Di­as­por qu­ru­cu­lu­ğun­da atı­lan ad­dım­lar

 

Müs­tə­qil Azər­bay­ca­nın da­xi­lixa­ri­ci si­ya­sət sa­hə­sin­də əl­də et­di­yi uğur­lar dün­ya­nın diq­qə­tin­də ol­maq­la ya­na­şı, ey­ni za­man­da dün­ya öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zızn mil­li şüu­ru­nu, özü­nü­dər­ki­ni, tor­pa­ğa bağ­lı­lı­ğı­nı gü­nü-gün­dən möh­kəm­lən­di­rir. Müx­tə­lif öl­kə­lər­də­ki azər­bay­can­lı di­as­por təş­ki­lat­la­rı soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı, səy­lə­ri­nin bir­ləş­di­ril­mə­si, on­la­rın fəa­liy­yə­ti­nin məq­səd­yön­lü xa­rak­ter al­ma­sı na­mi­nə fay­da­lı apa­rır, öl­kə­mi­zi da­ha ya­xın­dan ta­nıt­dır­maq üçün müx­tə­lif təd­bir­lər hə­ya­ta ke­çi­rir­lər.

2002-ci il­də Mil­li Məc­lis­də qə­bul olun­muş "Xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za döv­lət qay­ğı­sı haq­qın­da" qa­nun xa­ric­də­ki azər­bay­can­lı­la­ra döv­lət qay­ğı­sı­nın hü­qu­qi əsas­la­rı­nı mü­əy­yən­ləş­di­rir. Qeyd edək ki, qa­nu­na əsa­sən, xa­ric­də ya­şa­yan, fəa­liy­yət gös­tə­rən soy­daş­la­rı­mı­zın hü­quq­la­rı Azər­bay­can döv­lə­ti sə­viy­yə­sin­də qo­ru­nur. Bun­dan baş­qa, im­kan­lı azər­bay­can­lı­la­rın öl­kə iq­ti­sa­diy­ya­tı­na sər­ma­yə qoy­ma­sı üçün qa­nun­da ver­gi, göm­rük gü­zəşt­lə­ri nə­zər­də tu­tu­lur.

Təd­qi­qat­çı Za­ur Əli­yev qeyd edir ki, 1918-20 il­lər­dən eti­ba­rən 1991-ci ilə­dək olan ge­niş ta­ri­xi dövr­də xa­ri­ci öl­kə­lə­rə mü­ha­ci­rət edən azər­bay­can­lı­la­rın təq­ri­bən 50 fai­zi­nin mill­li­yət qra­fa­sın­da "İran tə­bəə­si" və ya "Rus tə­bəə­si" sö­zü ya­zı­lır­dı: "Bu ne­qa­tiv hal­lar əl­bət­tə azər­bay­can­lı­la­rın rus, türk, və ya iran di­as­po­ru­nun içə­ri­sin­də as­si­mi­li­ya­si­ya ol­ma­sı­na gə­ti­rib çı­xa­rır­dı. Konk­ret ola­raq Ame­ri­ka qi­tə­sin­də ya­şa­yan azər­bay­can­lı mü­ha­cir­lə­rin bö­yük his­sə­si ABŞ-ın pa­yı­na dü­şür. Be­lə ki, di­as­po­run for­ma­laş­ma­sı əs­rin əv­vəl­lə­rin­dən baş­la­sa da, yal­nız 80-ci il­lə­rin axır­la­rın­dan eti­ba­rən güc­lü vü­sət alıb. Azər­bay­can di­as­po­ru­nun bü­tün­lük­də for­ma­laş­ma­sı əs­lin­də uzun bir ta­ri­xi yol ke­çib. El­mi nə­ti­cə­lə­rə gö­rə, Azər­bay­can di­as­po­ru­nun tə­şək­kül və for­ma­laş­ma ta­ri­xi bir ne­çə mər­hə­lə­yə bö­lü­nür. Er­kən or­ta əsr­lər­də Azər­bay­ca­na ərəb is­ti­la­la­rı, küt­lə­vi su­rət­də is­lam­laş­dır­ma si­ya­sə­ti bu­ra­da ya­şa­yan əha­li­nin Ya­xın və Or­ta Şərq şə­hər­lə­ri­nə axın et­mə­si ilə nə­ti­cə­lə­nib. Baş ve­rən bu miq­ra­si­ya pro­se­si əs­lin­də elə di­as­po­run ya­ran­ma­sı­nın əsa­sı­nı qo­yub. X-XIX əsr­lər Ya­xın Şər­qin elm və mə­də­niy­yət mər­kəz­lə­rin­də əs­lən Azər­bay­can­dan olan yüz­lər­lə alim və tə­lə­bə­nin bi­lik­lə­rə yi­yə­lən­mə­si, mil­li tə­fək­kü­rü­mü­zün re­gi­on xalq­la­rı­nın in­ti­ba­hın­da qa­baq­cıl möv­qe­yə çıx­ma­sı nə­ti­cə­sin­də xa­ric­də məs­kun­laş­ma da­ha ge­niş vü­sət alıb".

