BU QIZLARIN GÜLÜŞÜ

  

   Vurulmuşam gözəllərin gözünə,

   Baldan şirin kəlməsinə, sözünə.

   Gözüm, düşüb alma yanaq üzünə.

   Məhəbbətdir, bu qızların gülüşü!

  

   Ömür ötdü cavanlığa daş atdım,

   Ötən günün xatirəsin yaşatdım,

   Gülüşüylə gəncliyimə qayıtdım,

   Məhəbbətdir, bu qızların gülüşü.

  

   Vaxt vardı gözümdə sən dünya idin,

   Eşqin yandırardı, yaxardı məni,

   Sən vaxtsız saçıma saldın dəni,

   Məhəbbətdi, bu qızların gülüşü.

  

 

 Yaşar Piriyev

 (Şamaxı)

 

  Həftə içi.- 2011.- 21-23 may.- S. 7.