Hərbi hissələrdə intensiv quruculuq işləri aparılır

 

Ordu quruculuğu bu gün Azərbaycan rəhbərliyinin ən çox önəm verdiyi strateji dövlət əhəmiyyətli məsələlərdəndir. Dövlətin ən vacib atributlarından olan Silahlı Qüvvələrin qarşısında taleyüklü vəzifələr durur bunları çiyinlərində inamla daşıya bilməsi üçün orduya yüksək səviyyədə diqqət yetirilməsi günümüzün doğurduğu aktuallıqdır.

Artıq 19 ildir ki, Azərbaycanın əzəli torpaqları Ermənistan silahlı birləşmələrinin işğalı altındadır işğal edilmiş ərazilərimizin azad edilməsi Silahlı Qüvvələrin qarşısında duran başlıca vəzifədir. Məhz bu səbəbdən ölkə rəhbərliyi ordu quruculuğunu prioritet vəzifə elan edib. İldən-ilə dövlət büdcəsi təsdiq edilərkən Silahlı Qüvvələrimizin ehtiyacları üçün ayrılan vəsait yüksələn xətlə artmaqdadır. Bu gün hərbi büdcəmiz Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın bütövlükdə dövlət büdcəsinə bərabərdir. Ordumuzun daha da gücləndirilməsi döyüş potensialını artırması üçün ayrılan vəsait hesabına hərbi hissələrimizdə böyük dəyişikliklər baş verib. bu dəyişikliklər təkcə ordunun döyüş texnikası avtomobil parkının yenilənməsini günün tələblərinə cavab verən müasir silah texnikanın alınmasını əhatə etmir.

Hazırda orduda məişət problemlərinin həlli üçün dövlət xeyli vəsait ayırır bu vəsaitlə hərbi hissələrimizin bütövlükdə infrastrukturunun təzələnməsi istiqamətində aparılır, şəxsi heyətin döyüş hazırlığını artırması üçün imkanlar genişləndirilir. "N" hərbi hissəsinə ezamiyyətə göndərilərkən əsas məqsəd burada baş verən dəyişikliklərlə yaxından tanış olmaq idi. Burada şəxsi heyətin məişət şəraitilə maraqlandıq, hərbi kollektivin gündəlik qayğılarının necə həllini tapmasını öyrəndik. Son bir neçə ildə bu bölgəyə ezam olunmamışdım, ona görə doğrusu, hərbi hissədə geniş vüsət almış tikinti-quruculuq işləri barədə eşitsəm , öz gözlərimlə görməmişdim. Atalar demişkən, yüz eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. İndi hərbi hissənin ərazisi geniş bir tikinti meydançasına bənzəyir.

Təbii ki, hərbi hissənin döyüş hazırlığı hər şeydən öncə komandir heyətinin fəaliyyətindən, işgüzarlığından asılıdır. Zabit gizirlər məişət problemləri barədə düşünməməli, özlərini tamamilə xidmətə həsr etməlidirlər. Yalnız bu halda yüksək döyüş hazırlığına nail olmaq mümkündür. Hərbi hissədə dövlət tərəfindən aparılan işlər bu məqsədə köklənib. Buradakı hərbi şəhərcikdə zabit əsgərlər üçün xidməti binalar olsa da, şəxsi heyətin ehtiyaclarını tam ödəmək iqtidarında deyildi. Hazırda 50 hərbçi ailəsi üçün üçotaqlı mənzillərdən ibarət beşmərtəbəli yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Yaraşıqlı görkəmi ilə uzaqdan diqqəti özünə çəkən binada hazırda tamamlama işləri aparılır yaxın zamanda istifadəyə veriləcəyi gözlənir.

- Bundan əlavə, bütün köhnə yaşayış binaları müasir tələblər səviyyəsində təmir edilib zabit gizirlərin sərəncamına veriləcək, - zabit Çingiz Mehdiyev bildirir. - Bir sözlə, hərbi hissəmizdə xidmət edən komandir heyəti üçün hər bir şərait yaradılacaq. Zabit gizirlərin rahatlığı isə xidmətin keyfiyyətinin yüksəldilməsi, mənəvi-psixoloji atmosferin daha da sağlamlaşdırılması üçün zəmin yaradacaq.

