Qız qalasının açılmayan sirləri

 

(Əvvəli ötən saylarımızda)

 

İnsan isə qırx yaşına çatana qədər mənəviyyat aləmindən çox şeylər itirir. Odur ki düşüncəli insan gərək cavanlıqda mənəviyyatın qəsri olan ürəklə dostluq etsin, təbiətin arzu və həvəslərinin qabağını alsın (bax: "Sirlər xəzinəsi", səh.169). Qız qalasında hörgülərin sayı 99 bir məna verir, 2 qüllə, 3 alçaq günbəz isə bir yerdə edir 5 (cümə). Bu hörgülərin sayının ayrılıqda fəlsəfi mahiyyətini Bilal Şirvaninin "Leyli və Məcnun" əsəri üzrə açmağa yönələk. Baxın görün ki "Qız qalası" nə dərəcədə sirli-sehrli bir abidədir (Bilal Şirvani: "Leyli və Məcnun" əsəri, 2003, Bakı, "Azərnəşr"). Abidədə Şirvanın ana mahiyyəti öndə durur:

1-ci halda - "Əxi"lər kimdir? Əllah-Təala buyurub ki, onlar, yəni "Şəməxi"-İL olanlar Əllahın xeyirxah insanlarıdır. Mərdimazar yox, xeyirxah, yəni Seyid Yəhya kimi şəxsiyyətli adamlar.

2-ci halda, yəni Əllah-Təala buyurub ki: "Ey "Şəm", sən Əllahın öyündə qəbulsan". Yəni Qobustan yox, Monqol-Tatar söhbəti yox, Qobu yox, qəbulsan.

Ey "Şəm", sən Əllahın öyündə qəbulsan. Yəni Şəməxi elə bir şəmdir ki, Əllahın məhəbbətindən əxi tək (əxi qardaş deməkdir) mayatutmuş cəm ayədir.

Əlif, lam, mim təki indi də "cəm ayə" məsələsi.

3-cü halda, yəni Quranın surəsinin içindəki kimi, cəm ayəsən. Söhbət burada "şəm"in şöləsindən gedir. O şölə ki "cəmayə" halında zikr edir Əllaha. Nur öz sahibini tanıyır. Bu da ətrin şöləsi nur savabında.

4-cü halda Əllah-Təala deyir ki, ey Rəsuliəllah, sən Əllaha uyğun bəndəsən. O surətin hər an Meracda zikr içindədi. Mənə layiqsən. Əllahın öyü dərgahında Merac bənd olduğu yerdə "Qabıssan" olub. Adəm əleyhissəlamın mülkü Qabıssandadır.

5-ci halda isə 2-ci beytin qıfılbəndi - burada məna ətri "Gülsüm dəniz"indən gedir (Xəzərin ilkin adlarından biri "Gülsüm"dür). İzahatı: Əllah-Təalanın yaratdığı məkanda - Haqq torpağında, Qabıssanda suyun yaradıb, havası ilə birlikdə atəşin cəm edib birgə məkanında. Yəni "od, torpaq, hava, su" məsələsi "cəm ayə" məsələsidir. İkinci beytdəki "cəm ayə" ilə üçüncü beytdəki "cəm ayə" arasında Haqqın dərgahı durur. Bu dərgah daxilindəki iki beytin içində "99" batini behişt məsələsi var (təsbeh dənələrinin rəmzi). Bu iki beyti həftənin "cümə günü" qədər beş halda nəzərdən keçirib qisməti hali olduq... Bu baxımdan "Qız qalası":

 

Zahiri aləmin batini eşqi,

O məna mülkündə haqq minarəsən.

Qərar tutmaz idi hökmündə fərman,

Dügah aləmində bir dübarəsən.

Daxili aləmin sədəf içrə ləl,

"Haqqın dəryası"nda dürr ifadəsən.

 

Şəmin şöləsinə yığışmış idrak,

Dünya mülkü üçün bir fərrarəsən.

Pərvanə "şəm"indən kənara düşməz,

Binəsi haqq hörmüş o bir qibləsən.

Canlı o aləmin tərkib hissəsi,

Şərti bu aləmdə o işarəsən.

"Ayinə mülk"ünün məntiq açarı,

"İdrak"da qıfıldı, çat qərarə sən.

