Misirdə azərbaycanlıların diaspor fəaliyyəti genişlənir

Soydaşlarımızın bir hissəsi Afrika qitəsində yerləşən ölkələrdə məskunlaşıb. Müxtəlif məlumatlara görə, soydaşlarımız Misir, Əlcəzair, Cənubi Afrika Respublikası və Sudanda daha çoxdur.

Cənubi Afrika Respublikasında (CAR) nə qədər soydaşımızın yaşaması barədə dəqiq məlumat yoxdur. CAR azərbaycanlılarının çox hissəsini İrandan olan soydaşlarımız təşkil edir. Əsasən ticari sahədə iş aparan soydaşlarımız CAR-da orta səviyyəli təbəqəyə aiddir. Burada Azərbaycan Respublikasından olan azərbaycanlılar sayca azlıq təşkil edirlər. Onların əksəriyyəti müəyyən işlə bağlı olaraq CAR-da məskunlaşmalı olublar. 2002-ci ildə paytaxt Pritoriya şəhərində ilk Azərbaycan cəmiyyəti təsis olunub. Afrikanın cənubunda yaşayan azərbaycanlıları bir araya gətirmək, mədəni tədbirlər və Azərbaycanı layiqincə CAR-da təmsil etmək cəmiyyətin əsas məqsədləridir.

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı ilə bağlı məlumat azdır. Amma Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 20 min nəfər azərbaycanlının olduğu məlmdur.

Misirdə azərbaycanlıların aktivliyi daha güclüdür. Azərbaycanlıların Misirdə məskunlaşması II dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Alman ordusunun tərkibində fəaliyyət gostərən azərbaycanlı mühacirlərin müharibədən sonra köçdükləri ölkələr içərisində Misirdə var. Bəzi tarixi mənbələrdə II Dünya müharibəsindən sonra əsir düşən azərbaycanlıların ingilis və fransız hərbi qüvvələrindən xilas edilərək Misirdə yerləşdirilməsi barədə məlumatlara rast gəlmək mümkündür. Misir kralı və onun yaxın adamlarının sayəsində xilas olan soydaşlarımız Misirdə evlə, işlə təmin olunmuş və özlərini qorumaq məqsədi ilə pərakəndə və gizli formada yaşamağa məcbur olmuşlar. Cənubi Azərbaycandan da mühacirət prosesinin güclənməsi nəticəsində Misirdə azərbaycanlılar icması yaradıldı. Enerjili, intellektual və sosial baxımdan xeyli fəal və gənc hesab olunan azərbaycanlılar 90-cı illərdən etibarən ictimai həyat da fəal iştirak etməyə başlamışlar. Hazırda Misirdə on minlərlə həmvətənimizin yaşadığına dair təsdiqlənməmiş məlumatlar var. Misirdə təhsil alan gənclərimizin işini qənaətbəxş hesab etmək olar. 1999-cü ildən başlayaraq, Qahirə radiosunda iqtisadi, siyasi, mədəni və dini proqramlar hazırlayan Azərbaycan xidməti yaradılıb.

 

Misirdə Azərbaycan diasporunun sədri Seymur Nəsirovdur. O, Qahirə Universitetinin müəllimidir. Uzun illərdir Misirin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan Professor Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir.

