"Yeni Teatr" Respublika Festivalı başladı

 

Dünən Gəncədə ilk dəfə olaraq "Yeni Teatr" Respublika Festivalı start götürüb. APA-nın məlumatına görə, teatr festivalı iyunun 28- qədər davam edəcək. Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət "Yuğ" Teatrı, Pantomim Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran dövlət dram teatrları iştirak edəcək.

Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi bu festivalı teatr tənqidçiləri, tanınmış aktyorlar da izləyərək qiymətləndirəcəklər.

Festivalın açılışı Rafiq Səməndərin "Çətin məsələ" adlı səhnə əsəri ilə Gəncə Dövlət Kukla Teatrında olub. Festivalın rəsmi açılışı isə dünən saat 18.00-da baş tutub.

 

 

AYXAN

 

Ekspress.- 2009.- 24 iyun.- S. 14.