Yaxşı olar gedib ordan gələsən,

Əlçatmaz dünyanı görüb biləsən.

Budur Qız qalasının fəlsəfi vəsfi.

 

Bəli, bu qala min illərin mənəvi dünyasını özündə cəm edən maddi, əvəzsiz bir abidədir. Qız qalasının təkcə mənəvi dünyasından cildlərlə kitab yazmaq olar. Qız qalası Türkiyə başda olmaqla bir çox ölkələrdə Azərbaycanın isə bir çox bölgələrində, o cümlədən Şamaxıda, Qarabağın bir çox yerlərində vardır. Deməli, bunu ümumiləşdirdikdə bəşəri bir simvol ortaya çıxır ki, bu da qədim atəşpərəstlərin müqəddəs saydıqları günəşin - "şəmin" rəmzidir.

Oğlan qala, Qız qalaya gəldikdə isə bunlar döyüşlə, qabiliyyət və məğlubiyyətlə bağlı olan qalalardır. Bunlar döyüşün nəticəsini bildirən işarə qalalarıdır. Qızsan, yoxsa oğlan. Əgər qalibiyyət varsa, sonrakılara, arxadakılara işarə olunur ki, Oğlan qalada tonqal yandırmaqla arxayınçılıqdır. Əks təqdirdə Qız qalası yandırılır. Qız qalasının kərpiclərinin rənginə gəldikdə isə bu 3 rəngi özündə birləşdirməklə 3 qüllə - uca, orta, aşağı (yan-yana üç tikili) - bunlar günəş, ay və ulduzun rəmzidir. Ə.Xaqaniyə görə:

 

Layiqdir göydəki üç bacı alsın,

Şeirini ləçəktək başına salsın.

 

Və ya:

 

Üç bacı - 3 ulduz deməkdir. İnsan 3 pillədən sonra yarandığı kimi, 3 kitabdan sonra nazil oldu dünyaya Quran (3 pillə - camaat, nəbatət və heyvanat).

 

IV hissə

 

Qız qalasının iki qülləsi, son yüksəklikdə iki dairə - bu, "cövza" adlanır. Bu isə Ə.Xaqaninin əsərlərində öz əksini tapır.

 

Kəsdi salxımımı qara oraqla,

Qəzavü-qədərdən dərs alan cövza.

 

Cövza istər qayaüstü rəsmlərdə, istərsə də Qabıssan xalçalarında xüsusi yer tutur və xüsusi məna daşıyır. Bu, ulduzşünaslıqda 12 bürcdən biridir. Həm əkiz uşaq, həm də bitişdirilmiş qövs (oraq) şəklində göstərilir. İnsanların bir kökdən olmasına işarədir. Yəni Adəmin nəsli məhv olandan sonra Nuhun törəməsindən ibarət olmasının göstəricisidir. Yadda saxlamaq lazımdır ki, tarixə görə Adəm, gücə görə isə İbrahim birincidir. Çünki o, insanları yeganə olaraq Allaha, Rəbbə tərəf döndərdi ki, onun da vətəni dininə görə adlandırılan Azərbaycandır. Qabıssan qayalarında qövslə yanaşı, ağac şəkli də var ki, bu da bəşəriyyətin şəcərəsidir, yəni dünya buradan təkan almışdır. Təsdiq üçün baxaq xalq mahnılarına.

 

"Pinəçi mənəm" xalq mahnısı

 

Pinəçi mənəm, pinəçi mənəm,

İşləmişəm mədarım keçmir, ay aman (aman - xalq deməkdir).

Bu qışı burada, bu qışı burada,

Qışlamışam, mədarım keçmir, ay aman.

 

Mədar - mərkəz, istinad nöqtəsi, özəl təməl, xərçəng tropiki (bax: ə.f.lüğ., səh. 339).

Yəni dünyanın mərkəzi həyatındayam. Dünyanın başlanğıc nöqtəsi buradır. Buradan çıxır mənim dolanacağım. Xərçəng tropikidir bura. Xərçəng dünyanın bir nöqtədən paylanmasına, qol-budağının artmasına işarədir. Lakin burada dolanacağım keçmir, məni incidirlər, mənə qarşı çıxırlar. Qarşı çıxan, təbii ki, dinin yaradıcısının əleyhinə çıxan bütpərəstlərdir.