S.Nəsirov Azərbaycan və Misir arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında önəmli rol oynayır. Nəsirov "Kaspi" qəzetinə verdiyi müsahibəsində Misirdəki fəaliyyətləri ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, Misirə ilk qədəm qoyduğu gündən, diaspor fəaliyyətinə başlayıb. S.Nəsirov hər zaman vətənimizi gözəl davranış və xeyriyyə fəaliyyətlərimizlə təmsil etməyə çalışdıqlarını söyləyib: "Misirin ən mötəbər universitetlərində Azərbaycanla bağlı konfranslarda çıxışlarım haqqında yayılan xəbərlərdə də diaspor fəalı kimi təqdim olunurdum. Qısa zaman ərzində çoxlu tədbirlər keçirdik. Dəfələrlə Misirin dövlət televiziya kanalında Azərbaycanın tarixi, incəsənəti, turizm potensialı və dahi şəxsiyyətləri haqqında söhbət açdıq. İlk dəfə olaraq Azərbaycan mətbəxini diasporun fəal xanımları vasitəsilə Misir dövlət televiziya vasitəsi ilə təqdim etdik. Azərbaycan-Misir tarixi əlaqələr haqqında məqalə yazıb, qəzetdə dərc etdirdik. Burdakı səfirliyimizlə birgə universitet tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm" müsabiqəsini təşkil etdik. Misirin mötəbər universitetlərində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinin azərbaycanlı diaspor fəalları tərəfindən aparılmasını təşkil etdik. Bu yolla da biz yüzlərlə tələbəyə Azərbaycan dili ilə yanaşı, vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini və həqiqətlərini çatdırmağa çalışırıq. Misirdə təşkil olunan yerli və beynəlxalq tədbirlərdə dəfələrlə iştirak edərək, vətənimizlə bağlı həqiqətləri çatdırmağa çalışırıq. Qeyd etdiyim kimi, uzun illərdir tələbələrə dəstək olmağa çalışıram, xüsusilə də azərbaycanlı tələbələrə. Sadəcə, tələbələr deyil, eyni zamanda yüksək vəzifəli və elm sahəsində tanınmış azərbaycanlılara lazımı köməkliyi göstəririk".

O qeyd edib ki, Misirdə Heydər Əliyevin xatirəsi hər il anılır: "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib. Biz də bir diaspora təşkilatının nümayəndələri kimi tədbirlərin fəal iştirakçıları idik".

Seymur Nəsirov deyib ki, belə tədbirlərdən biri bu ilin mayında Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində keçirilib. "Bu əyalətdə yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn səfirlik əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qəlyubiyyənin qubernatoru general Mahmud Aşmavi, Misir ictimaiyyətinin tanınmış xadimləri, KİV nümayəndələri, Azərbaycanın Misirdəki diasporası əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət etdi, orada qurulan Azərbaycan və ulu öndər Heydər Əliyevin güşələri ilə tanış oldular. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət edib və heykəlin önünə gül-çiçəklər qoyaraq, Ulu öndərin əziz xatirəsini yad etdilər".

Misirdəki fəallarımız sadəcə azərbaycanlılarla deyil həm də bizə daha yaxın olan xalqların diaspora təşkilatları ilə əməkdaşlıq edir. Əməkdaşlıq edilən diasporta təşkilatlarından biri Qazaxısan diaspora nümayəndələridir.

S.Nəsirov, Misirdə Qazaxıstan Respublikasının səfiri Ərmən İssağəliyevlə görüşərək bu barədə ətraflı müzakirə aparıb. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, görüşdə ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən də bəhs edilib. Səfir bildirib ki, Azərbaycan diasporunun Misirdə təhsil alan qazaxıstanlı tələbələrə verdikləri dəstəkdən olduqca məmnundur.

Qeyd edək ki, S.Nəsirov Misirdə təhsil alan 52 ölkədən olan 1000-dən çox tələbə ilə sıx işləyir və onların arasında qazaxıstanlı tələbələr də çoxdur.

Görüşün sonunda S.Nəsirov 100 azərbaycanlı alim və ədibdən bəhs edən kitabını səfirə hədiyyə edib.

Misirdəki Azərbaycan icmasının fəaliyyəti iki ölkənin rəsmi şəxslərinin görüşündə də nəzərdən keçirilir. 2018-ci ilin iktyabrın 29-d Diasporla İş üzrə Dövlət Komitəsində Misir Ərəb Respublikasının Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Misir-Azərbaycan əlaqələri, Misirdəki Azərbaycan icmasının ölkənin mədəni, sosial, iqtisadi həyatındakı rolu müzakirə olunub. Dövlət Komitəsinin sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin, prezidentlərin qarşılıqlı səfərlərinin, eləcə də diaspor təşkilatlarının böyük rolu var. Azərbaycanla Misir arasında mədəni, iqtisadi və digər sahələrdə olduğu kimi diaspor fəaliyyətində də münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə Dövlət Komitəsi ilə Misirin Miqrasiya və Xaricdəki Misirlilərlə İş üzrə Dövlət Nazirliyi arasında əlaqələrin qurulması qərara alınıb. Qarşlıqlı əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da səmərəli olacağı diqqətə çatdırılıb.

Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifi isə Misirin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb. O, ikitərəfli əlaqələrin, dostluq münasibətlərinin möhkəmlənməsi üçün bütün addımların atıldığını qeyd edib və Misirin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Misirdə Azərbaycanın tanıdılması, iki xalq arasında əlaqələrin inkişaı məqsədilə Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəaliyyəti çox önəmlidir. Birlik hər ay Misirdə müxtəlif tədbirlər həyata keçirir.

Oktyabrda keçirilən bir neçə tədbir bunun sübutudur. Ötən ay Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəalları İnarə Osmanova, Səbinə Səmədova və Sandi Səlim Misirin nüfuzlu "Nil Mədəniyyət" dövlət televiziya kanalında "Mənim gecəm" proqramının qonağı olublar. Canlı yayımlanan verilişin əsas mövzusu "Azərbaycan qadını keçmişdən bu günə qədər" olub.

Verilişdə azərbaycanlı xanımlar milli mətbəximizin, nişan və toy adətlərimizin Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutduğunu vurğulayıblar. Diaspor fəalları milli geyimlərimizi nümayiş etdirərək xalqımızın geyim mədəniyyəti haqqında da söhbət açıblar. Azərbaycanda qadınların təhsilə böyük maraq göstərdiklərini qeyd edən diaspor fəalları Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən də danışıblar.

Verilişdə Azərbaycanın xalq mahnısı "Sarı gəlini"i ifa edilib, ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş olunub.

Oktyabra aid digər bir tədbir S.Nəsirovun Misir parlament sədrinin birinci müavini Seyyid Şəriflə görüşüdür.

Diaspor sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqə-lərdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib. Bundan başqa, S.Nəsirov Azərbaycan həqiqətlərindən danışaraq Xocalı soyqırı"mının dünyanın bir çox ölkələrində tanındığını diqqətə çatdırıb.

Misir parlament sədrinin birinci müavini Seyyid Şərif isə sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini, Azərbaycan xalqının qonaqpərvərli-yinin, Bakının gözəlliyinin onda zəngin təəssürat yaratdığını vurğulayıb.

S.Şərif Azərbaycandan qayıtdıqdan sonra, Azərbaycanla Misir arasında ticari əlaqələrin inkişafı ilə bağlı bir sıra görüşlər keçirdiyini qeyd edərək, viza məsələlərinin sadələşdirilməsi üçün Misir tərəfindən ciddi addımlar atılacağını bildirib.

Sonda S.Nəsirov ərəb mənbələrinə istinadən 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı parlament sədrinin birici müavininə hədiyyə edib.

Ötən ay S.Nəsirov Misirin baş müftisi, professor Şəvqi Əlləm ilə görüşüb.

Diaspor rəhbəri Misirlə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. Müxtəlif sivilizasiyaların qovuşduğu Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı qeyd edilib.

 

Professor Şəvqi Əlləm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib. O, 2017-ci ilin dekabrında, İslam həmrəyliyi ilə bağlı Bakıda keçirilən yekun konfransda iştirakından söhbət açaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşdən xoş xatirələrini bölüşüb.

S.Nəsirov Misir tarixində əvəzsiz rol oynamış əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər və alimlər haqqında geniş məlumat verib, xüsusilə İbn Həcib əl-Düvini, Əbdulhəmid əl-Şirvani haqqında geniş müzakirələr aparılıb.

Vasif CƏFƏROV

Ekspress.-2018.-15 noyabr.-S.10.