ABŞ Milli Kəşfiyyat Xidməti həyəcan təbili çalır

 

"Dağlıq Qarabağ münaqişəsi "potensial barıt çəlləyi"ni xatırladır və bu "çəllək" partlayacaq

 

"Dağlıq Qarabağ münaqişəsi "potensial barıt çəlləyidir" - bu fikirləri ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klepper səsləndirib. "Armenia Today"ın verdiyi məlumata görə, nümayəndələr palatasının kəşfiyyat komitəsindəki dinləmələrdə çıxış edən Klepper deyib:

"Artan hərbi ritorika, tərəflərin bir-birinə inamsızlığı, qoşunların təmas xəttindəki insidentlər vəziyyətin qarışma riskini artırır". Dinləmələr zamanı Klepper Qafqazda həll olunmamış münaqişələr məsələsini qaldırıb və bu münaqişələri Avrasiya regionunun potensial "qaynar nöqtələr"i adlandırıb. "Azərbaycan hökuməti Türkiyə-Ermənistan yaxınlaşması prosesinin dayandırılmasından məmnun kimi görünür, amma Bakı Ermənistanın hesabına Qərbin diqqətini Azərbaycanın maraqlarına yönəltmək niyyətindədir. Tərəflər arasında etimadın olmaması və ritorikanın çoxalması, həmçinin ötən yay təmas xətti boyunca atışmaların davam etməsi kiçikmiqyaslı hərbi əməliyyatlar riskini artırır və bu da vəziyyətin gərginləşməsinə gətirib-çıxara bilər". Regional münaqişələr barədə danışan Klepper bildirib ki, Moskvanın regionda hərbi iştirakı və Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələri ilə siyasi-iqtisadi əlaqələri və Gürcüstanın bu status-kvo ilə razılaşmaması gərginliyi artıran səbəblərdəndir.

  

 

Azad

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 1.