­bay­can­lı tə­lə­bə­lə­rin təş­ki­lat­la­rı­na döv­lət qay­ğı­sı on­la­rın fəa­liy­yə­ti üçün ye­ni im­kan­lar ya­ra­dır. Döv­lə­ti­mi­zin Azər­bay­can gənc­lə­ri­nin maa­rif­lən­di­ril­mə­si məq­sə­di ilə ye­rit­di­yi ak­tiv si­ya­sət son dövr­lər­də müx­tə­lif qi­tə­lər­də azər­bay­can­lı tə­lə­bə­lə­rin sa­yı­nın art­ma­sı­na sə­bəb olub. Bu ba­xım­dan tə­lə­bə­lə­rin bir mər­kəz­dən ic­ti­mai fəa­liy­yət­lə­ri­nin əla­qə­lən­di­ril­mə­si va­cib olan fəa­liy­yət is­ti­qa­mət­lər­dən­dir. O da qeyd olu­nur ki, döv­lə­ti­mi­zin ar­tan qüd­rə­ti, bey­nəl­xalq nü­fu­zu re­gi­on­da Azər­bay­ca­na olan ma­ra­ğı ar­tı­rıb. Bey­nəl­xalq aləm­də Azər­bay­ca­nın dəs­tək­lən­mə­si yö­nün­də sö­zü­ge­dən gənc in­tel­lek­tu­al ka­pi­ta­lın ro­lu da­nıl­maz­dır. Bu ka­pi­ta­lın düz­gün is­ti­qa­mət­lən­di­ril­mə­si, qiy­mət­lən­di­ril­mə­si və ida­rə olun­ma­sı öl­kə­mi­zin baş­lı­ca kon­sep­si­ya­la­rın­dan­dır. Müx­tə­lif el­mi konf­rans­lar­da, təd­bir­lər­də azər­bay­can­lı gənc­lə­rin iş­ti­ra­kı­nın ar­tı­rıl­ma­sı, əl­də et­dik­lə­ri ye­ni bi­lik və ba­ca­rıq­la­rın həm­kar­la­rı ara­sın­da bö­lüş­dü­rül­mə­si, ye­ni el­mi tex­no­lo­gi­ya­la­rın öl­kə­miz­də tət­bi­qi is­ti­qa­mə­tin­də sə­mə­rə­li ad­dım­la­rın atıl­ma­sı əsas hə­dəf­lə­ri təş­kil edir. Gənc­lə­rin əsas və­zi­fə­si Azər­bay­ca­nın dün­ya­da ta­nı­dıl­ma­sı yö­nün­də bü­tün im­kan­la­rı­nı sə­fər­bər et­mək­dir (anl.az).
Azər­bay­can di­as­po­ru­nun təş­ki­lat­lan­ma­sı, dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da həm­rəy­li­yin möh­kəm­lən­mə­si­nə, öl­kə­mi­zin mil­li ma­raq­la­rı ət­ra­fın­da sıx bir­ləş­mə­si­nə zə­min ya­rat­dı.

Xa­tır­lat­maq ye­ri­nə dü­şər­di ki, hə­lə 2001-ci ilin no­yab­rın­da Ba­kı­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si ki­mi ta­ri­xi ha­di­sə baş ver­mə­si, dün­ya azər­bay­can­lı­la­rı­nın ilk də­fə ola­raq, Ba­kı­da bir ara­ya gəl­mə­si, möv­cud prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı yol­la­rı mü­za­ki­rə edil­di ki, nə­ti­cə­də də Azər­bay­can di­as­po­ru­nun ta­ri­xin­də ye­ni bir mər­hə­lə baş­lan­dı. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la sis­tem­li apa­rıl­ma­sı bu sa­hə­də xü­su­si döv­lət qu­ru­mu­nun ya­ra­dıl­ma­sı ilə nə­ti­cə­lən­di və ulu ön­dər Hey­dər Əli­yev tə­rə­fin­dən 2002-ci il iyu­lun 5-də "Xa­ric­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı haq­qın­da" fər­man im­za­la­ma­sı bir da­ha sü­but et­di ki, dün­ya azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı­na ar­tıq na­il olun­du ("xalq­qa­ze­ti.com"). Dün­ya Azər­bay­can­lı­la­rı­nın qu­rul­tay­la­rı ke­çi­ril­mək­lə ya­na­şı, on­la­rın əsas fəa­liy­yət is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­di­rən Həm­rəy­lik Xar­ti­ya­sı qə­bul edil­di,  ey­ni za­man­da türk­dil­li öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı ilə əla­qə­lə­rin qu­rul­ma­sı­na və bir­gə fəa­liy­yət stra­te­gi­ya­sı­nın qə­bul edil­mə­si­nə na­il olun­du.

 

Rə­şid RƏ­ŞAD

 

Ekspress.- 2018.- 19 iyul.- S.10.