"Yaxşıların yaxşısı" bizə ən böyük hədiyyə oldu"

 

Elnur Əliyev: "Kaspi" Təhsil Mərkəzi bu ildən beşyaşlı uşaqların məktəbəqədər hazırlığına başlayacaq"

 

Artıq 13 ildir "Həftə içi" qəzetinin təşkilatçılığı ilə reallaşan "Best of the Best" ("Yaxşıların yaxşısı") mükafatı bu il qaliblərinə təqdim olundu. Xatırladaq ki, mükafat ötən il ərzində Azərbaycan üçün xeyirli işlər görmüş, dəyərli layihələrə imza atmış şəxslərə qurumlara təqdim olunur. Bu il mükafat müxtəlif nominasiyalarda 48 nəfərə təqdim olundu onların içərisində ölkəmizdə təhsil sahəsində tanınmış isimlərdən birinə çevrilən "Kaspi" Təhsil Mərkəzinin adı var idi mükafat mərkəzin direktoru Elnur Əliyevə təqdim olundu.

Qeyd edək ki, "Kaspi" Təhsil Mərkəzi 2007-ci il mayın 1-də Sona xanım Vəliyevanın təsisçiliyi ilə yaradılıb. Təhsil Mərkəzinin yaranmasında səbəb ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaq olub. Dörd ildir ki, seçdikləri hədəfə düzgün istiqamətlənən mərkəz Azərbaycan vətəndaşlarına bu sistemlə xarici dilləri mükəmməl öyrətmək, kompyuter biliklərini genişləndirməsində, beynəlxalq arenaya inteqrasiya etməsində yardımçı rolunu oynayır. 60-a yaxın xarici universitet ilə əlaqə quran təhsil mərkəzi daim aktual novator layihələri ilə müstəqil təhsil məkanında tamamilə fərqlənir.

Mərkəzin yaxın gələcəkdə daha böyük nailiyyətlərə imza atacağını son illərdəki uğurları deməyə əsas verir. Bu ya digər məsələlər barədə "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev məlumat verdi.

- Hələ mərkəz yaranmamışdan öncə qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycanda təlim verən müəssisələr içərisində fərqli bir yanaşma üsulu tətbiq edək. Bu yanaşmanın fərqliliyi ondan ibarət olmalı idi ki, o dövr üçün xarakterik olan çoxsaylı kursların qaneedici olmayan fəaliyyəti nəticəsində yaranmış inamsızlığı aradan qaldırmalıyıq. İlk olaraq ingilis dilinin tədrisindən başladıq. Sonra isə digər dillərin tədrisinə yer ayırdıq. Qeyd edim ki, rus bölməsi üzrə hazırlıq şöbəsi ilk dəfə məhz "Kaspi" Təhsil Mərkəzində yaradılıb.

- Hazırda mərkəzin neçə filialı var?

- May ayında "Kaspi" Təhsil Mərkəzinin yaranmasının həm 4 illiyi oldu. Daha bir uğurumuz da elə 4-cü filialımızın açılması oldu. Bu uğurlarımızın sırasına isə daha biri - "Yaxşıların yaxşısı" mükafatı əlavə olundu. İldönümü ərəfəsində bu bizim üçün ən böyük hədiyyə oldu.

Filiallarımızın hamısı Bakıda yerləşir, amma gələcəkdə Sumqayıtda da filialın açılmasını düşünürük.

- Bəs, bölgələrdə necə, mərkəzin nümayəndəliklərini açmağı planlaşdırırsınızmı?

- Əslində bu, ciddi araşdırma tələb edən işdi. Çünki ən azından bölgələrdə tələbin hansı səviyyədə olduğunu öyrənmək lazımdır. Bundan əlavə, bu həm maliyyə, həm insan sərmayəsi tələb edir. Hələ ki, Sumqayıtda Gəncədə filialların açılmasına çalışırıq. Keyfiyyəti hər zaman stabil saxlamaq üçün harada potensial var, orada mərkəz açmaq istəyirik ki, tələbat da yüksək olsun.

- Məlumdur ki, son illər hazırlıq kurslarına tələbat artıb bunun müqabilində kursların da sayı çoxalıb. Belə bir vəziyyətdə rəqabətlilik prinsipini necə qoruyursunuz?

- Lap əvvəldən məqsədimiz gələcəkdə bu təhsil mərkəzini təhsilin bir çox sahələrini əhatə edən kompleksə çevirmək cəmiyyət üçün sözün əsl mənasında insan yetişdirmək olub. Biz xarici ölkələrə məxsus tədris kurslarının fəaliyyətini dəstəkləyirik bu sevindirici haldır ki, onların da uğurları var. Amma istədiyimiz odur ki, Azərbaycana məxsus tədris kursunun uğurları daha çox olsun. Onun üçün fəaliyyətimizi ildən-ilə daha da genişləndiririk. Bunun nəticəsidir ki, son iki ildə ali məktəblərə qəbul faizimiz 90 faizə çatıb bu bizi təbii ki, sevindirməyə bilməz. 10 faizdən yuxarı abituriyentlərimiz isə 600-dən yuxarı bal toplayıb. Keyfiyyəti saxlamaq üçünsə yeni-yeni üsullar tətbiq edirik. Məsələn, valideynlər üçün aylıq hesab sistemi tətbiq etmişik bu üsulla valideyn övladının aylıq nəticələri ilə tanış ola bilər. Bu isə sonradan yarana biləcək narazılıqları minimuma endirir.

