"ADR-in süqutunda da ermənilər şərəfsiz rol oynadılar"

 

Fəzail Ağamalı: "İndi tarix başqa formada təkrar olunur"

 

Mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 93-cü ili tamam olur. Azərbaycan tarixinin ən şərəfli dövrlərini əhatə edən bu tarixlə bütün dünyada öyünməyə haqqımız çatır. Şərqin ilk demokratik dövləti olan ADR bütün dünyaya digər millətlərə qarşı ehtiram, Avropaya demokratiya, dözümlülük dərsi keçdi.

Hakimiyyəti 23 ay sürən ADR bir çox uğurlara da imza atdı. Bu gün müstəqil Azərbaycan Respublikasının var olması üçün ADR-ə bu respublikanın qurulması kimi müqəddəs vəzifəni həyata keçirmiş babalarımıza borcluyuq. Professor, millət vəkili Fəzail Ağamalı ilə birlikdə bir daha şərəfli tariximizə nəzər saldıq.

- 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının ən böyük tarixi nailiyyətlərindən biridir. Şərqdə ilk demokratik respublika məhz Azərbaycan olmaqla, bəşəriyyətin dövlətçilik tarixində, xüsusilə müasir dəyərləri özündə ehtiva edən cəmiyyətlərin sonrakı inkişafında özünəməxsus yer tutan çox ciddi tarixi hadisədir. Biz həmin tarixlə azərbaycanlı olaraq qürur duyuruq həmişə qürur duymaqla davam edəcəyik. Ən çətin tarixi situasiyaya baxmayaraq, yaranmış vəziyyətdən istifadə edərək, o zaman Azərbaycanın istiqlalını istəyən bu istiqamətdə mübarizə aparmağı həyat amalı seçən tarixi şəxsiyyətlər mübarizəyə qoşuldular demokratik respublika yaratdılar. Lakin bu respublikanı qoruyub saxlamaq, möhkəmləndirmək mümkün olmadı. Çünki hadisələrin sonrakı gedişi, xüsusi olaraq Rusiyada bolşevizmin hakimiyyətə gəlməsi, Rusiya imperiyasını bərpa etmək istəyi Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan vermədi 1920-ci il aprelin 28-də cümhuriyyət müstəqilliyini itirdi. Azərbaycanda bolşevizm hakimiyyətə gəldi. Bununla da Azərbaycan sovet adı altında Rusiyanın müstəmləkəsinə çevrildi.

- ADR o zaman bütün Avropaya demokratiya nümunəsi göstərdi. ADR-in varisi olan indiki Azərbaycan bu demokratik ənənənin daşıyıcısı kimi bu gün ciddi cəhdlər göstərir ?

- Tamamilə düz buyurursunuz. Azərbaycan 1918-ci ildə demokratik respublika yaradarkən sözün həqiqi mənasında bütün dünya dövlətlərinə nümunə ola biləcək bir xətt götürdü. Qadınlara səsvermə hüququnun verilməsi ilk olaraq Azərbaycanda tətbiq edildi. O zaman Avropa ölkələri ABŞ-da qadınların seçmək seçilmək hüququ yox idi. Eyni zamanda, parlamentdə müxalifət, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı siyasi qrupların, etnik azlıqların nümayəndələri təmsil olunurdular. Bu çox ciddi nümunəydi Azərbaycan bu nümunəni bəşəriyyətə təqdim edə bildi. Məhz bu ənənələr üzərində bu gün öz dövlətini quran, inkişaf etdirən Azərbaycan yenə bir çox cəhətdən, demokratik ənənələrin inkişafı baxımından nümunəvi ölkələrdən biridir. Özünün dəyərləri, atdığı addımlarla bəşəriyyətin demokratik inkişafı baxımından keçdiyi yoluna öz töhfəsini verməkdədir. Təəssüf ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanın həm o zaman, həm indi bəşəriyyətə verdiyi töhfələrini lazımi şəkildə qiymətləndirmir. Əksinə, Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürlər. Necə olur ki, Avropanın mərkəzində ictimai təhlükə təşkil edən, dövlətçilik üçün ciddi problemlər yaradan anarxist hərəkətlər yatırılanda ayrı-ayrı beynəlxalq təşkilatlar ittiham irəli sürmür. Anarxizmə qarşı kəskin münasibət ifadə edəndə, ictimaiyyət dövlətçiliyin təhlükəsizliyinin təmin olunması üçün addım atanda Azərbaycan ittiham olunur. Beynəlxalq təşkilatların hesabatlarında mənfi imic formalaşdırılır. Düşünürəm ki, bu cür yanaşmalar ədalətsizdir. Azərbaycan indi bəşəriyyətə bütün sahələrdə olduğu kimi, eyni zamanda dövlətçilikdə, demokratik dəyərlərin inkişafında öz töhfəsini verməkdədir.

- ADR-in o zaman demokratik baxımdan ifrata yol verdiyi, hətta azərbaycanlıları qanına qəltan etmiş ermənilərə belə parlamentə düşmə imkanı yaratması son zamanlar tənqid hədəfinə tuş gəlirdi. İndi tolerant ölkə kimi Azərbaycan bütün dünyaya nümunə göstərilir. Necə müqayisə aparmaq olar, biz yenə səhvə yol vermirikmi?

- Əgər keçmişin səhvlərindən, tarixin bizə verdiyi ibrət dərslərindən nəticə çıxarmasaq daha ciddi fəlakətlərlə üz-üzə qala bilərik. Bəli, o zaman parlamentdə "Daşnaksutyun" partiyası da təmsil olunurdu Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda ermənilər şərəfsiz rol oynadılar. İndi tarix başqa formada təkrar olunur. Bu da Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnib. O zaman Göyçəni, İrəvanı, sovet hakimiyyəti illərində Zəngəzuru itirdik. İndi Qarabağ ermənilərin işğalı altındadır. Bunun da səbəbləri ayrı-ayrı tarixi mərhələlərdə, geosiyasi durum Azərbaycan rəhbərliyinin buraxdığı səhvlər idi. Biz bu səhvləri təkrar etməli deyilik. 1992-ci ildə Dağlıq Qarabağ məsələsini həll edə bilərdik. Öz səhvlərimiz nəticəsində torpaqlarımız işğal altına düşdü. Biz bu səhvlərdən nəticə çıxarmalıyıq erməniyə erməni kimi yanaşmalıyıq. Azərbaycanın tolerantlığında erməni amilinə xüsusi yanaşma tələb olunur.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 24 may.- S. 4.