"Eurovision" münsiflərinin səsverməsi

 

Aysellə Araş 8-ci yerə layiq görülüb

 

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Eurovision-2009" müsabiqəsinin münsiflər heyətinin verdikləri xallar açıqlanıb. "Eurovision" müsabiqəsinin rəsmi internet saytında yerləşdirilən xəbərə görə, münsiflərin səs faizləri müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi tərəfindən ictimaiyyətə açıqlanıb. Həm tamaşaçıların, həm münsiflərin səs faizləri Almaniyanın xüsusi olaraq bu üçün ayrılmış şirkəti tərəfindən hesablanıb. Hər təmsilçi ölkədən seçilmiş beş nəfərdən ibarət münsif (ümumi 210 münsif), həm İqor Matviyenkonun sədrlik etdiyi müsabiqənin əsas beş nəfərdən ibarət münsiflər heyətinin səsverməsi nəticəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Təmsilçilərə verilən səslər 50-50-yə hesablanıb. Nəticələrə 50 faiz münsiflər, 50 faiz isə tamaşaçıların səsi təsir edib. Beləliklə, münsiflər heyətinin verdiyi balları təqdim edirik:

 

1. Norveç - 312 bal

2. İslandiya - 260 bal

3. Böyük Britaniya - 223 bal

4. Fransa - 164 bal

5. Estoniya - 124 bal

6. Danimarka - 120 bal

7. Türkiyə - 114 bal

8. Azərbaycan - 112 bal

9. İsrail - 107 bal

10. Yunanıstan - 93 bal

11. Moldova - 93 bal

12. Bosniya Herseqovina - 90 bal

13. Malta - 87 bal

14. Almaniya - 73 bal

15. Ermənistan - 71 bal

16. Ukrayna - 68 bal

17. Rusiya - 67 bal

18. Portuqaliya - 64 bal

19. Xorvatiya - 58 bal

20. Litva - 31 bal

21. Rumıniya - 31 bal

22. İsveç - 27 bal

23. Albaniya - 26 bal

24. Finlandiya - 12 bal

25. İspaniya - 9 bal

 

"Eurovision" müsabiqəsinin icraçı direktoru Svante Stokselius müsabiqənin rəsmi internet saytına verdiyi açıqlamasında münsiflərlə tamaşaçıların seçiminin üst-üstə düşməsinin maraqlı nəticə olduğunu deyib. O, bəzi təmsilçilərin yüksək yeri məhz münsiflər heyətinin hesabına qazandığını da açıqlayıb. İcraçı direktor bu ildən etibarən müsabiqənin şərtlərinə əlavə olunan münsif səsverməsinin vaxtında verilən qərar olduğunu bildirib.

Qeyd edək ki, mayın 16-da keçirilən "Eurovision-2009" müsabiqəsinin birincisi Norveç, ikincisi İslandiya, üçüncüsü isə Azərbaycan təmsilçiləri olub.

 

 

AYXAN

 

Ekspress.- 2009.- 21 may.- S. 10.