Dağlıq Qarabağ münaqişəsinin uzanmasına Rusiya səbəbkardır

 

Postsovet məkanı üzrə ekspert, amerikalı politoloq Fredo Arias-Kinqin "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Cənubi Qafqaz bölgəsi həmişə dünyanın aparıcı dövlətlərinin maraq dairəsində olub. Özünü beynəlxalq regional güc hesab edən dövlətlərinin hər birinin ayrıca Qafqaz siyasəti mövcuddur. Bu maraqlar heç hər zaman üst-üstə düşmür. Bunun acı nəticəsini isə Cənubi Qafqazdakı dövlətlər yaşayır. Bir çox ekspert Azərbaycanın ən ağrılı problemi olan Dapğlıq Qarabağ münaqişəsinin həllinin gecikməsini məhz aparıcı beynəlxalq güclərinin maraqlarının üst-üstə düşməməsi ilə əlaqələndirir. 2011-ci ildə bölgəmizdə hadisələrin daha fəal cərəyan edəcəyi proqnozlaşdırılır. Bu digər məsələlərlə bağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində Cənubi Qafqaz Rusiya, postsovet məkanı ilə bağlı analitik məqalələri ilə tanınan amerikalı ekspert, "Demokratizatsiya:

The Journal of Post-Soviet Democratization" jurnalının redaktoru Fredo Arias-Kinq cavablandırır:

 

- Cənubi Qafqazın gələcəyi ilə bağlı deyə bilərsiniz?

- Geosiyasi baxımdan Qərbi Balkanlarla birlikdə Cənubi Qafqazın da NATO Avropa Birliyinin daxil olduğu bizim Qərb adlandırdığımız məkana doğru irəliləyəcəyi ehtimal edilir. ABŞ bölgənin 3 cazibədar ölkəsi ilə münasibətlərdə müəyyən fasilə götürüb. Lakin onun potensialı hələ gizli olaraq qalır. Bunun müqabilində isə Rusiya orta müddətdə Cənubi Qafqazdakı təsir imkanlarını itirməkdə davam edəcək. Bu, çox güman ki, bölgəyə sülh gətirəcək. Rusiya donmuş münaqişələrin bu halda qalmasını arzulayır. Çünki Moskva seçilmiş silahlı qüvvələr digər tədbirlərdən istifadə edərək müəyyən rejimləri hakimiyyətdə saxlamaq, digərlərini isə hakimiyyətdən endirməyə çalışır. Lakin Rusiyanın variantları vaxt keçdikcə azalacaq. Moskva Qafqazın özünə aid hissəsində nəzarəti itirməkdədir. İran Türkiyəyə gəldikdə isə onlar bölgədə nüfuz uğrunda rəqabətlərini davam etdirəcək. Ermənistan Gürcüstan iqtisadi güclərə həssasdır. Bunu Azərbaycana şamil etmək olmaz.

- Azərbaycan ABŞ arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- Bu münasibətlər vaxt keçdikcə daha da inkişaf edəcək düzələcək. Vaşinqton Azərbaycana münasibətdə bir çox səhvlərə yol verib çox sayda imkanı əldən buraxıb. Biz bunu Azərbaycan barədə söyləyə bilərik. Fikrimcə, Əbülfəz Elçibəyin bir sıra ciddi islahat aparmaq üçün real şansları var idi. Lakin o özünün prezidentliyini boş yerə sərf etdi. Amma Azərbaycan sonradan bir sıra uğur əldə etdi. Bununla da Vaşinqtonun Azərbaycanı həm strateji, həm real siyasət baxımından cəlb etməsi üçün imkanları yarandı. Təbii ki, buraya ilk növbədə Rusiyadan yan keçən neft kərəmləri daxildir. Türkmənistan prezidenti Berdıməhəmmədovla Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında münasibətlərin yaxşılaşdırılması regional inteqrasiyanın genişləndirilməsi gücləndirilməsinə şərait yaradır. Bu inteqrasiya Rusiya istisna olmaqla bütün tərəflərin mövqelərini gücləndirir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin uzanması hələ həllini tapmaması Vaşinqtonla Bakı arasındakı münasibətlərin daha geniş formada inkişafına əngəl kimi qalmaqdadır.

- Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu necə qiymətləndirirsiniz?

- Rusiya bu illər ərzində özünün kartlarından digərlərinin ondan qorxması heç bir tərəfə etibar etməməsi istiqamətində istifadə edib. Bütün tərəflər hiss edirlər ki, onlar taktik baxımdan Rusiyaya ehtiyac duyurlar. Lakin onların hamısı bu münaqişənin tezliklə həllini istəyir Moskvanın təsirinin birdəfəlik yox olmasından da narazı qalmazdı. Mən Moskvanın Heydər Əliyevi artıq itirilmiş torpaqlara hücum etməyə həvəsləndirdiyini xatırlayıram. Bundan sonra İrəvan Rusiyaya inanmadı. Bunun məntiqi nəticəsi olaraq Azərbaycanın, xüsusilə Ermənistanın daxili siyasətində müəyyən çaxnaşmalar yaşandı. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların davam etdiyi müddətin böyük hissəsində isə Rusiya Ermənistana yardım edib. Bununla da Rusiya Ermənistanı münaqişənin həlli ilə bağlı qərarların verilməməsinə həvəsləndirdi, problemin intensiv davamlı olmasını təmin etdi.

