Cəlil Məmmədquluzadə yad edildi

 

Dünən Cəlil Məmmədquluzadənin ev-muzeyində böyük ədibin 140 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, "Cəlil Məmmədquluzadə və müasirlərimiz" adlanan tədbirə Mirzə Cəlil yaradıcılığının tədqiqatçısı, filologiya elmləri namizədi Allahverdi Məmmədov, "Ədəbiyyat qəzeti"nin məsul katibi, teatrşünas Atabala İsmayıloğlu, 21 saylı məktəbin direktoru, yazıçı Fərrux Ağasıbəyli iştirak edib. Tədbirdə 150 və 21 saylı məktəbin şagirdləri ədibin əsərlərindən səhnəciklər nümayiş etdiriblər.

 

 

Ekspress.- 2009.- 14-16 fevral.- S. 20.