Azər­bay­ca­nın dil­çi ali­mi Xə­tib Təb­ri­zi, ri­ya­ziy­yat­çı ali­mi Xa­cə Nəs­rəd­din Tu­si, mü­si­qi­çi Sə­fi­əd­din Ur­mə­vi və di­gər­lər Azər­bay­ca­nı di­as­po­ru­po­ru­nun gör­kəm­li nü­ma­yən­də­lə­ri he­sab olu­nur. Azər­bay­ca­nın Ru­si­ya im­pe­ri­ya­sı tə­rə­fin­dən iş­ğal edil­mə­sin­dən son­ra­kı dövr, ey­ni za­man­da Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın (1918-1920 il­lər) sü­qu­tun­dan son­ra azər­bay­can­lı­la­rın xa­ri­cə axı­nı və Av­ro­pa­da Azər­bay­can di­as­po­ru­nun ya­ran­ma­sı və bu­ra əla­və et­mək olar 1941-1945-ci il­lər­də II Dün­ya Mü­ha­ri­bə­si za­ma­nı əsir­lik­dən və SSRİ-nin xo­fun­dan və­tə­nə dö­nə bil­mə­yən azər­bay­can­lı­lar­dan iba­rət ic­ma­la­rı, XX əs­rin ikin­ci ya­rı­sın­dan eti­ba­rən İran­da baş ver­miş ic­ti­mai-si­ya­si pro­ses­lər­lə əla­qə­dar ola­raq bu öl­kə­dən on min­lər­lə azər­bay­can­lı­nın Qərb öl­kə­lə­ri­nə mü­ha­ci­rə­ti­ni və SSRi-nin da­ğıl­ma­sın­dan son­ra Azər­bay­can­da baş ver­miş si­ya­si-hər­bi ha­di­sə­lə­rin nə­ti­cə­sin­də öl­kə­ni tərk et­mək məc­bu­riy­yə­tin­də qal­mış soy­daş­la­rı­mı­zın xa­ri­cə mü­ha­ci­rə­ti.

Z.Əli­ye­vin fik­rin­cə, əs­lin­də bu pro­se­sin ta­ri­xi­nə nə­zər sal­dıq­da gö­rü­nür ki, Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı ki­fa­yət qə­dər uzun za­man kə­si­yin­də baş ve­rib: "Çox tə­əs­süf ki, bu pro­se­sin ilk ya­ran­dı­ğı gün­dən onun fəa­liy­yə­ti və in­ki­şaf ta­ri­xi­ni əks et­di­rən ya­zı­lı ta­ri­xi mən­bə­lər çox az­dır. Azər­bay­can­lı­la­rın ABŞ-a mü­ha­ci­rət et­mə­si pro­se­şi uzun ta­ri­xi yol keç­mişbir ne­çə mər­hə­lə­dən iba­rət­dir. Ame­ri­ka qi­tə­sin­də məs­kun­laş­mış azər­bay­can­lı­la­rın ək­sə­riy­yə­ti­ni İran­dan miq­ra­si­ya et­miş soy­daş­la­rı­mız təş­kil edir. 1970-ci il­dən eti­ba­rən Tür­ki­yə­də, 1991-ci il­dən eti­ba­rən isə Azər­bay­can­dan bir qi­sim soy­daş­la­rı­mız bu qi­tə­yə axın et­mə­yə baş­la­yıb­lar. Bu pro­ses­lər ABŞ-da Azər­bay­can di­as­po­ra­sı­nın tər­ki­bi­nə və so­si­al-iq­ti­sa­di fəa­liy­yə­ti­nə öz tə­si­ri­ni gös­tə­rib. Təq­dim olu­nan iş­də ABŞ-a mü­ha­ci­rət edən azər­bay­can­lı­la­rın bu ta­ri­xi pro­se­si şər­ti ola­raq 4 mər­hə­lə­yə bö­lü­nüb:

- Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın sü­qu­tun­dan son­ra XX əs­rin 20-ci il­lə­rin­də azər­bay­can­lı­la­rın ABŞ-a mü­ha­ci­rə­ti (1918-1920-ci il­lər

- II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra azər­bay­can­lı­la­rın ABŞ-a mü­ha­ci­rə­ti

- Cə­nu­bi Azər­bay­can azər­bay­can­lı­la­rı­nın ABŞ-a mü­ha­ci­rə­ti (50-90-cı il­lər)

- 50-90-cı il­lər­də, SSRİ-nin da­ğıl­ma­sın­dan son­ra azər­bay­can­lı­la­rın ABŞ-a mü­ha­ci­rə­ti.

Bir­ləş­miş Ştat­la­ra azər­bay­can­lı­la­rın mü­ha­ci­rə­ti əsa­sən XIX əs­rin so­nu, XX əs­rin əv­vəl­lə­rin­dən qə­bul olu­nur. Çün­ki, ABŞ-a mü­ha­ci­rət edən azər­bay­can­lı­lar məhz bu dövr­dən eti­ba­rən qey­diy­ya­ta düş­mə­yə baş­la­yır­dı­lar".

Eks­pert onu da qeyd edib ki, Ame­ri­ka­da məş­kun­la­şan əsa­sən Cə­nu­bi Azər­bay­can­dan olan soy­daş­la­rı­mız­dır: "1970-ci il­dən eti­ba­rən Tür­ki­yə­də ya­şa­yan soy­daş­la­rı­mız ABŞ-a küt­lə­vi axı­nı baş­la­yıb. 1991-il­dən eti­ba­rən isə bu pro­ses Azər­bay­can­da baş­la­yıb. ABŞ-da­kı Azər­bay­can di­as­po­ru Azər­bay­ca­nın ta­ri­xi­nin və zən­gin mə­də­ni ir­si­nin fə­al təb­li­ğat­çı­sı­dır. Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı­nın bey­nəl­xalq aləm­də­ki nü­fu­zubü­tün si­ya­si pro­ses­lə­rə olan tə­si­ri in­ka­re­dil­məz­dir. Hal-ha­zır­da on­lar di­as­por təş­ki­la­tı fəa­liy­yət gös­tə­rir və on­la­rın de­mək olar ki, hər bi­ri­nin əsas və­zi­fə­lə­rin­dən bi­ri öz ta­ri­xi və­tən­lə­ri­nə Ame­ri­ka hö­ku­mə­ti tə­rə­fin­də iq­ti­sa­dihu­ma­ni­tar yar­dım­la­rın ve­ril­mə­si­nə na­il ol­maq­dır. Öz ta­ri­xi və­tən­lə­ri­nin mə­də­niy­yə­ti­ni, adət-ənə­nə­lə­ri­ni və ya­şam tər­zi­ni təb­liğ et­mək­lə ABŞ-la öz ta­ri­xi və­tən­lə­ri ara­sın­da­kı mü­na­si­bət­lə­ri yax­şı­lı­ğa doğ­ru in­ki­şaf et­dir­mək­dir" (fi­les.pres­lib.az).

