"Eurovision-2012" Azərbaycan üçün ciddi bir fürsətdir"

 

Türk jurnalistləri Avropanın bir saylı yarışması ilə bağlı fikirlərini "Həftə içi"nə bölüşdülər

 

Azərbaycan bu il keçirilmiş "Eurovision -2011" yarışmasında birinci yeri tutandan sonra dünya ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Artıq uğur qazanmış iki azərbaycanlı qalib - Eldar Nigar demək olar ki, hər gün xarici mətbuata müsahibələr verməkdədirlər. Məsələ ondadır ki, Azərbaycan təmsilçilərinin qələbə anında üçrəngli bayrağımızı qardaş Türkiyənin al-qırmızı bayrağı ilə yanaşı səhnəyə gətirməsi, türk birliyinin düşmənlərini qısqandırdı bu səbəbdən onlar hazırda "Eurovision" yarışmasına gələn il ev sahibliyi edəcək ölkəmiz haqda əsassız söz-söhbətlər yaymaqdadırlar. Bəs xarici ölkələrdə yaşayan tanınmış simalar, ziyalılar bu məsələ ilə bağlı nələr düşünürlər? Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən, dünyanın 200 ölkəsinə yayımlanan "Ada TV"də "Öğlən ajansı" proqramının aparıcısı Cem Kar "Həftə içi"nə deyir ki, adıçəkilən mahnı yarışmasında qazandığı birincilik Azərbaycana hər mənada halaldır. Onun fikrincə, Nigarla Eldarın oxuduğu mahnı çox gözəl idi Şimali Kipr türkləri bu uğuru öz qürurları kimi qəbul ediblər.

Bir çoxlarının "Azərbaycan bu tədbiri keçirməyə hazır deyil" deməsinə C.Karın cavabı sərtdir: "Biz bir millət, iki dövlətik. Bu səbəbdən Bakının təşkilatçılığı ilə keçiriləcək "Eurovision-2012" bütün Türk dünyasının tədbiri sayılmalıdır. Ona görə Azərbaycanla yanaşı, hər bir türk dövləti bu yarışmanın təşkilində yaxından iştirak etməlidir. Onu da nəzərdən qaçırmayın ki, Azərbaycan telekanallarının arxasında TRT kimi teleyayım nəhəngi dayanıb. Bir halda ki, belə arxalıyıq, "Bakı yarışmanın keçirilməsinə hazır deyil" söhbətini müzakirələrdən yığışdırmalıyıq hamıya da bəyan etməliyik ki, bəli, Azərbaycan "Eurovision-2012"ni keçirməyə tam hazırdır. "Ada TV"nin aparıcısı bəzi Avropa mətbuatlarında göstərilən sitatlara - cinsi azlıqların bu tədbirdə iştirakına Azərbaycan xalqının mənfi reaksiya verəcəyi məsələsinə toxunub. Onun sözlərinə görə, bəli, türk milləti olaraq müsəlmanıq. Amma avropalıların dedikləri kimi, cinsi azlıqlara heç bir təzyiq göstərmirik. Bunu isə onlar vaxtı çatanda öz gözləri ilə görəcəklər.

C.Kar bəzilərinin dediyi kimi, yarışmanın demokratiya məsələsinə təsirinə toxundu. Bildirdi ki, ümumiyyətlə, demokratiya ilə mahnı yarışmasının hansısa əlaqəsinin olmasına inanmır. "Bu mümkün deyil, kimlərsə təxribat törədir. Bu yarışmanı EBU - Avropa Yayın Birliyi təşkil edir. Həmin birliyin məqsədi isə ölkələrin yayın keyfiyyətini yüksəltməyə yardım göstərməkdir. İnanıram ki, Azərbaycan "Eurovision-2012"yə möhtəşəm ev sahibliyi edəcək heç bir problem yaşanmayacaq", - deyən teleaparıcı əlavə etdi ki, bu yarışma əslində, Azərbaycan çox şeylər qazandıracaq, necə ki, artıq bu uğurları öz hesabına yazdırıb: "Təsəvvür edin ki, 500 milyon insanın diqqəti Azərbaycana yönələcək onlar ölkənizi daha dərindən tanıyacaqlar. Bir teleaparıcı kimi deyirəm, Qarabağ münaqişəsinə dair çox sayda tanıtma xarakterli videoçarxlar hazırlaya yayımlaya bilərsiniz. Haqlı olduğunuzu isbat etmək üçün belə videoçarxlar ələdüşməz şans olacaq sizin üçün. Nəticədə dünya ictimaiyyətinin çox önəmli bir hissəsində Qarabağ həqiqətlərinə dair fikir yarada biləcəksiniz. Bu baxımdan "Eurovision-2012"ni Azərbaycan üçün fürsət hesab etməliyik".

