"Heydər Əliyev və müstəqil Azərbaycanın inkişafı"

 

Şuşa Humanitar Kollecində bu mövzuda konfrans keçirildi

 

Şuşa Humanitar Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev müstəqil Azərbaycanın inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransı kollecin direktoru Rəsul İsmayılov açaraq bildirib ki, tarixdə iz qoymaq hər bir şəxsə nəsib olmur:

"Ən böyük şəxsiyyətlər özündən çox, mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır" deyən dahi Atatürkün sadaladıqlarına bütövlüyü ilə əməl edən, Azərbaycan tarixində onun milli inkişafını özünüdərkini təyin edən, dövlətçilik ənənələrini formalaşdıran çox görkəmli şəxsiyyətlər içərisində ön sıralarda duran nəhəng tarixi simalardan biri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin öz yeri var. Cəmiyyətdə baş verən bütün hadisələri qabaqcadan duyan, ən gərgin anlarda belə tələsməyən, hər bir çətinlikdən ağılagəlməz çıxış yolu tapmağı ilə fərqlənən Heydər Əliyev nadir şəxslərdəndir. Həyatının 50 ildən çoxu Azərbaycan xalqının dövlətinin taleyi ilə sıx bağlı olan, iqtisadiyyat, milli ideologiya mənəviyyat, mədəniyyət, elm, təhsil, səhiyyə digər sahələrdə çalışan ümummilli liderimiz Heydər Əliyevin misilsiz fəaliyyəti xalqımızın yaddaşından heç vaxt silinməyəcək. May ayının 10-u ümummilli liderin anadan olduğu günüdür. Cismən aramızda olmasa da, ruhu daimi başımız üzərindədir. Çünki onun yarımçıq qalmış işləri hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilib".

Sonra Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyevaya söz verildi. V.Fətəliyeva söylədi ki, "Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi uğrunda Heydər Əliyevin yürütdüyü ən uğurlu siyasətin biri ölkəmizin beynəlxaq təşkilatlara, o cümlədən Avropa Şurasına üzv olması idi: Xarici siyasət sahəsində yeridilən tarazlaşdırıcı siyasət buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu tədbirlər Azərbaycanın dövlətçilik ənənələrinə yeni çalarlar gətirərək, respublikamızın lider dövlətə çevrilməsində əvəzsiz rol oynadı. Hələ sovet dövründə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu ildən sonra respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında, gələcəkdə müstəqilliyini əldə edəcək dövlətimiz üçün yeni kadrların, o cümlədən zabit heyətinin hazırlanmasında əvəzsiz xidmətlər göstərib. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin konstitusiyasında Heydər Əliyev uzaqgörən bir addım atdı. Onun təşəbbüsü ilə konstitusiyada Azərbaycan dili dövlət dili elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin bərpasına doğru atılan olduqca cəsarətli bir addım, onun dilinin, milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən göstərilən əvəzsiz xidmət idi.

1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin mühüm rolu oldu. Lakin 1992-1993-cü illərdə Azərbaycanı yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Belə bir vəziyyətdə 1993-cü ilin iyun ayında H.Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması dövlət müstəqilliyimizin bir əldən verilməməsi üçün gücünü səfərbər etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi.

Onun uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cü ilin sentyabr ayının 20-də xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft qazla zəngin strukturlarının işlədilməsi barədə "Əsrin müqaviləsi" adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdirilməsinə onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər keçirməyə imkan verdi. Xəzər neftinin dünya bazarına nəqlinə imkan verən Bakı-Tiflis-Ceyhan-Ərzurum qaz kəmərlərinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinə verilən daha bir töhfə oldu. Bir sözlə, hakimiyyətdə olduğu dövrlərdə ulu öndər həyatını Azərbaycanı dünyada tanınan, seçilən dövlətlər sırasında görmək kimi müqəddəs bir amala həsr etdi. Bu gün Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulan müasir Azərbaycan dövlətinin əbədiyyətə qədər öz müstəqilliyini bir daha əldən verməyəcəyi şübhə doğurmur".

Şuşa Humanitar Kollecinin tədris işləri üzrə direktor müavini İslam Əhmədov, tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova pedaqogika müəllimi Sevinc Sərxanlı da ümummilli liderin fəaliyyəti dövründə elmə, təhsilə verdiyi qiymətdən, o sahədə gördüyü işlərdən söz açdılar.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 6 may.- S. 8.