Ermənistan da Azərbaycan torpaqlarını işğal edib

 

AŞ PA hüquq məsələləri insan hüquqları komitəsinin üzvü Jan Torresin "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Bir sıra qərb dövlətləri beynəlxalq təşkilatların Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirməsinin şahidi olmuşuq.

Bundan başqa, insan hüquqları digər məsələlərlə bağlı hesabatlarda da bunun şahidi oluruq. İkili standartlar açıq-aydın görünür. Dağlıq Qarabağla bağlı isə qərəz ortadadır. Dünyanın gözü qarşısında beynəlxalq cinayətə imza atmış Azərbaycan torpaqlarını işğal etmiş ermənilərə qarşı hansısa sərt mövqe ortaya qoyulmur. AŞ PA hüquq məsələləri insan hüquqları komitəsinin üzvü Jan Torres "Həftə içi"nə eksklüziv müsahibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini açıq-aşkar etiraf etdi.

- Mən artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Hər gəlişimdə sürətli inkişafın şahidi oluram. Mən artıq bilirəm ki, Azərbaycanda siyasi situasiya stabildir demokratikdir.

Bu sahədə keçirilən konfranslar müsbət addımdır. Mən fikirləşirəm? Qafqaz ölkələri içərisində Azərbaycanda vəziyyət daha yaxşıdır. Azərbaycan gənc ölkədir. İnkişaf hələ qabaqdadır. Mənim fikrimcə, gənc ölkə kimi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti normal qiymətləndirmək olar.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyə bilərsiniz?

- Mən bura gəlməmişdən əvvəl Azərbaycanla Ermənistan arasında konfliktin olduğunu bilirdim. Sadəcə, istəyirəm ki, bu konflikt aradan qaldırılsın. Ermənistan Azərbaycanın ərazilərini özünə qaytarsın. Biz həmişə işğal faktını pisləmişik. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu da beynəlxalq hüququn prinsiplərinə ziddir. Bu səbəbdən Azərbaycanın hüquqları tanınmalı, ərazi bütövlüyü bərpa olunmalıdır.

- Erməni mətbuatı iddia edir ki, guya AŞ PA prezidenti Mövlüd Çavuşoğlu Azərbaycanın lehinə çıxışlar edir. Buna münasibətiniz necədir?

- Bu nüansı tam bilmirəm. Ona görə bu barədə heç deyə bilmərəm. İnanmıram ki, belə şey olsun. Məncə erməni mətbuatında yazılanlar həqiqəti əks etdirmir.

- Bəzən beynəlxalq təşkilatların insan hüquqları anlayışından siyasi məqsədlər üçün istifadə etdiklərinin şahidi oluruq

- AŞ PA tərəfindən belə bir addım atılır. Bu cür siyasət yürütmək düzgün deyil. AŞ PA üzvü olaraq deyə bilərəm ki, bu təşkilatın qərarları obyektivliyə söykənir.

- Demokratik durum insan haqları sahəsindəki vəziyyətlə bağlı Ermənistanla Azərbaycanı müqayisə etmək olarmı?

- Ermənistanda problemlər var onlar bu problemləri həll etməlidirlər. Başqa ölkələr gedib Ermənistanda demokratik islahatlar apara bilməz. Ona görə Ermənistan bu sahədə ciddi addımlar atmalıdır.

- Azərbaycanın "Eurovizion"da qələbə çalması barədə deyə bilərsiniz? Sizcə, Azərbaycan 2012-ci ildə bu yarışmaya necə ev sahibliyi edəcək?

- Bu yarışma çox yüksək səviyyədə keçdi. Nəzərinizə çatdırım ki, Azərbaycan birinci yerə layiq idi. Mən sevinirəm ki, ölkəniz bu yarışmanın qalibi olub. Mahnıya da qulaq asmışam, çox xoşuma gəlir, hərdən qulaq asıram. Gələn il bu yarışma Bakıda keçiriləcək. Əminik ki, Azərbaycan bu yarışmanı yüksək səviyyədə təşkil edəcək. Çünki ölkənizin buna potensialı var bu işin öhdəsindən gələcək. Çalışacam ki, mən bu yarışmaya gəlim canlı izləyim.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 3 iyun.- S. 1, 3.