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş II katibi, Şimali Kipr Türk Cümhuriyyətinin Pakistandakı sabiq səfiri Hasibə Şahoğlunun isə fikri birmənalıdır. Xanım diplomat qəzetimizə bildirdi ki, Azərbaycanın "Eurovision-2011"də əldə etdiyi qələbədən çox məmnundur. Hətta inanır ki, gələn il yarışın qalibi məhz Azərbaycan olacaq bütün Türk dünyasını bu qələbə ilə yenidən sevindirəcək.

H.Şahoğlu bəzi xarici mətbuat orqanlarında Azərbaycanın guya bu yarışmaya hazır olmadığına dair yaydıqları fikirlərdən xeyli təəccübləndi. Bildirdi ki, Azərbaycanda çalışmış bir diplomat kimi, onların qənaəti ilə razı deyil: " demək istədiklərini anlamaq çətindir. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. İnanıram ki, Azərbaycan "Eurovision-2012"nin keçirilməsi üçün əlindən gələni edəcək hətta bu işi Avropa dövlətlərindən daha yaxşı bacaracaq". Sonda H.Şahoğlu onu da bildirdi ki, avqust ayında xarici ölkələrdən birində diplomatik vəzifənin icrasına başlayacaq. Əgər imkanı olsaydı, gələn il sözügedən musiqi yarışmasını canlı izləmək üçün Bakıya gələrdi.

Türkiyə mətbuatında sayılıb-seçilən köşə yazarlarından olan Qasım Alcan da "Eurovision-2012"nin Azərbaycanda keçirilməsini çox zəruri sayır. Onun sözlərinə görə, illər boyu Avropa ölkələri dəridən-qabıqdan çıxır: "Bu yarışmanın mahiyyəti heç hansısa mahnının bəyənilməsindən yox, həmin mahnını təqdim edən ölkənin xalqın dünyada tanınmasından ibarətdir. Bu bir şansdır ki, Azərbaycanın payına düşüb ondan maksimum istifadə etmək lazımdır. Bu yarışın keçirildiyi ölkələrdə istər iqtisadi, istərsə siyasi mənada böyük uğurlar qazanılır".

Q.Alcan deyir ki, əslində, Azərbaycan musiqi sahəsində dünyanın ən zəngin, ən seçilən ölkəsidir. Hətta Azərbaycanı musiqi yarışmalarının ustası da adlandırmaq mümkündür: "Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi var bu sərvətləri ilə əslində yarışmanı keçirməyə mənəvi haqqı çatır. Təsəvvür edin ki, dünyada futboldan sonra ikinci ən çox izlənən bir yarışmanın Azərbaycanda keçirilməsi bu ölkənin tanınması üçün deməkdir. Ona görə kimlərsə tərəfindən ortaya atılan müəmmalı fikirləri bir kənara qoymaq lazımdır", - deyən yazar bildirdi ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib edəcək. Onun qənaətincə, Azərbaycan Qafqazın mirvarisidir buna görə yarışmanı təşkil edərkən hansısa çətinliklə üzləşəcəyi inandırıcı görünmür: "Hətta hesab edirəm ki, indiyədək keçirilən "Eurovision" yarışlarının ən gözəli, ən möhtəşəmi Bakıda təşkil olunacaq. Bu yarış müsəlman Türkiyəsində keçirilib. O zaman bəziləri irad tuturdular ki, ölkənin təmsilçisi niyə milli geyinmədi, niyə milli musiqimizi səsləndirmədi, niyə Türkiyənin xüsusi görüntülərindən istifadə etmədi s. Amma bu gün beynəlmiləlləşən bu tədbirin siyasi mahiyyət daşıdığını deyənlər çoxalıb. Bu mənada dünya arenasında Azərbaycanın adının çəkilməsi ona ancaq böyük uğurlar gətirəcək".

Vüsal

 

Həftə içi.- 2011.- 1 iyun.- S. 1, 3.