Hər şey irəlidədir, Vasif!

 

Vasif Babayev deyəndə gözümün önünə gənc, qıvraq, çılğın bir oğlan gəlir heç cür inana bilmirəm ki, onun 70 yaşı var; çünki onu həmişə belə görmüşəm: işgüzar, ən çətin vəziyyətlərdən baş çıxaran, ən yaxşı veriliş proqramlara imza atan. Vasif Babayevi fərqləndirən ən böyük məziyyət onun milli mənəviyyat ənənələrə sədaqətidir. Heç yadımdan çıxmaz, o zaman "Drujba" redaksiyasının xətti ilə Ümumittifaq Televiziyasına digər respublikalara göndərilən proqramları ona tapşırardılar.

Vasif bu proqramlarda beynəlmiləlçilikdən daha çox, milli dəyərlərə üstünlük verilməsinə çalışırdı. 80-ci illərin sonlarında belə proqramlardan birinə "Namus" adı verilmişdi. Moskva qətiyyətlə bu adın əleyhinə idi. Sən demə, orada mübadilə redaksiyasında oturan redaktor erməni imiş. Doğrudur, proqramın adı dəyişdirildi, amma Vasif Babayev onun həmkarları ideyanın dəyişdirilməsinə imkan vermədilər. Əsas qayə dəyişilməz qaldı. Azərbaycan xalqının namusu, ləyaqət uğrunda çoxəsrlik mübarizəsi.

Vasif Babayevin bir rejissor kimi zövqünə və təşkilatçılığına hər kəs qibtə edə bilər. Hələ 70-ci illərdə onun təşkilatçılığı ilə hazırlanan "Mavi işıqlar" indi xatirimdədir. Tərtibatdan tutmuş mətnə kimi hər yerdə onun dəst-xətti hiss olunurdu. Səlislik, düzgünlük, bütövlük onun xarakterindən efir ekrana yol açırdı. "Telefim" Yaradıcılıq Birliyində çəkdiyi sənədli filmlər, xüsusilə "Sovet Azərbaycanı" silsiləsi həm bədii məziyyətləri ilə seçilirdi.

1990-cı ilin qanlı yanvar günlərində televiziya enerji blokunun partladılması, efirin susdurulması məhz Vasif Babayevin təşəbbüsü ilə gizlicə, icazəsiz lentə alındı və bu gün tarixi fakt kimi təcavüzün və təcavüzkarın kimliyindən xəbər verir. Vasif Babayev həmişə ötkəmliyi, həqiqətin gözünün içinə dik baxması ilə seçilib. Kollegiya iclaslarında dəfələrlə onun həqiqəti necə ardıcıl, dönmədən müdafiə elədiyini görmüşəm qeyri-ixtiyari görkəmli kino rejissorumuz Arif Babayevi xatırlamışam düşünmüşəm ki, bu ötkəmlik dönməzlik Babayevlərin qanında, fitrətindədir.

80-ci illərin "Dalğa" proqramı "AzTV" tamaşaçılarının yaxşı yadındadır. Dövrün ən mühüm ictimai-siyasi problemlərinə toxunan bu proqram o zaman Kommunist Partiyasının diktəsi ilə işləyən bu televiziya üçün əsl hadisə idi. Təsadüfi deyil ki, bu proqramların rejissorluğu Vasif Babayevə tapşırılmışdı. Onun tanınmış jurnalist Nadejda İsmayılova ilə birlikdə çəkdiyi süjetlər isə əsl cəsarət nümunəsi idi. Həmin illərdə ilk dəfə olaraq DTK-nın arxivləri məhz bu cütlüyün üzünə açılmış, M.Müşfiq, A.M.Şərifzadə, Salman Mümtaz, Ülvi Rəcəb d. repressiya qurbanları ömrünün ən faciəli günləri ekrana yol tapmışdı. Bu gün həmin tarixə nəzər saldıqda arxayınlıqla demək olar ki, V.Babayev xalq artisti adına digər təltiflərə məhz öz işi, zəhməti bahasına nail olub. Azərbaycan televiziyasının bədii rəhbəri postu da onun halalıdır. V.Babayev - prezident təqaüdçüsüdür. O bu yüksək şərəfə öz zəhməti, mədəniyyəti, mənəvi bütövlüyü sayəsində nail olub. 70-ci illərdən bəri ulu öndərimizin həyat yaradıcılıq tele-salnaməsi bu istedadlı rejissorun zəhmətiylə yaradılıb. Bu gün bir çox tarixi filmdə bol-bol istifadə olunan sənədli kadrlar V.Babayevin əməyinin məhsuludur. Kosmik uçuşlar üzrə Dövlət Komissiyası sədrinin azərbaycanlı olduğunu biz onun çəkdiyi "Kərim Kərimov" filmindən öyrənmişik. O, 1988-ci ildə Azərbaycanda taleyüklü problemlərin həlli dövründə ekranlara çıxdı bu vaxta kimi neçə-neçə əsəri ilə tanınmış rejissor Vasif Babayevə böyük şöhrət gətirdi.

Sovet dönəmində xarici ölkələrə, xüsusilə kapitalist ölkələrinə getmək, hətta orada çəkilişlər aparmaq böyük çətinliklər bahasına başa gəlirdi. 40-a yaxın sənədli filmin müəllifi olan rejissor Vasif Babayev 1967 - 1986-cı illərdə İtaliya, Avstriya, Yunanıstan, İran, Türkiyə, İspaniya, Fransa bir sıra başqa ölkələrdə çəkilişlər aparıb, verilişlər filmlər yaradıb. 1994 - 1996-cı illərdə tale onu "MİR" Dövlətlərarası Teleradio Şirkətinə gətirdi. Buradakı direktorluq fəaliyyəti bir daha onun yaradıclığının yüksək səviyyəsindən, eyni zamanda təşkilatçılığından xəbər verdi.

2004 - 2006-cı illərdə Moskvada Rusiyanın "İnter-Az" Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti olan görkəmli rejissorun fəaliyyəti neçə mükafata layiq görülüb. Bu zəngin ömrün hər səhifəsi zirvəyə gedən yolun çətin, lakin şərəfli anlarından xəbər verir. Bir sözlə, Azərbaycanın xalq artisti, Beynəlxalq Televiziya Radio Akademiyasının akademiki, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, rejissor Vasif Babayev xalqına, vətəninə ömrü boyu vicdanla xidmət edib, buna görə Azərbaycan tamaşaçısının sevgisini qazanıb.

Bu yaxınlarda Türkiyədəydim. "Zərif çərşənbə"nin çəkilişlərini aparmaq üçün İstanbula getmişdim. Taksi sürücüsü Azərbaycandan gəldiyimizi biləndə, xüsusi qonaqpərvərlik göstərdi soruşdu:

- Abla, sirr deyilsə, neçə yaşınız var?

- Yetmiş olacaq, - dedim.

Oğlan gülümsədi:

- Maşallah, bizlərdə deyərlər ki, yetmiş - hər şey bitmiş-getmiş. Amma sizdə daha getmədi.

Eyni sözləri Vasifə demək istəyirəm. Heç bitməyib, Vasif, hər şey irəlidədir: sən təbiətli adamlar qocalmır.

 

 

Mailə Muradxanlı

 

Həftə içi.- 2010.- 14 sentyabr.- S. 7.