"İçərişəhər" qoruğunun ingilisrus dillərində saytı açılıb

 

Qoruğ İdarəsindən "Həftə içi"nə verilən məlumata görə, www.icherisheher.gov.az fəaliyyətə başlayıb: "Yeni sayt turizm ilində İçərişəhərin populyarlaşdırılmasına yardım göstərəcək. Saytda İçərişəhərdə baş verən hadisələr, tədbirlər, qoruq ərazisində yerləşən abidələr, onların tarixi və s. haqqda ətraflı məlumatlar yerləşdirilib. Burada həmçinin İçərişəhərdə fəaliyyət göstərən muzeylər, mehmanxana və restoranlar haqqında da məlumat əldə etmək mümkündür. Sayta daxil olanlar İçərişəhərin keçmiş və müasir görüntülərini də seyr etmək imkanı qazanacaqlar. Belə ki, burada fotoşəkillər, açıqcalar, videomateriallardan ibarət guşə yer alıb".

 

Həftə içi.- 2011.- 13 aprel.- S. 6.