Pentaqondan Bakıya yeni təkliflər

 

Birləşmiş Ştatların Qırğızıstandakı "Qansi" aviabazası ilə yaranmış problemlər Vaşinqtonu Əfqanıstana yükləri daşımaq üçün yeni marşrutlar axtarmağa vadar edir. Tacikistan öz səmasını amerikalılara verməyə hazırdır. Özbəkistan da müəyyən xidmətlər göstərməyə hazırdır - bununla bağlı danışıqlar artıq yekun mərhələdədir. Lakin region ölkələri arasında Birləşmiş Ştatların maraqlarına ən uyğun variant Azərbaycanın da Əfqanıstana yüklərin daşınması prosesinə fəal cəlb olunmasıdır. Bakı bölgədə Vaşinqtonun tərəf-müqabili sınanmış tərəfdaşı olmaqla yanaşı, bilavasitə İranla həmsərhəd ölkədir. Bu yaxınlıq isə amerikalı hərbçilərin Azərbaycanda aviabaza yaratmaqla bahəm, cənub istiqamətdə İranın şimal bölgələrini uzaqdan nəzarətdə saxlamalarına imkan verərdi. Ekspertlər hesab edirlər ki, Vaşinqton-Tehran münasibətlərində, daha doğrusu münasibətsizliyində heç nəyi istisna etmək olmaz.

"Foreign Policy" zənn edir ki, Əfqanıstana yük tranziti üçün Tacikistan səmasını, Daşkənd isə dəmiryollar şəbəkəsini ABŞ-ın istifadəsinə verməyə hazırdırsa, analoji danışıqlar Azərbaycan ilə aparmalıdır.

"Amma unutmayaq ki, Azərbaycan İranla həmsərhəddir amerikalı hərbçilərin Azərbaycanda istənilən fəallığı Tehranda çox böyük narazılıq, qıcıq yarada bilər. Bu isə İranın Azərbaycanla münasibətlərinə pis təsir edər həmin səbəbdən Bakı rəsmiləri indiyədək dəfələrlə bildiriblər ki, Azərbaycan ərazisində amerikalıların hərbi bazası olmayacaq. Bakını anlamalıyıq nümayişkaranə şəkildə Azərbaycan ilə hərbi əməkdaşlığı sürətlə fəallaşdırmamalıyıq. Hər şeyi tədricən, düşünərək etmək gərəkdir. Bizə hazırda Azərbaycanın İran problemi gərək deyil. Bununla belə, Əfqanıstana yüklərin daşınması üçün Azərbaycan variantından istifadə yollarını düşünməliyik", - "Foreign Policy" bildirir.

Tacikistan prezidenti Emoməli Rəhmon ABŞ-a Aşağı Pənc üzərində daha bir körpü tikməyi Əfqanıstana yükləri bu körpü vasitəsilə daşımağı təklif edib. "İstisna deyil ki, Vaşinqton bu körpü ilə yanaşı, Düşənbə-Aşağı Pənc-Herat-Məşhəd dəmiryolu layihəsinə qatılmalı olacaq. İranın Məşhəd şəhərində isə dəmiryolu Azərbaycana gedəcək marşrutla birləşə bilər. ABŞ-ın İranla olan münasibətlərini nəzərə alsaq, fantastika təsiri bağışlayır? Hesab etmirik, çünki Tacikistan pul tapmadığı bu tikintini həyata keçirmək istəyir".

Layihə isə hazırdır: adı "Line Communication"dur ABŞ da işlərə qoşulmağa razılıq verib. Sonradan layihəyə Türkiyə, Gürcüstan Azərbaycanın da qoşulacağı, marşrutların Aralıq Qara dəniz sahillərinədək uzanacağı gözlənilir. Vaşinqton hələlik bunları etiraf etmək istəmir, amma bəhs olunanlar həqiqətdir. Təsadüfi deyil ki, bəhs etdiyimiz layihə ilə bağlı Bakı ilə bağlı qapılar arxasında danışıqlar aparılır. "Line Communication" layihəsi sadəcə, bölgə dövlətlərini birləşdirəcək dəmiryolunun inşasını yox, Tacikistanda ABŞ-ın hərbi bazasının yaradılmasını, habelə Azərbaycan ərazisində iki aerodromun amerikalıların istifadəsinə verilməsini nəzərdə tutur.

Hazırda ABŞ Əfqanıstana iki tranzit yolu nəzərdən keçirir: onlardan biri Balkanlar, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan Tacikistan, digəri isə Gürcüstan, Azərbaycan, Türkmənistan, Tacikistandır. Hər iki yolda Azərbaycan önəmli rol oynayır.

Ekspertlər hesab edirlər ki, Tacikistan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğundan, öz ərazisində xarici ölkənin hərbi bazasının yaradılması barədə qərarı qurumun digər mənsubları, xüsusilə Rusiyanın razılığı olmadan qəbul edə bilməz.

Amerikalılar indi Özbəkistan rəhbərliyi ilə danışıqlar aparırlar. Vaşinqtonun məqsədi Termez-Xayraton dəmiryolu istiqamətindən istifadə etməkdir: tikintisi ötən ilin sonlarında inşa edilmiş həmin marşrutla Əfqanıstana yükləri rahatlıqla daşımaq olar.

Ən maraqlısı isə odur ki, əgər danışıqlar uğurla nəticələnərsə - buna şübhə çox azdır - Pentaqona regionda yeni tranzit məntəqəsi gərək olacaq, çünki NATO-nun hazırda Termezdə mövcud bazası əlavə yüklərin öhdəsindən gələ bilməyəcək.

"Defence Weekly" bildirir ki, Vaşinqton hazırda Termezdə olan Almaniya hərbçilərinin işini daha da ağırlaşdırmamaq məqsədilə Azərbaycandakı Qala, Kürdəmir ya Hacı Zeynalabin Tağıyev qəsəbəsindəki hərbi aerodromlardan birindən istifadə edə bilər.

"ABŞ-ın Əfqanıstana yüklərin daşınması ilə bağlı üzləşdiyi problemlərin həlli prosesində amerikalıların Orta Asiya Cənubi Qafqazda baza yaratmalarının qarşısını almaq üçün Moskva hərəkətə keçib. Rusiya tranzit yükdaşımalar üçün öz ərazisini təklif edib. Rusların məqsədlərindən biri ABŞ-ın Azərbaycanla hərbi-texniki əməkdaşlığının aktivləşməsinə yol verməməkdir", - amerikalı ekspertlər hesab edirlər.

 

 

Humay.

 

Ekspress.- 2009.- 11 fevral.- S. 13.