- Ermənistanda son zamanlar Dağlıq Qarabağdakı separatçı rejimin tanınmasına dair çağırışlar intensivləşib. Sizcə, İrəvan bu addımı ata bilər, yoxsa, sadəcə, Ermənistan tərəfi blef edir?

- Dəqiq söyləyə bilmərəm. Bir şey tam aydındır ki, Dağlıq Qarabağ amili Ermənistanın daxili siyasəti ilə sıx bağlıdır. Bunu 1998-ci ildə ozamankı prezident Levon Ter-Petrosyana qarşı yarıuğurlu gediş göstərdi. Dağlıq Qarabağ tək xarici yox, həm daxili məsələdir. Bunun aydın olmasına baxmayaraq, Ermənistanla bağlı təhlillər aparmaq getdikcə çətinləşir. qədər qəribə olsa, milli şüarlardan istifadə edərək Ter-Petrosyana münaqişəni tez həll etmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə görə hücum edən inadkar simalar indi özləri bu işlə məşğuldurlar. Bu ənənə Koçaryanın hakimiyyəti dövründə başlayıb, lakin Sarkisyanın prezidentliyi dövründə davam edir. Mən onların "Nikson Çində" kartını oynayaraq bir sıra razılaşmaya nail olmalarından təəccüblənməzdim. Belə olan halda onlar müxalifət tərəfdən hücumlara məruz qalacaqlar. Ermənistandakı bu qüvvələr son seçkilərdə Ter-Petrosyana qarşı həyata keçirdikləri fırıldaqlardan sonra hakimiyyətdə qalmaq üçün güc tətbiq etməli idi. Bu səbəbdən onlar özlərini kövrək hiss edirlər. Ona görə Ermənistan üçün qeyri-populyar siyasi sülh prosesini başlamaq gücünə malik deyillər.

- Azərbaycan Ermənistan arasında yeni müharibənin başlayacağını gözləmək olarmı?

- Bu ehtimalın reallaşması təhlükəsi hər zaman mövcuddur. Lakin müharibə hər iki tərəf üçün faciəvi olar. Bu xüsusilə Azərbaycana aiddir. Azərbaycan son illərdə ordusuna külli miqdarda vəsait ayırıb hərbi sahədə uğurlar əldə edə bilər. Lakin itirəcəyi çox şey var. Öncə Rusiya yenə hər iki tərəflə oyuna başlayacaq. Lakin Ermənistana dah çox yardım edəcək. Bununla da Moskva rəsmi Bakıya Türkmənistan amerikalılarla münasibətlərini genişləndirdiyi üçün dərs verməyə çalışacaq. Rusiya tərəflərdən hansınınsa tam qələbə əldə etməsini istəmir gərginliyin qalmasında maraqlıdır. Müharibə Azərbaycanın Qərb klublarına inteqrasiyasına da zərbə vuracaq. Çünki erməni diasporu Qərb dövlətlərinin paytaxtlarında Azərbaycan diplomatiyasından heç az gücə malik deyil. Fransa, çox güman ki, müharibə qurbanlarının arxasında Türkiyənin dayandığını iddia edərək Ankaranı ittihamlayacaq. Çünki Türkiyə birbaşa olmasa da, dolayı yolla müharibəyə cəlb ediləcək. Həmçinin müharibə başlayacağı təqdirdə Qərbin qədər Ermənistanı inkar etməsinə baxmayaraq, bəzi pan-xristian meyilləri özünü göstərəcək. Çünki bir çox insanlar Ermənistanın ilk xristian dövləti olduğunu düşünür. Bir çox Qərb paytaxtlarında antiislam, xüsusilə antiazərbaycan meyilləri güclənəcək. Bu Azərbaycanı zəiflədəcək. Müharibə Azərbaycanın digər sahələrdə, xüsusilə enerji dəhlizi, yeni neft-qaz kəmərlərinin çəkilməsi sahəsindəki uğurlarına da kölgə sala bilər.

- Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin digər beynəlxalq platformalarda müzakirəsinə dərəcədə ehtiyac var?

- ATƏT zarafatdır. Mən Qorbaçov Şevarnadzenin 1990-cı ildə açıq şəkildə ABŞ-ın (NATO) Avropada mövcudluğunun sabitləşdirici qüvvə olması ilə bağlı söylədikləri fikirlərlə razıyam. Onlar bu bəyanatları ilə illər boyu aparılan Sovet təbliğatına qarşı çıxdılar. İndi isə Rusiya bu mövqeyə qayıdıb. Lakin bu həqiqi, real bir vəziyyətdir. Azərbaycan bacardığı qədər ABŞ-a yaxın olmalıdır. Lakin Saakaşvilinin keçdiyi xətti keçməməlidir. Mən Avropa Birliyini unutmazdım. Lakin onun rolunu bir bəndlə qeyd etməklə kifayətlənərdim. Günün sonunda Sarkozi Avropa Birliyinin istənilən ümumi mövqeyini pozaraq sizə, Gürcüstana təqdim etdiyi kimi, adi barışıq olan sülh təklifləri ilə gələ bilər.

- üçün Fransa ABŞ son illərdə bu prosesdə passiv mövqedə dayanır?

- Tərəflərin öz aralarında qarşılıqlı maraq nümayiş etdirəcəkləri təqdirdə onların bu məsələdə real kömək edə biləcəyini düşünürəm...

- 2011-ci ildə Cənubi Qafqazda hadisələr, sizcə, necə cərəyan edəcək?

- Biz hər şeyin yaxşı olacağına ümid etməliyik.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 27 yanvar.- S. 1, 3.