ABŞ Müdafiə Nazirliyi üçün laboratoriya istifadəyə verib

 

Aprelin 12-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin rəhbəri Ken Mayers Azərbaycan hökumət rəsmiləri Müdafiə Nazirliyi üçün Bakıda xəstəliklərin monitorinqinin aparılması üçün yüksək müasir standartlara cavab verən laboratoriyanın açılış mərasimində iştirak ediblər. Bu obyektin tikintisi ABŞ Müdafiə Departamentinin Bioloji Birgə İştirak Proqramının (BBİP) ikitərəfli əməkdaşlıq çərçivəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilib. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Mehdi Hüseynquliyevin "Həftə içi"nə verdiyi məlumata görə, M.Brayza laboratoriyanın açılışını alqışlayaraq onu ABŞ - Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb: "Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün Amerika Azərbaycanlı yüksək vəzifəli dövlət rəsmiləri ekspertlər birgə işləyərək Azərbaycanın imkanlarını daha da gücləndirirlər. Biz gələcəkdə bu sahədə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik.

Birləşmiş Ştatlar Azərbaycanda səhiyyənin gücləndirilməsi sahəsində Azərbaycanlı tərəfdaşlarına dəstək göstərməyə hazırdır". ABŞ - Azərbaycan əməkdaşlığının nəticəsi olaraq, Dövlət Baytarlıq Xidməti, Səhiyyə Mudafiə nazirlikləri üçün Azərbaycanın müxtəlif yerlərində 10 Epidemioloji Monitorinq Stansiyası tikilib. Müdafiə Nazirliyinin Epidemioloji Monitorinq Stansiyasının tikintisinə 1 milyon dollardan çox vəsait sərf olunub. BBİP laboratoriyalar Azərbaycanda tam şəkildə fəaliyyətə başlayandan sonra qısa müddətdə xəstəliklərlə bağlı məlumatları yerli ümumrespublika laboratoriyalarına çatdıracaq. Ölkə, bölgə rayon səviyyəsində xəstəliklərə nəzarət diaqnostika imkanlarının gücləndirilməsi məqsədilə ABŞ Müdafiə Departamenti proqramı çərçivəsində Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan Ukrayna hökuməti ilə tərəfdaşlıq edir. Xəstəliklərin monitorinq hesabatının gücləndirilməsi, xəstəliklərin qarşısının alınması, potensial olaraq yerli əhali kənd təsərrüfatına zərər gətirə bilən xəstəliklərin yayılması təhlükəsi barədə həyəcan siqnalının tez çatdırılmasına əmin olması barədə bu başqa milli şəbəkələr tərəfdaşların sistemləri ilə bağlantı yaradacaqlar.

  

 

Vüsal

 

Həftə içi.- 2011.- 13 aprel.- S. 3.