"Ermənilər əvvəllər razılaşdıqları məqamlardan da yayınmağa çalışırlar"

 

Avropa Siyasəti Mərkəzinin analitiki Amanda Polun "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar yenidən fəallaşıb. Bunun məntiqi nəticəsi kimi, Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın dövlət başçıları bir araya gələrək münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə etdilər. Lakin bu görüşlə bağlı da istər beynəlxalq müşahidəçilər, istərsə də yerli siyasətçilər o qədər optimist fikirlər söyləmədilər. Bütün bunların müqabilində isə həmsədrlərin gələn həftə bölgəyə növbəti səfərləri planlaşdırılır. Bütün bu məsələlərlə bağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində Qafqaz məsələləri üzrə tanınmış ekspert, Avropa Siyasəti Mərkəzinin analitiki Amanda Pol cavablandırır:

- Soçi görüşünün nəticələrini necə qiymətləndirirsiniz?

- Soçi danışıqları əvvəlki bir neçə görüşlə müqayisədə daha müsbət atmosferdə keçdi. Bunun məntiqi nəticəsi olaraq hər iki ölkənin liderləri bir sıra vacib problemlə bağlı üzərlərinə öhdəliklər götürdülər. Lakin bu problemlərlə bağlı tərəflər Həştərxanda 2010-cu ilin oktyabrında təşkil olunan görüşdə razılığa gəlmişdilər. Ona görə , Soçi görüşündə faktiki olaraq yeni bir şey üzərində razılıq əldə olunmayıb. Buna baxmayaraq Rusiya prezidenti Dmitri Medvedev bu prosesə böyük enerji vaxt sərf etdiyi üçün bir sıra uğurların əldə olunduğunu göstərməyə çalışdı. Lakin Soçi müzakirələrindəki vəziyyət sülh danışıqlarında çox zəruri irəliləyişin əldə olunması üçün yetərli deyildi. Hər iki tərəf iddia edir ki, 2 il əvvəl açıqlanan yenilmiş "Madrid prinsipləri"ni qəbul ediblər. Azərbaycan təsdiqləyir ki, Minsk Qrupunun hər üç həmsədri tərəfindən 2010-cu ilin fevralında açıqlanmış "Madrid prinsipləri"ni qəbul etsə , Ermənistan analoji addım atmayıb. Müşahidə olunan odur ki, Ermənistan Sankt-Peterburqda digər yerlərdə rusların irəli sürdüyü təklifləri qəbul edir. Lakin bu "Madrid prinsipləri" ilə eyni şey deyil.

- "Nabucco" layihəsinin reallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə dərəcədə təsir edə bilər?

- Bu kəmər Avropa Birliyinin dəstəklədiyi cənub enerji dəhlizinin tərkib hissəsidir. Həqiqətən bu layihənin reallaşması Avropa Birliyinin enerji ehtiyatlarının inkişafına, enerji təhlükəsizliyinin təmininə onun Rusiyadan asılılığının azalmasına müsbət təsir göstərə bilər. Lakin hesab etmirəm ki, "Nabucco" Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmək iqtidarındadır. Bununla belə, ermənilər tez-tez layihədən şikayətlənərək bildirirlər ki, Avropa Birliyi "Nabucco"nu dəstəkləməklə onların təcridinə yol açırlar. Ancaq bir şey aydındır ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra Ermənistan bölgədəki bütün enerji nəqliyyat layihələrində iştirak etmək, qoşulmaq imkanı əldə edəcək. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda isə bunun reallaşması qeyri-mümkündür.

- Münaqişənin həllində ərazi bütövlüyü, güc tətbiq etməmək öz müqəddəratını təyin etmək kimi üç prinsipin bir yerdə cəmlənməsi dərəcədə əsaslıdır?

- Bu prinsiplər çox zaman bir-biri ilə toqquşur. Bunu biz Cənubi Qafqazdakı dondurulmuş münaqişələrin həlli prosesində müşahidə edirik. Lakin bu üç prinsipin birgə istifadəsi, onların birləşdirilə bilmək ehtimalının olmadığı anlamına gəlmir. Bu çox çətin olsa da, mümkün bir işdir. Bütün səylər Dağlıq Qarabağ münaqişəsinin həllində buna nail olmağa istiqamətlənməlidir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sizin özünüzün konkret həll planınız varmı?