"Bu qışı burada, bu qışı burada" - burada zərdüştlərin qışlaqlarından söhbət gedir. Yəni eyni həyat tərzi mənim imkanlarıma mane olur. Əgər Qız qalasını yanı üstdə qoysaq və ya aşağı ilə yuxarı hissə nəzərdən keçirilsə, iki dairə yenə göy və yerin rəmzini verir (dügah). Zərdüştlərdən qalan musiqi alətləri hamısı bürclərin rəmzidir. Qaval (dəf) qırmızı və ağ rəngdə dairə formasında günəş və ayın rəmzidir (ağ və qırmızı xına rəngində). Dairənin içindəki halqalar isə ulduz və bürclərin rəmzidir ki, günəşi və ayı dairəyə alıb ki, bu da onların kəməridir. Bu fikri bağlayaq "Şirvan şikəstəsi"nə.

 

Deyirəm: dar gərdənə tökülübdür hörmələr,

Gümüş kəmər incə belə dürmələr.

 

Dar - böyük ev, yer, məkan, məqam, dari dünya, axirət evinin əksi; dara sahib mülk. (bax: ə.f.lüğ., səh. 136).

Günəşi "dünya evi" sayır aşiq. Məhz günəşin həyat mənbəyi olduğuna işarə edir aşiq. Bu dünya evinin arxasındadır axirət evimiz (son hesabat oradadır, buna arxayın olun).

Hörmələr dar gərdənə tökulüb.

 

1. Gərdən - boyun.

2. Gərdun - dolanan, dönən fələk, göy.

Hörmələr günəşin şüalarıdır ki, bu şüalar olmasa, həyatın olması mümkün deyildir ("Yallı" rəqsinin bir simvolu da dövretmə ilə ilk həyat mənbəyinə dolanandan sonra yenidən oraya qayıtmadır).

 

Gümüş kəmər incə belə dürmələr.

 

Gümüş kəmər - ay, yer, ulduzlardır ki, günəşi əhatə edib onun ətrafında fırlanır.

   Baxın, əziz oxucular, mənəvi zərlə maddi zərin vəhdətinə. Hər bir tarixi hadisə bu üsulla açılmalıdır, "köçürmə üsulu ilə yox". A.A.Bakıxanov yazır: "Nə qədər oxusan da, istedad ola bilməzsən. İstedad olmaq üçün bir az Allah vergisi olmalıdır". İ.Nəsiminin dediyi kimi, sözün özündə axtarmaq lazımdır mənanı. Mən bu açmaları məhz "Şirvan şikəstəsi"nə qulaq asa-asa açıram. Bu açmaları N.Gəncəvi, Ə.Xaqaninin əsərlərindən başqa hansı əsərlərdə axtarım mən. O müqəddəslərin hələ nəfəs və əl dəyməyən fəlsəfələridir bunlar.

 

Onun qulluğunda öpərək yeri,

Sədi-əkbər kimi, qayıtdım geri.

 

(Ə.Xaqani)

 

Sədi-əkbər - xoşbəxtlik aləmini bildirən ulduz adıdır. Fəzada əvvəl irəli, sonra isə geri hərəkət edir. Ə.Xaqani Cəmaləddinin nəsihətlərindən çox faydalar alaraq bundan sonra xoşbəxt olacağı ümidi ilə "İraqdan geriyə döndüm" demək istəyir.

Beləliklə, əziz oxucum, Qız qalasının iki dairəsini orta xətt birləşdirir. İki dairənin xətti isə kəmər rolunu oynayır. Zərdüştlərin bel kəməri ağ və qara ipdən toxunurdu.

Ağ ip ağ qoyunun yunundan, qara ip qara qoyunun yunundan toxunurdu. Cəmi 72 sapdan toxunurdu bu kəmər. 72 ip İbrahimə gələn ilkin 72 rəngdən, dürdən ibarət idi (ana rəhbərdir bunlar, bunlara 72 nur da deyilir). O zamanlar 7 dövlət, 72 xalq var idi. Bunların 26-sı Azərbaycanda idi. Onlar orada İsgəndərə qədər yaşayıblar. Həmin kəmər dini ayinlərdə (atəşpərəstlərin) belə bağlanardı. Bibisi də Yusifi bu kəmərlə şərə salmışdır.

 

 

(Ardı var)

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2010.- 30 noyabr.- S. 7.