Yeri gəlmişkən, hərbi hissədə üç ədəd üçmərtəbəli müasir əsgər yataqxanası tıkilməkdədir. Onlardan artıq ikisinin inşası başa çatmaq üzrədir. Yataqxananın birində mülki fəhlələr tamamlama işləri aparırdılar. Hələ məhəccərlərin qoyulmadığı pilləkənlərlə ikinci mərtəbəyə qalxırıq. Ən müasir hotellərdəki kimi burada pillələrə qəşəng boz rəngdə qranit döşənib. Tikintidə sahə rəisi işləyən Afiq Kərimovu da burada tapdıq, işlərin gedişilə bağlı söhbət etdik.

- Hazırda biz tikilməkdə olan əsgər yataqxanasındayıq,- sahə rəisi deyir. - Bina üç mərtəbədən ibarətdir, eyni zamanda onun müasir zirzəmisi olacaq. Burada əsas işlər demək olar ki, başa çatıb. Hazırda üçüncü mərtəbənin sanitar qovşaqlarında metlax döşənməsi yekunlaşmaq üzrədir. Divarlar artıq bir dəfə rənglənib, qapılar qoyulduqdan sonra rəngsazlar tərəfindən ikinci dəfə rənglənəcək. Bir qapıların yerinə qoyulması qalıb. Bir həftəyəcən, icraçılar söz veriblər ki, yeni Avropa qapılarını gətirib yerinə quraşdıracaqlar. Allah qoysa, aprelin sonlarına kimi binanı təhvil verməyə hazırlaşırıq.

Yeni yataqxanalar yeni layihələr əsasında tikilən binalardır. Taxta döşəmələrə malik hər otaqda 10 nəfərlik heyət qalacaq. Həmin otaqlarda təxminən bir əsgər manqası yerləşəcək. Burada şəxsi heyətin rahat yaşaması üçün bütün şəraitin yaradılması da nəzərdə tutulub.

Yataqxanalar mərkəzləşdirilmiş istilik sistemilə təmin olunduğundan qışda binaların qızdırılması ilə bağlı problem olmayacaq. Hər mərtəbədə iki tərəfdə sanitar qovşaqları - ümumi ayaqyolu, əsgərlərin yuyunması üçün əlüzyuyan duşlar olacaq. Yeri gəlmişkən, bildiyiniz kimi, köhnə kazarmalarda ayaqyoluları içəridə yox, bayırda - kazarmalardan aralıda tikilib ki, bu da müasir tələblərə cavab vermir. Təzə yataqxanalar daimi isti soyuq su ilə təmin ediləcək. Zirzəmilərdə isə əsgərlərin məşğul olması üçün müasir sinif otaqları yerləşəcək. Bir sözlə, layihədə hər şey xırdalıqlarınacan nəzərdə tutulub.

Tikintisi yekunlaşmaq üzrə olan yeni yeməkxanada da bir çox artıq başa çatıb, hazırda içəridə üzlük işləri gedir. 2500 nəfər üçün nəzərdə tutulmuş yeni əsgər yeməkxanasında şəxsi heyətin böyük hissəsi bir dəfəyə yemək yeyə biləcək. Burada, icraçılarının bildirdiyinə görə, yeməkxana fəaliyyəti üçün lazım olan ən müasir avadanlıqlar quraşdırılacaq. Hətta təzə iaşə obyektində çörək bişirib şəxsi heyəti təmin etməyi planlaşdırırlar. Biz buraya gələndə fəhlələr birinci mərtəbədəki olduqca böyük zalda yerə metlax döşəməklə məşğul idilər. Hələ divara kafel vurulmamışdı. Ancaq işin sürəti göstərirdi ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Görülən işlər, necə deyərlər, göz oxşayırdı. Bundan əlavə, hamam camaşırxananın da yaxın vaxtlarda şəxsi heyətin istifadəsinə veriləcəyi gözlənilir. Hərbi hissənin baş planı var bu plana əsasən digər obyektlər tikiləcək, əsgərlərin fəaliyyəti istirahəti üçün bütün şərait yaradılacaq. Bu hərbi hissə ordumuzun ən yaraşıqlı nümunəvi hissələrindən birinə çevriləcək.

  

  

Ə.Qasımov

 

Həftə içi.- 2011.- 12-14 mart.- S. 5.