- Təəssüflər olsun ki, Qarabağ da daxil olmaqla postsovet məkanındakı digər istənilən münaqişəni həll etmək üçün hələlik elə bir möcüzəyə malik formul yoxdur. Əgər bu həll formulu mövcud olsaydı, münaqişələr bir neçə il əvvəl həllini tapardı. Yalnız siyasi istək beynəlxalq birliyin güclü dəstəyini qazanmış şəffaf liderlik bu münaqişələrin həllinə gətirib çıxara bilər. Bu elementlər olmadan münaqişələr həll edilməmiş qalacaq. Onlar Avropa qitəsi ondan kənarda təhlükəsizliyin təmininə təhdid yaratmaqda davam edəcək.

- Ermənistan Azərbaycan arasında müharibə başlayacağı təqdirdə Avropa birliyinin mövqeyi necə olacaq?

- Avropa Birliyi tərəddüd edə bilər. Digər böyük dövlətlər - Rusiya Türkiyə yəqin ki, hərbi əməliyyatların dərhal dayandırılmasına çalışacaqlar. Avropa Birliyi isə Rusiya Gürcüstan arasında müharibə başlayan zaman etdiklərini təkrarlamağa çalışacaq. Yəni hər iki tərəfin liderləri arasında sülhməramlı qüvvələri birləşdirməyə yardım edəcək barışığın əldə olunmasına səy göstərəcəklər. Lakin Dağlıq Qarabağ münaqişəsi Cənubi Osetiya Abxaziyadan köklü şəkildə fərqlənir. Qarabağdakı müharibənin qısa müddət davam edəcəyi ehtimalı azdır. Hazırda münaqişə tərəfləri güclü müasir hərbi texniki imkanlara malikdirlər. Onların tətbiqi fonunda müharibə bir müddət davam edə bilər. Müharibənin lokallıqdan çıxaraq daha geniş miqyasda yayılması, oraya aparıcı regional oyunçuların qoşulması da mümkündür. Məhz bu amilə görə beynəlxalq ictimaiyyət qabaqlayıcı yanaşma nümayiş etdirməlidir. Müharibənin yenidən başlamasını gözləməməlidir.

- Avropa Birliyi ABŞ ictimaiyyəti Cənubi Qafqazdakı münaqişələr barədə dərəcədə məlumatlıdır?

- Açıq danışsaq insanların əksəriyyəti hətta Cənubi Qafqazın harada olduğunu bilmir, nəinki münaqişələr barədə məlumatlıdırlar. Bu, sadəcə, onlar üçün o qədər maraqlı deyil. Müharibə baş verəcəyi təqdirdə belə, bu çox kədərli olacaq. Lakin bunun "adi vətəndaşlara" dəxli yoxdur. Ən vacibi odur ki, qərar qəbul edə bilən, qanunvericilik orqanlarının əməkdaşları, konqreslər, parlamentlər hökumətlər mövcud reallıq barədə məlumatlandırılsınlar. Onlara bu münaqişələrin regional təhlükəsizliyə dərəcədə təhdid yaratdığı başa salınsın.

- Bu il münaqişənin həllində müsbət irəliləyişlər olacağına dair gözləntiləriniz nədən ibarətdir?

- Əgər uğur əldə olunmalıdırsa, bu il baş verməlidir. Çünki gələn il çoxlu seçki olacaq. Bu seçkilər münaqişələrin həlli prosesinə təsir edəcək. Seçkilər isə Rusiya, Ermənistan, ABŞ-da baş tutacaq. Bununla belə, təəssüflər ki, münaqişənin tezliklə həll ediləcəyinə dair heç bir gözlənti yoxdur. Danışıqlar dayandırılıb, narahatlıqlar isə açıq şəkildə müşahidə olunur. Ermənilər əvvəllər razılaşdıqları məqamlardan da yayınır. Azərbaycan isə hərbi bəyanatlarını davam etdirir. Bununla belə, Azərbaycandakı yüz minlərlə məcburi kökün Ermənistan tərəfindən işğal olunmuş ərazilərə qayıtmaq iqtidarında deyil. Ermənistanın özündə isə iqtisadi sosial çətinliklər getdikcə kəskinləşir. Qeyd olunanların fonunda tərəflərdən heç biri ictimaiyyətinə gedilməli olan güzəştləri anladıb başa salmır. Onlar bunu gizlədərək Dağlıq Qarabağın gələcək statusu barədə nağıllar danışırlar. Beynəlxalq ictimaiyyət isə bazar günləri Soçidən gələn irəliləyişlərin olmasına dair yaxşı xəbərlərdən məmnun qalaraq bunu tərəflərin razılığa doğru irəliləməsi kimi qəbul edirlər. Lakin bu, qeyri-adi bir sadəlövhlükdür.

  

  

Azad Əliyev

 

Həftə içi.- 2011.- 11 mart.- S. 1, 3.