"Müa­sir İn­ki­şaf" İc­ti­mai Bir­li­yi­nin səd­ri Mü­ba­riz Gö­yüş­lü­nün fik­rin­cə, Azər­bay­can di­as­po­ru­nun mü­da­fiə tak­ti­ka­sın­dan hü­cum tak­ti­ka­sı­na keç­mə­si­dir, er­mə­ni di­as­po­ru­nu üs­tə­lə­mə­si çox bö­yük bir nə­ti­cə­dir: "O da tə­sa­dü­fi de­yil ki, Er­mə­nis­tan döv­lə­ti­ni ayaq­da sax­la­yan xa­ric­dən, o cüm­lə­dən, im­kan­lı er­mə­ni di­as­por nü­ma­yən­də­lə­rin­dən al­dı­ğı yar­dım­lar­dır. Azər­bay­can di­as­po­ru isə hə­lə bu im­kan­la­rı ye­ni­cə yi­yə­lə­nir. Ümu­miy­yət­lə Azər­bay­can di­as­po­ru­nun güc­lən­mə­si Azər­bay­can döv­lə­ti­nin güc­lən­mə­si de­mək­dir. Di­as­po­ra­mı­zın güc­lü ol­ma­sı döv­lə­tin xa­ri­ci si­ya­sə­tin­də də uğ­ru­la­ra yol açır. Azər­bay­can döv­lə­ti də nə qə­dər güc­lü olar­sa, Qa­ra­bağ prob­le­mi­nin həl­li im­kan­la­rı o qə­dər sü­rət­lə­nər. Di­as­po­run Qa­ra­bağ prob­le­mi­ni ol­du­ğu ki­mi bey­nəl­xalq aləm­də ta­nı­dıl­ma­sın­da bö­yük ro­lu var­dır. İn­for­ma­si­ya mü­ha­ri­bə­si­nin bu mə­sə­lə­də nə də­rə­cə bö­yük rol oy­na­dı­ğı­nı unut­ma­ma­lı­yıq. Biz in­for­ma­si­ya mü­ba­ri­zə­sin­də qa­lib gə­lə bil­mə­sək çox bö­yük çə­tin­lik­lər­lə üz­ləş­mək­də da­vam edə­cə­yik. Bu iş­də isə di­as­po­ra mü­hüm amil­dir".

Eks­pert­lər be­lə he­sab edir­lər ki, Azər­bay­can di­as­po­ru öl­kə­miz üçün stra­te­ji əhə­miy­yət da­şı­yan öl­kə­lər­də da­ha da güc­lə­nər­sə, onun si­ya­si səh­nə­sin­də akl­tiv rol oy­na­yar­sa, hə­min döv­lət­lər­də si­ya­si pro­ses­lə­rə tə­sir im­ka­nı qa­za­nar­sa, par­la­ment­lər­də, bə­lə­diy­yə­lər­də, müx­tə­lif döv­lət qu­rum­la­rın­da təm­sil olu­nar­lar­sa, bu za­man döv­lə­ti­mizn xa­ri­ci si­ya­sə­tin­də uğur­la­rın əl­də olun­ma­sın­da öz töh­fə­lə­ri­ni ve­rə bi­lər­lər ("olay­lar.az").

Pre­zi­dent İl­ham Əli­yev Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ta­be­li­yin­də Azər­bay­can Di­as­po­ru­na Dəs­tək Fon­du­nun ya­ra­dıl­ma­sı haq­qın­da fər­man im­za­la­yıb. Be­lə ki, Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 109-cu mad­də­si­nin 32-ci bən­di rəh­bər tu­tu­la­raq, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nə dəs­tək ver­mək, on­la­rın mad­di-tex­ni­ki ba­za­sı­nı möh­kəm­lən­dir­mək, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zi in­ki­şaf et­dir­mək və dün­ya­da da­ha ge­niş ta­nıt­maq, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın so­si­al mü­da­fiə­si­ni güc­lən­dir­mək və bu sa­hə­yə döv­lət dəs­tə­yi­nin ün­van­lı­lı­ğı­nı tə­min et­mək məq­sə­di­lə qə­ra­ra alı­nıb ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ta­be­li­yin­də pub­lik hü­qu­qi şəxs sta­tus­lu Azər­bay­can Di­as­po­ru­na Dəs­tək Fon­du ya­ra­dıl­sın.

