KİVDF Bakı Slavyan Universitetində görüş keçirib

 

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilib.

Tədbirdə KİVDF-in icraçı direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Həftə içi" qəzetinin təsisçisi baş redaktoru Sevinc Seyidova, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 20-dən artıq digər qəzetlərin rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla bu görüşün tələbələr üçün böyük əhəmiyyətə malik olacağını deyib. O bildirib ki, tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır.

KİVDF-in icraçı direktoru Vüqar Səfərli vurğulayıb ki, bu görüş tələbələr üçün çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, belə görüşlərin təşkil olunmasında məqsəd bu sahədə çalışanlara, jurnalistika peşəsini sevənlərə dəstək verməkdir. Onun sözlərinə görə, görüşlərdə universitetdə oxuyan tələbələrin təcrübə keçəcəyi qəzetlərin rəhbərləri ilə təcrübə mübadiləsi aparılacaq: "BSU-nun jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alan tələbələr müxtəlif qəzetlərdə təcrübə keçməyə göndəriləcək. Onlar 5 ay müddətində müxtəlif qəzetlərdə təcrübə keçəcək hər ay 100 manat məbləğində əmək haqqı alacaqlar. 5 aydan sonra onlar özlərini doğrultsalar ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr, həmin yerdə işə qəbul olunacaqlar. Hər il jurnalistikada oxuyan tələbələr müxtəlif redaksiyalarda təcrübə keçir, amma onların təcrübəsi bizləri qane etmir. Onlar təcrübə müddətində işləmək əvəzinə, sanki sonda kağıza qol çəkilməsini gözləyirlər. Bizim isə istəyimiz ondan ibarətdir ki, istedadlı tələbələr, həqiqətən jurnalist olmaq istəyənlərin hamısı işlə təmin edilsin. Qeyd edim ki, fevralın 23-də analojı tədbir Bakı Dövlət Universitetində keçirilib artıq BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsi qəzet redaksiyalarında işə başlayıblar".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bu görüşlər KİVDF-in həyata keçirdiyi ən mühüm layihələrdən biridir: "Bu layihədən sonra jurnalistika fakültəsini bitirən 5-10 tələbə müxtəlif redaksiyalarda işləyəcəksə, bu artıq mətbuatımızın uğurudur. Hazırda işləmək istəyən tələbələrin çoxu televiziyaya üstünlük verirlər. Ancaq unutmaq lazım deyil ki, televiziya jurnalistikası öz spesifik xüsusiyyətlərinə görə yazılı mətbuatdan fərqlənir. Tələbələrə məsləhət görürəm ki, yerlərini seçərkən qəzetlərdən başlasınlar. Bundan sonra böyük uğurlar qazanmaq olar. Bir məsələni qeyd edim ki, son zamanlar elektron jurnalistika yaranıb bu da yeni bir sistemdir. Ancaq unutmayaq ki, hər bir qəzetlərin onlayn sistemləri var sosial şəbəkələrdə, bloqlarda daha çox vaxt keçirməkdənsə, jurnalist olmaq istəyənlər buraya yazılar versin onlarla əməkdaşlıq etsin".

Tədbirin davamında çıxış edən "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı da bu görüşün KİVDF-nin ən maraqlı təşəbbüslərindən biri olduğunu söyləyib. O bildirib ki, bir çox hallarda jurnalistikada oxuyan, yüksək səviyyə, dünyagörüşünə xarici dil qabiliyyətinə malik olan tələbələr sonradan jurnalistikaya getmək istəmir: "Bunun bir çox obyektiv subyektiv səbəbləri var. Jurnalistika ixtisası üzrə universitetlərə qəbul sistemində müəyyən çatışmazlıqlar var. Bu gün jurnalistikaya qəbulda qabiliyyət imtahanlarının keçirilməsinə ehtiyac var. Jurnalistika həyat tərzidir. Əgər kimsə öz həyat tərzini jurnalistikada görürsə, ondan nəsə çıxacaq. Jurnalist hərtərəfli, yüksək məntiq, öz fikirlərini ifadə etmək bacarığına malik olan bir insan olur". Tədbir tələbələrin baş redaktora sualları ilə davam etdirilib.

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 11 mart.- S. 5.