Qoçaq Əsgərov

 

Böyük Britaniyada konsert verib

 

Azərbaycan musiqiçiləri Böyük Britaniyada konsert proqramı ilə çıxış ediblər. Konsertin əsas iştirakçısı, Özbəkistanda keçirilənərq təranələri" beynəlxalq müsabiqəsinin qalibi, xanəndə Qoçaq Əsgərov səfər çərçivəsində Nyukasl, Briqton, York, London və Kurnoul şəhərlərində çıxış etdiklərini bildirib ("lenta.az").

Konsertdə muğam qrupu və 4 nəfərdən ibarət aşıqlar çıxış edib. Qoçaq Əsgərov deyib ki, əcnəbi dinləyicilər Azərbaycan musiqiçilərini təkrar-təkrar dinləmək üçün alqışlarla səhnəyə dəvət ediblər. Yerli mətbuat Azərbaycan musiqiçiləri ilə maraqlanıb.

Q.Əsgərovun sözlərinə görə, BBC radiosu onların səfəri çərçivəsində Azərbaycan musiqisi barədə material verib.

Gənc xanandə, həmçinin bildirib ki, tərəflər arasında razılaşma əldə olunarsa, onun hind musiqiçiləri ilə birgə konserti təşkil olunacaq.

 

 

Ayxan

 

Ekspress.- 2009.- 19 noyabr.- S. 10.