Qə­rar­da o da qeyd olu­nur ki, dün­ya azər­bay­can­lı­la­rı­nın mə­nə­vi bir­li­yi­nə və həm­rəy­li­yi­nə xid­mət edən ümum­mil­li ide­ya­la­rı, mil­li-mə­nə­vi də­yər­lə­ri sis­tem­ləş­dir­mək, on­la­rın öl­kə və­tən­daş­la­rı və xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız ara­sın­da ya­yıl­ma­sı­nı tə­min et­mək və həm­və­tən­lə­ri­miz­lə əla­qə­lə­ri da­ha da ge­niş­lən­dir­mək döv­lət si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən­dir. Bun­dan baş­qa, öl­kə­də lob­bi­çi­lik fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mət və pers­pek­tiv­lə­ri­ni dün­ya azər­bay­can­lı­la­rı­nın müs­tə­qil Azər­bay­can döv­lə­ti və va­hid məq­səd ət­ra­fın­da bir­ləş­di­ril­mə­si ide­ya­sı­nın mü­əl­li­fi olan ümum­mil­li li­der Hey­dər Əli­yev bə­yan et­miş­dir. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın bir­li­yi və təş­ki­lat­lan­ma­sı mə­sə­lə­si­ni da­im diq­qət mər­kə­zin­də sax­la­yan ulu ön­dər Azər­bay­can di­as­por cə­miy­yət­lə­ri­nin prob­lem­lə­ri­nə və qay­ğı­la­rı­na hər za­man bö­yük həs­sas­lıq­la ya­naş­mış­dır (di­as­por.gov.az).

