"Uğur" təhsil sistemi yenilik vəd edir

 

Razi Vəliyev: "Tələbələr hər il Azərbaycandan xaricə ən azından 300 milyon dollar çıxarır"

 

Bu günlərdə türk mətbuatından öyrəndik ki, bu ölkədə fəaliyyət göstərən "Uğur" təhsil şəbəkəsi Azərbaycanda da öz şöbəsini açıb. Hətta Uğur Təhsil Şurasının sədri Ənvər Yücel bildirmişdi ki, onların hədəfi Azərbaycanda mövcud olan 300 milyon dollarlıq təhsil bazarından 10 faizlik pay almaqdır. Biz bu məsələyə aydınlıq gətirmək, eyni zamanda "Uğur"un Bakıda açdığı şöbə ilə tanış olmaq məqsədilə üz tutduq həmin ünvana.

"Uğur" kurslarının Bakının mərkəzində, müasir üslubda təmir olunmuş ən yeni avadanlıqla təchiz edilmiş 3 mərtəbəli binasının açılışı olsa da, hələlik, rəsmi fəaliyyətə başlanılmayıb. Amma bizi maraqlandıran suallar əsasında Uğur Təhsil Şurasının Azərbaycanda koordinatoru Razi Vəliyevlə söhbətləşdik.

- Uğur təhsil şəbəkəsinin qurucusu Ənvər Yüceldir. 1968-ci ildə qurulan bu şəbəkəyə uşaq bağçasından tutmuş universitetədək hər səviyyədə təhsil müəssisələri daxildir. Şəbəkə hazırda Türkiyədə 180-dən artıq şöbə, 1 universitet 20 kollecdən ibarətdir. Bundan əlavə, xaricdə iki ölkədə - Birləşmiş Ştatlarda gördüyünüz kimi, Azərbaycanda kurslar açılıb. Maraqlısı budur ki, Birləşmiş Ştatlarda ingilis dili kursları veririk.

- Amerikalılar ingiliscə danışdığı halda bu, dili kimə öyrədirsiniz?

- Ora tələbələr xaricdən gətirilir. Məsələn, elə dinləyicilərimiz var ki, onlara ingilis dilini əyani öyrətmək üçün Türkiyədə deyil, məhz Birləşmiş Ştatlarda açdığımız həmin kurslara cəlb edirik.

- Azərbaycanda bu kurslardan başqa etmək planınız var?

- Ənvər bəyin qarşımıza qoyduğu bir hədəf var: yaxın gələcəkdə respublikanın müxtəlif bölgələrini əhatə etmək şərti ilə şöbələrimizin sayını 20-yə çatdıraq. Bundan əlavə, bir kollec açmaq niyyətimiz var. Eləcə Gürcüstan, Qazaxıstan Türkmənistanda da şöbələrimizi açmaq istəyirik.

- Rəsmən fəaliyyətə vaxt başlayacaqsınız?

- Qismət olarsa, sentyabrda. Aprelin 30-da mayın 1-də 10-cu siniflər üzrə abituriyent qəbulu keçirəcəyik. Mayın sonlarında isə 9-cu siniflər üzrə imtahan keçirmək planımız var. Əsas odur ki, yerləri doldurmaq xatirinə qəbul imtahanı keçirmək istəmirik. Necə deyərlər, az olsun, keyfiyyətli olsun prinsipini əsas tutacağıq.

- Hansı ixtisaslar üzrə qəbul olacaq?

- 4 qrupun hər biri üzrə. Yəni bütün ixtisaslar üzrə dərslər veriləcək. İlkin olaraq, hələlik, kurslara 200 nəfərin qəbulunu nəzərdə tutmuşuq. Konkret desək, 10 nəfər götürüb 50 bal qiymətə uyğun hazırlamaqdansa, 5 nəfər qəbul edib 100 bal qiymətə uyğun bilik vermək istəyirik.

- Maraqlıdır, xidmətin aylıq qiyməti qədər olacaq?

- Qiyməti burada yerli idarə heyəti ilə təyin edəcəyik. Amma bütün hallarda təhsil bazarına uyğun qiymətlər olacaq. Bu da kurslardan asılı olaraq təxminən 150 - 250 manat arasında nəzərdə tutulub. Amma abituriyent bu pulun müqabilində 5 fənn üzrə hazırlaşacaq.

- Yəqin siz bilirsiniz ki, bu gün Azərbaycanda açılmış kursların sayı-hesabı yoxdur. Bu halda yenicə fəaliyyətə başlayan "Uğur" kurslarının digərlərindən fərqi olacaq ki, gənclərini diqqətini çəkə bilsin?