- Fəaliyyətinizlə bilavasitə bağlılığı olan dövlət qurumları ilə birliyiniz varmı?

- "Kaspi" Təhsil Mərkəzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert qruplarında çalışan peşəkar müəllim kollektivi toplanıb. Hansı ki, həmin müəllimlər hər həftə komissiyanın iclaslarında iştirak edirlər bu mərkəzdə kurs keçən abituriyentlərin yeniliklərdən xəbərdar olmasına imkan verir. Təhsil Nazirliyi ilə bir çox proqramların reallaşdırılmasında işbirliyimiz olur. Bu əsasən xaricdə təhsillə bağlı lazımi məqamları əhatə edir. "Kaspi"də təhsil almış gənclərin 20-si hazırda "2007-2015-ci ildə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alır. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiya digər ölkələrin müxtəlif universitetlərində təhsil alırlar. Gənclər İdman Nazirliyi ilə müəyyən mənada əməkdaşlığımız olur.

"Kaspi" Təhsil Mərkəzinin 2010/2011 tədris ili üçün nəzərdə tutulan yeni layihəsi - məktəbəqədər hazırlıqla bağlı işlər yerdədir?

- Etiraf edək ki, hazırda məktəbəqədər təhsil sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. "Təhsil haqqında" qanunda uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə getməsinin zəruriliyi qeyd olunub. Amma fakt odur ki, ölkədə bağçaların sayı tutumu uşaqların cəmi 10 faizini əhatə edir. Özəl bağçalarda isə ödəniş yüksək olduğundan bu, hər kəsin büdcəsinə uyğun deyil. Bu sahədə hər hansı görməklə bağça çatışmazlığı probleminə qismən olsa, kömək etmiş olarıq. Odur ki, yeni tədris ilindən etibarən 5 yaşlı uşaqlar üçün mərkəzlərin fəaliyyətinə start veriləcək. Burada uşaqlara məntiq, ətraf mühitlə tanışlıq digər biliklər bacarıqlar öyrədiləcək. Məqsədimiz həm bu müəssisələrdə əhalinin sosial vəziyyətini nəzərə almaqla xidmət göstərməkdir. Düşünürük, xidmətin müqabilində elə bir ödəniş tətbiq edək ki, bu orta səviyyədə yaşayan bir azərbaycanlı ailəsinin ödəyə biləcəyi məbləğ olsun.

- Valideynlər bağçalarda psixoloji hazırlıqla bağlı da biliklərin mütəxəssislərin yetərli qədər olmamasından gileylənirlər. Yəqin ki, bu kimi halları nəzərə alacaqsınız?

- Biz artıq neçə ildir bu layihənin reallaşdırılmasına çalışırıq təbii ki, bu çətin olduğu qədər həm məsuliyyətlidir. Odur ki, biz daha çox bu sahədə uzun illərdir çalışan fikirləri cəmiyyət tərəfindən qəbul olunan insanların ideyalarına geniş yer vermişik. O cümlədən, bizə məsləhət verən şəxslərdən biri hamımızın yaxşı tanıdığı pedaqoq, Respublika Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimovdur. Proqramın işlənilməsində, kadrların seçilməsində təcrübəli insanların biliklərindən faydalanmağa üstünlük veririk.

- Balacalar üçün yaradılacaq mərkəzlərin ilkin olaraq harada açılmasını planlaşdırırsınız?

- Bu təbii ki, paytaxtı əhatə edəcək Sabunçu, Yasamal rayonlarını, Əhmədli qəsəbəsini, "Xətai" metrostansiyası yaxınlığında olacaq. Yeni tədris ilindən etibarən artıq fəaliyyətə başlamaq niyyətindəyik. Bura hələ ki, 5 yaşlı uşaqlar qəbul olunacaq.

- Belə məlum olur ki, "Kaspi"nin məqsədi həm bir şəxsin kiçik yaşlarından başlayaraq mükəmməl bir insana çevrilənə qədər olan müddətdə onun təlim-tərbiyəsinə nəzarət etməkdir...

- Tamamilə doğrudur. Hətta həmin şəxs müstəqil həyata qədəm qoyduqdan sonra da ondan mütəxəssis kimi yararlanmağımız üçün imkanlar yaratmaq fikrindəyik.

  

 

Naibə Qurbanova

 

Həftə içi.- 2011- 19 may.- S. 5.