Uk­ray­na Azər­bay­can­lı­la­rı Bir­ləş­miş Di­as­po­ru­nun (UABD) sədr müa­vi­ni Mu­rad Cə­fə­rov Pre­zi­den­tin fər­ma­nı ilə Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ta­be­li­yin­də Azər­bay­can Di­as­po­ru­na Dəs­tək Fon­du­nun ya­ra­dıl­ma­sı haq­qın­da fi­kir bil­di­rib (xe­zer­news.az). Onun söz­lə­ri­nə gö­rə, döv­lə­ti­mi­zin di­as­por təş­ki­lat­la­rın­dan göz­lən­ti­lə­ri fo­nun­da az tə­mi­nat­lı di­as­por li­der­lə­ri ilə da­ha yük­sək hə­dəf­lə­rə çat­maq­da prob­lem­lər var. "Bu gün dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də çox ak­tiv Azər­bay­can di­as­por təş­ki­lat­la­rı fəa­liy­yət gös­tə­rir. Heç ki­mə sirr de­yil ki, bu təş­ki­lat­la­rı­nın qu­rul­ma­sın­da və fəa­liy­yə­tin­də da­ha çox zi­ya­lı­lar, az tə­mi­nat­lı soy­daş­la­rı­mız ön­də olur­lar. Tə­əs­süf ki, bö­yük pul­lar qa­za­nan xa­ric­də­ki soy­daş­la­rı­mız di­as­por işi­nə çox az ma­raq gös­tə­rir­lər. Konk­ret, UABD-ni gö­tür­sək, biz bu gü­nə qə­dər ya­şa­dı­ğı­mız öl­kə­də öz im­kan­la­rı­mız da­xi­lin­də Azər­bay­can adı­na bir çox müs­bət iş­lə­rə im­za at­mı­şıq. Bu­ra ba­zar gü­nü mək­tə­lə­ri­nin açıl­ma­sı, dərs və­sa­it­lə­ri­nin ha­zır­lan­ma­sı və nəş­ri, Azər­bay­can­lı mü­əl­lif­lə­rin ki­tab­la­rı­nın təq­di­ma­tı, mil­li bay­ram­la­rın təş­ki­li, Xo­ca­lı qət­lia­mı, Dağ­lıq Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin Uk­ray­na me­dia­sın­da da­vam­lı işıq­lan­dı­rıl­ma­sı, təş­ki­la­tı­mı­za məx­sus in­ter­net say­tın fəa­liy­yə­ti, qə­zet ça­pı, in­ter­net TV-nin ya­ra­dıl­ma­sı və ən baş­lı­ca­sı ofi­sinbü­tün bu iş­lə­ri gö­rə bi­lə­cək ən azı üç-dörd nə­fər iş­çi­nin sax­la­nıl­ma­sı da­xil­dir. Mə­sə­lən, bir di­as­por təş­ki­la­tı­nı ofis­siz, hə­min ofi­si isə hü­quq­şü­nas­sız tə­səv­vür et­mək çox çə­tin­dir. Və ya­xud da ofi­sin "qay­nar xət­ti"ndə gü­nün ən azı sa­at­la­rın­da bir nə­fər otur­ma­sı müt­ləq­dir. UABD-nin ofis im­kan­la­rı ilə ya­xın­dan ta­nış olan həm Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­sul əmək­daş­la­rı, həm də Azər­bay­can­dan gə­lən de­pu­tat­lar və jur­na­list­lər bu fak­tı açıq-ay­dın təs­diq edə bi­lər­lər. Bü­tün çə­tin­lik­lə­rə bax­ma­ya­raq biz son 5 il­də bu qay­da­da iş­lə­yi­rik. Azər­bay­can Di­as­po­ru­na Dəs­tək Fon­du bu sa­hə­də prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sın­da mü­hüm rol oy­na­ya­caq. Ni­zam­na­mə­sin­də də qeyd olun­du­ğu ki­mi, ye­ni ya­ra­nan Fond ümum­döv­lət və ic­ti­mai əhə­miy­yət kəsb edən fəa­liy­yət­lə məş­ğul ola­caq. Fon­dun fəa­liy­yə­ti­nin məq­sə­di və is­ti­qa­mət­lə­ri çox ay­dın­dır. Bur­da Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­rın və əl­də olun­muş nai­liy­yət­lə­rin dün­ya­ya bə­yan edil­mə­si, öl­kə­nin mə­na­fe­lə­ri­nin mü­da­fiə­si, mil­li-mə­nə­vi də­yər­lə­ri dün­ya azər­bay­can­lı­la­rı­nın qo­ru­ma­sı, da­ha da in­ki­şaf et­di­ril­mə­si və ta­nıt­ma­sı ki­mi mə­sə­lə­lər mü­hüm yer tu­tur. Han­sı ki, dar çər­çi­və­də də ol­sa biz bu ki­mi iş­lər­lə məş­ğul olu­ruq. Gö­rü­nür, ki­fa­yət et­mirda­ha qlo­bal iş­lə­rə im­za atıl­ma­sı nə­zər­də tu­tu­lur. Fon­dun fəa­liy­yə­tin­də xa­ri­ci öl­kə­lər­də Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı­na, mü­tə­şək­kil­li­yi­nin möh­kəm­lən­mə­si­nə, azər­bay­can­lı­la­rın lob­bi­çi­lik fəa­liy­yə­ti­nin güc­lən­mə­si­nə və Azər­bay­ca­na dost mü­na­si­bət bəs­lə­yən di­gər xalq­la­rın di­as­por­la­rı ilə əla­qə­lə­rin ge­niş­lən­mə­si də var. Ey­ni za­man­da azər­bay­can­lı­la­rın yığ­cam ya­şa­dıq­la­rı öl­kə­lər­də və re­gi­on­lar­da ana di­lin­də mək­təb­lə­rin və Azər­bay­can mə­də­niy­yət mər­kəz­lə­ri­nin açıl­ma­sı­na və fəa­liy­yə­ti­nin təş­ki­li­nə dəs­tək da­vam­lı ola­caq".

 

Rə­şid RƏ­ŞAD

 

Ekspress.- 2018.-27 iyul.- S.10.