- Birincisi, biz hər bir abituriyentin dərəcədə öyrənə biləcəyini müəyyənləşdirəndən sonra onunla aparırıq. Yəni fərdi öyrənmə testindən istifadə etməklə, psixoloji olaraq gənclərin nəyə qadir olduğunu öyrənirik. Bundan sonra isə karyera planlama testi tətbiq edirik. Yəni abituriyentə hansı ixtisasa daha mükəmməl yiyələnə biləcəyini başa salaraq, onu bir növ istiqamətləndiririk. Təbii ki, müəllimlərin işə qəbulu da müəyyən testlərlə aparılacaq. Sonra da ki, biz hazırda ancaq Vergilər Nazirliyinə rüsum ödəyirik, amma gələcəkdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək niyyətimiz var. Çünki bu qurum "Uğur" təhsil sistemi ilə müqayisədə daha təcrübəlidir. Çalışacağıq Təhsil Nazirliyi bizdə fərdi audit aparsın.

- Siz bu kursları keçən abituriyentlərin ali məktəblərə daxil olacağına təminat verirsiniz? Çünki bu təminatı verən bir çox kurs mövcuddur

- Birincisi, biz abituriyentləri seçib, ən savadlılarını götürəcəyik. Sonra da ki, 100 ballıq qiymətləndirmə üzrə 50-dən artıq bal toplayan gəncin ali məktəbə qəbul imtahanında yüksək xal toplamayacağına inanmaq çətindir. Həm ki, biz kurslara qəbul etdiyimiz hər bir şəxsi yüksək səviyyədə hazırlaşdıracağımıza təminat veririk. Deməli, onların universitetlərə qəbul olunması qaçılmazdır.

- Bir abituriyent neçə müddətə hazırlaşdırılacaq?

- Dərslər sentyabrda başlayacaq 10 ay davam edəcək. Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarına start verənədək.

- Yəqin türk mətbuatından da oxudunuz ki, Uğur Təhsil Şurasının sədri Ənvər Yücel Azərbaycanda 300 milyon dollarlıq təhsil bazarından söz açmışdı bu bazarın ən azından 10 faizinə nəzarət etmək istəklərini bildirmişdi. Söhbət hansı 300 milyon dollardan gedir?

- Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 min nəfərdir. Bu isə o deməkdir ki, onların hər biri xaricdə təhsil almaq üçün orta hesabla 30 min dollar xərcləyir. Yəni hər il Azərbaycandan xaricə minimum 300 milyon dollar çıxarılır. Özü başqa ölkələrlə müqayisədə Türkiyədə ödənişli təhsil bir qədər ucuzdur, İngiltərədə, Amerikada, Fransada bu rəqəm 100 min dollaradək yüksəlir. Eyni zamanda, Azərbaycanın ali məktəblərində təkcə Türkiyədən 5 minə yaxın tələbə təhsil alır. Bu isə o deməkdir ki, onların hər biri hər il Azərbaycana təhsilhaqqı, ev kirayəsi, yemək-içmək, gəzmək sair kimi xərclər daxil olmaqla, 10 min dollar, ümumilikdə isə 50 milyon dollar gətirirlər. Ənvər Yücelin demək istədiyi budur ki, Azərbaycanın xaricdə təhsil alan tələbələrinin ən azı 10 faizini "Uğur" təhsil sisteminin məktəblərinə, o cümlədən Bağçaşəhir Universitetinə cəlb etmək lazımdır. Yəni bununla da onların xaricdə xərclədiyi vəsaitin 10 faizi avtomatik "Uğur" təhsil sisteminin hesabına keçəcək.

- Ola bilər ki, hansısa gənc çox istedadlıdır, ölkəsi və milləti üçün böyük uğurlar qazana biləcək imkanındadır. Amma kasıbdır, təhsilini davam etdirməyə pulu yoxdur. Belə olan təqdirdə "Uğur" onun köməyinə çata, daha dəqiq desək, pulsuz ali təhsil almasına yardım göstərə bilər?

- "Uğur"un belə ənənəsi mövcuddur. Özü də bizdə istedad deyəndə, ancaq gəncin malik olduğu savad nəzərə alınmır. O, yaxşı şahmatçı, sənətçi, rəssam, idmançı və sair ola bilər. O zaman biz həmin şəxsin bütün maddi xərclərini öz üzərimizə götürürük.

  

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 19 aprel.- S. 4.