Qarabağda 1991-ci ildə keçirilən "referendum"un tanınması istisnadır

 

Azərbaycan vəziyyəti hərbi əməliyyatlara çatdırmadan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin sülh yolu ilə bərpasına tərəfdardır.

 

Bunun üçün Ermənistan Silahlı Qüvvələrinin ümumilikdə dövlətimizin ərazisinin 20 faizini təşkil edən Azərbaycanın işğal edilmiş ərazilərindən - Dağlıq Qarabağ ona bitişik yeddi rayondan çıxarılması tələb olunur. Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın "Exo Moskvı" radiostansiyasına müsahibəsi zamanı bəyanatını şərh edərkən deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda danışan Sarkisyan deyib ki, "münaqişənin yeganə nizamlanma üsulu sülh üsuludur yeganə yol Dağlıq Qarabağda referendumun keçirilməsi ya 1991-ci ildə Sovet İttifaqının qanunvericiliyinə beynəlxalq hüquqa tam uyğun keçirilən referendumun nəticələrinin tanınmasıdır". Aslanovun sözlərinə görə, 1991-ci il dekabrın 10-da Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni özbaşına keçirilən qondarma "referendumun" nəticələrinin tanınması qeyri-mümkündür. Belə ki, hüquqşünasların ekspert rəyinə görə, o, SSRİ qanunvericiliyini pozaraq keçirilib, heç bir hüquqi bazaya malik olmayıb, bu halda beynəlxalq hüquqa "uyğunluqdan" söhbət belə, gedə bilməz. "Yeni səsvermənin keçirilməsi qanunvericiliyə zidd olmamalıdır. Əks halda, o, mənasız olacaq hüquqi əhəmiyyəti olmayaraq analoji şəkildə tanınacaq. Bundan başqa, yeni səsvermənin suveren Azərbaycanın ərazisinin davam edən işğalı Dağlıq Qarabağ regionunun əhalisinin üçdə birinin qaçqın olması şəraitində keçirilməsi qeyri-mümkündür. Avropa Şurasının ATƏT-in üzvü olan dövlətlərin ərazisində referendumu belə keçirmirlər. Bu ciddi manelər aradan qaldırılacağı halda, Azərbaycan Konstitusiyasına zidd olmayan səsvermənin keçirilməsi mümkündür.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü onun dövlət sərhədlərini tanıyır bu məsələdə ondan analoji yanaşmanı gözləyir, lakin təəssüf ki, bunu görmür.

"Ərazi bütövlüyü hallanmır müxtəlif formaları yoxdur, halbuki xalqların öz müqəddəratını təyin etməsi konteksdən asılı olaraq, müxtəlif növdə - həm daxili, həm xarici olur. ATƏT-in Minsk qrupunun Madrid təklifləri bu iki prinsipin bir araya sığışdırılmasını nəzərdə tutursa, bu, məntiqə görə, suveren dövlətin ərazi bütövlüyünün pozulmasına aparmayan öz müqəddəratının təyinetmə formasının seçilməsi deməkdir. Bu iki prinsipin bir araya sığışdırılmasının yeganə forması sülh prosesinin, əsas kimi qəbul edilən 1975-ci il Helsinki Yekun Aktının VIII maddəsinə uyğun olaraq, ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyinetmədir. Yəni bu, daxili öz müqəddəratının təyin edilməsidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına aparan öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozur deməli, ilk növbədə Madrid prinsiplərinin məntiqinə ziddir. Buna görə belə sxemi qəbul edən Azərbaycanın mövqeyi tam həcmdə kompomislidir. Burada sizə öz müqəddəratını təyinetmə imkanı verən ərazi bütövlüyü ərazi bütövlüyünü pozmayan öz müqəddəratını təyinetmə var", - Aslanov bildirib.

"İlk növbədə Ermənistan maksimalist mövqe tutaraq, işğal etdiyi Dağlıq Qarabağ üçün faktiki digər prinsipin üstündən xətt çəkən öz müqəddəratını təyinetmə formasını tələb edir, - o qeyd edib. - Məhz bu səbəbdən Ermənistanın danışıqlar prosesindəki indiki mövqeyini qeyri-konstruktiv adlandırırlar. Bu mövqe kompromislər qurmur, əksinə, onu dağıdır, yəni o, konstruksiyaya deyil, destruksiyaya aparır. Məhz burada "Ermənistanın qeyri-konstruktiv mövqeyi" anlayışı yer alır", - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri əlavə edib. Onun fikrincə, Azərbaycanın öz müqəddəratını təyinetmə məsələsinə baxmağa müzakirə etməyə hazır olması faktı öz-özlüyündə böyük kompromisdir, belə ki, öz müqəddəratını təyinetmə Cənubi Sudanda olduğu kimi, dövlətlərdaxili münaqişələrin həlli mexanizmidir, halbuki Ermənistan-Azərbaycan münaqişəsi açıq-aydın görünən dövlətlərarası mübahisədir. "Dövlətlərarası münaqişələrin həlli suveren dövlətlərin ərazi bütövlüklərinə riayət etməyə əsaslanır bu növ münaqişələrdə öz müqəddəratını təyinetmə yersizdir, belə ki, dövlətlərarası münaqişələrdə tərəflər onların ayrıca əyalətləri deyil, artıq öz müqəddəratlarını təyin edən müstəqil dövlətlər olur", - Aslanov vurğulayıb. Onun sözlərinə görə, buna görə ən son mərhələdə Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi zamanı heç bir səsvermə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına səbəb olmamalıdır. "Ermənistan Dağlıq Qarabağ erməniləri üçün qondarma "müstəqillik" tələb etməkdə davam etsə, biz ondan Ermənistanın keçmiş azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etməsi üçün eyni ölçüdə ərazi ayırmasını Ermənistan ərazisində ikinci Azərbaycan dövlətinin yaradılmasını tələb etməliyik. Onu, məsələn, "Göyçə-Zəngəzur xalqı" adlandıracağıq. Lakin biz dalanın dibinə irəliləməkdənsə, hər halda rəsmi Yerevanın konstuktivlik yoluna qayıtmasını istərdik", - Aslanov əlavə edib.

 

 

Həftə içi.- 2011.- 28 yanvar.- S. 2.