Qara Qarayevin 100 illiyi Tokioda qeyd olundu

Görkəmli Azərbaycan bəstəkarı, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən cari ildə həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda dahi bəstəkarın xatirəsinə həsr olunmuş təntənəli tədbirlər təşkil olunur.

AZƏRTAC xəbər verir ki, dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti xatirə konserti noyabrın 25-də TokionunDojin-Kyokay” zalında keçirilib.

Əvvəlcə konsertin təşkilatçısı, Yaponiyada fəaliyyət göstərən “Beynəlxalq musiqi evinin rəhbəri, azərbaycanlı pianoçu Gülnarə Səfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, konsertin təşkilində məqsəd yapon musiqisevərləri qədim və zəngin Azərbaycan musiqisi, xüsusən də tanınmış bəstəkarımız Qara Qarayevin əsərləri haqqında məlumatlandırmaqdır.

Konsertin təşkilinə göstərilən köməyə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinə, “WorldInvestors TV” internet televiziyasının rəhbərliyinə minnətdarlığını bildirən G.Səfərova əlavə edib ki, XX əsrin əvvəllərində inkişafa başlayan Azərbaycan klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb. Bu işdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yetirməsi Qara Qarayevin böyük rolu olub. Qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropa ölkələrində çox geniş tanınmasına baxmayaraq, Yaponiyada bu Azərbaycan bəstəkarı, onun yaradıcılığı haqqında məlumatlar çox azdır. Məhz bunu nəzərə alaraq “Beynəlxalq musiqi eviQara Qarayevin Yaponiyada tanınması və təbliği məqsədilə görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunan xatirə konserti təşkil edib. Yaponiyada yaşayan digər xalqların nümayəndələri, o cümlədən yaponrus musiqiçiləri də layihəni dəstəkləyərək konsertdə çıxış etməyə razılıq veriblər. Konsertin proqramına Qara Qarayevin ən məşhur əsərləri daxil edilibbu əsərlər Yaponiyada ilk dəfə səslənəcək.

Konsert Qara Qarayevin məşhur rus şairi Aleksandr Puşkinin sözlərinə bəstələdiyi və rus vokalçı Valentina Pançenkonun Gülnarə Səfərovanın müşayiəti ilə ifa etdiyiGürcüstan təpələrində” və “Mən sizi sevirdim” romansları ilə başlayıb. Sonra yapon skripkaçı Çie Savadanın və Gülnarə Səfərovanın ifalarında səslənən “Skripkafortepiano üçün sonata”, fleytaçı Daysuke Azumanın ifa etdiyi prelüdlər tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Yaponiyada yaşayan balerina Yuka Yatani isə bəstəkarın “Yeddi gözəl” baletindən Ayşənin rəqsini və “Vals” əsərlərini ifa edib.

İki saata yaxın davam edən konsertdə “Beynəlxalq musiqi evi”nin yapon şagirdləri Yuri Usuri və Himari Takakinin Qara Qarayevin uşaqlar üçün bəstələdiyi “Düşüncə”, “Fırtına”, “Hekayə”, “Şən oyun” pyesləri də tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

Konsertdə, eyni zamanda, Qara Qarayevin müəllimi olmuş Dmitri Şostakoviçin və görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin əsərləri də səslənib.

Konsert zamanı yapon rəssam Moritanın modern üslubda yaratdığı rəsm əsərləri də nümayiş olunub.

Ekspress  2018.- 27 noyabr .- S.13.