"Faciələrimizdən dərs çıxaraq ki, bir təkrar yaşamayaq"

 

31 mart soyqırımı Şuşa humanitar kollecində anıldı

 

1918-ci il 31 mart soyqırımından 93 il keçir. Faciə ilə bağlı Şuşa Humanitar kollecində böyük tədbir keçirilib. Adıçəkilən kollecin tarix müəllimi Qəzənfər Muradov soyqırım haqqında tələbələrə mühazirə oxuyub. Mühazirədə qeyd edilir ki, ermənilər 31 Mart qətlini törətməyə hazır idilər:

"Çünki erməni daşnak faşistləri 1905-1907-ci illərdə açıq şəkildə Azərbaycan türklərinin qətliamına fərman verdilər XX əsrin, həm dünyada ən dəhşətli soyqırımını törətdilər. Bu bəşəri cinayətin bədəlini ermənilərə ödədəcək bir kimsə olmadı. Belə ki, Qafqaz Ordusunun Sovet Rusiyası tərəfindən buraxılması bu ordunun tərkibində döyüşən 250 minlik erməni silahlısının geri dönmələrinə, mühafizəsiz köməksiz qalmış, heç bir siyasi qurumu olmayan, əliyalın Azərbaycan türklərinə silah çevirmələrinə meydan açdı. Quduzlaşmış erməni silahlıları Azərbaycanın həm Güneyinə, həm Quzeyinə hücum çəkdilər. Bütöv Azərbaycan al-qana boyandı. Azərbaycan soyqırımı öz kulminasiya nöqtəsinə Bakıda çatdı. Adamcıl, türk qanı içməyə hazır olan bir məxluqatın, bolşevik cildinə bürünmüş daşnak başkəsəni S.S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilməsilə erməni daşnak faşistlərinin Bakıda insanlığa yaraşmayan bir qətliam törədilməsinin əsasını qoydu. Belə ki, təkcə 31 martda 13-15 min, 7 gün ərzində isə 30 min mülki azərbaycanlı qətlə yetirildi. Ermənilər bu hərəkəti bilərəkdən şüurlu şəkildə ediblər. Daşnaklar körpələrin başını kəsib analarına qanlarını içirir, 2 yaşlı uşaq 22-23 yaşlı çılpaq qadın divara mismarlanır, uşaqların kürəyinə sancılmış payacıqlar torpağa sancılır, qadın-qızlar zorlanır, hamilə qadınların qarnı yarılaraq süngü keçirilir, qadın meyitlərinin əksəriyyəti çılpaqdır döşləri kəsilibdi, bələkdəki südəmər meyitinin əl-ayağını sahibsiz itlər didişdirir, qundaqda diri-diri isti su qızmar piltə üstündə qoyulan cocuq yanıb kömür olub. Xalqımıza verilən bu işgəncələrin sayını çox uzatmaq olar. Heç bir xalq bu cür işgəncələrlə, faciələrlə üzləşməyib. Onu da ermənilər xalqımızın başına açıblar. Mart soyqırımı, Xocalı soyqırımı, 20 Yanvar Bakı qırğınının bir daha təkrarlanmaması üçün erməni faşistlərinə qarşı amansız olmalı düşmənə qarşı birgə mübarizə aparmalıyıq".

Kollecin tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova tələbələrə ermənilərin kimliyini, onların mənfur bir düşmən olduğunu söylədi erməni vandalizminin üzünü onlara açıqladı: "Erməniləri hər bir gəncimiz tanımalıdır ki, bir daha soyqırım Xocalı hadisəsi təkrarlanmasın. gələcək üçün bu gənc nəslin hər biri öz ailəsində, dərs dediyi məktəblərdə azərbaycanlılığı qorumaqla ermənilərin necə bir mənfur əxlaqsız düşmən olduğunu yetişən nəsilə tanıtmalıdır. Bu işdə heç kəs yaxasını kənara çəkməməlidir".

Yekun sözü kollecin direktoru Rəsul İsmayılov söyləyib: "Hər birimiz ermənilərin keçən əsrdən bəri xalqımızın başına açdıqları bu müsibətləri öyrənməli unutmamalıyıq. Onun təbliğatını hər yerdə aparmalıyıq. Bütün dünya xalqlarına, dünya ictimaiyyətinə yetərincə çatdırmalıyıq. Bu istiqamətdə dövlətimiz siyasətçilərimiz uğurlu təbliğatlar aparır. İnanırıq ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu xarici daxili siyasəti nəticəsində torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək inşallah qələbə bayramlarımızı doğma Şuşamızda, Xankəndində keçirəcəyik".

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 1 aprel.- S. 8.